Lampa xalçaları: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sultan11 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 28: Sətir 28:
}}
}}


{{müəllif|url=http://www.carpet.intangible.az/content.php?lang=az&page=212}}

'''Lampa''' – [[Qarabağ xalçaçılıq məktəbi]]nin [[Şuşa]] qrupuna aid edilən xovlu xalça.
'''Lampa''' – [[Qarabağ xalçaçılıq məktəbi]]nin [[Şuşa]] qrupuna aid edilən xovlu xalça.



06:53, 14 oktyabr 2011 tarixindəki versiya


Müəllif: {{{1}}} LampaQarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça.

Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçalar XIX əsrin I yarısında Şuşada toxunurdu. Sonralar onlar Qarabağın bütün xalçaçılıq məntəqələrində yayılmağa və təkmilləşməyə başladı. Adətən, belə kompozisiyalı xalçalar komplekt şəkildə : iki yan və bir ortalıq xalçası şəklində toxunurdu.

Bədii analiz

Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır. Şuşa xalçaçıları bu elementi "çəllək" adlandırır. Orta sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. "Lampa" üçün xarakterik olan bu element orta sahəni çox gözəl bəzəyir. Bundan əlavə, orta sahənin başında və sonunda ( künclərdə) geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da orta sahəni bəzəyir. 100X600 ölçülü uzunsov xalçalarda kənar haşiyə nazik olur. Bu prinsipə uzunsov formalı "Lampa" xalçalarında da riayət olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, XIX əsrin xalçaçılığının məhsulu olan "Lampa" xalçaları Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlmişdir. "Lampa" xalçalarının namazlıq formasında olanlarına da rast gəlmək mümkündür.

Texniki xüsusiyyətlər

"Lampa" xalçaları, adətən, uzunsov formada – 100X500 sm-dən, 150X700 sm-dək – toxunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35 – dən 40X40-dək düyün yerləşir ( hər kvadrat metrdə 122 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 7 – 9 mm – dir. "Lampa" xalçaları Qarabağ məktəbinin yüksək kateqoriyalı xalçalarından hesab olunur.

Mənbə

Xarici keçidlər

Şablon:Azərbaycan xalçalarının siyahısı