Buta xalçaları

Buta xalçalarıTəbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Xalça
Buta xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Toxunması haqqında məlumatlar
Üslubu Təbriz xalçaçılıq məktəbi[1]

Təbriz xalçaçılıq sənəti

[redaktə | mənbəni redaktə et]

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar.

Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).

Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edərək ənənəvi dörd yerə ayrılır. Xalçaların ən dəyərlisi onun ilmələrinin həm sayca, həm də çalarca zəngin olmasıdır ki, bu sahədə Təbriz xalçaları birinciliyini bu günə qədər qoruyub saxlayır.

Təbriz xalçaçılıq məktəbi "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları ilə məşhurdur[2].

Təbriz xalçaçılıq məktəbinin xalçaları dünya muzeylərində

[redaktə | mənbəni redaktə et]
  • Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
  • Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı
  • Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
"Ağaclı" xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. "Təbriz" xalçası. Təbriz xalçaçılıq məktəbi. Paris. Təbriz xalçaçılıq məktəbi. Şəxsi kolleksiyadan. Budapeşt. "Qaradağ" xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. Rippon Bosvell auksionu.
  1. Hədiyyə xalçası (film, 1949)
  2. Qızıl əllər (film, 1967)
  3. Etibarlı əllər (film, 1973)
  4. Xalça haqqında dastan (film, 1985)
  5. Çətən (film, 1995)
  1. Muranov V., Gasimoova D. Azerbaijani Carpets Tabriz Group (ing.). 2013. P. 10.
  2. "Təbrizim, Təbrizim, gözəl Təbrizim". sherg.az (az.). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.