Avşar xalçaları

Avşar xalçaları əsasən Urmiya ətrafında toxunur. Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də önəmli yer tuturdu. Onların toxuculuq məhsullarından kilim, cecim, кeçə, çadır, çuval, məfrəş, xurcun, hor, heybə və sairə el-elat arasında yüksək dəyərləndirilirdi. Avşar elinin bin tutub, buta bağladığı yerlərdə "Avşar" adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərq köçərilərinin istehsal etdikləri xalçalar arasında ən kefiyyətlisi və zərifi hesab olunurdu. Tehranda çıxan "Bərrəsi-ye sənət-е fərş dər Iran" nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində "Avşar" və yaxud "Əfşari" adlı xalçalar daha gözəl, daha keyfiyyətli idi. "Avşar" xalçalarının alıcısı çox olduğundan sonralar belə xalıların istehsalı Azərbaycanda və Iranda yayılmağa başlanmışdı.

Xalça
Avşar xalçaları
Avşar xalçaları
Avşar xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Qərəcədağ
Digər məlumatlar
Material Pambıq[1][2], Yun[1][2]
claremontrug.com/antique…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Avşar xalçasının başqa çeşidi

Avşar xalçalarının bir növü də Ağcabədi bölgəsinin Avşar kəndində toxunurdu. Bu növ xalçalar da şan-şöhrət qazanmışdılar. Avşar ulusu həm çöl, həm də el dönəmində tutarlı mədəniyyət örnəkləri yaratmışdır.

  1. 1 2 Afshar carpets - Persian carpets // Carpet Encyclopedia.
  2. 1 2 https://www.claremontrug.com/antique-rugs-information/antique-persian-rug-guide/afshar-rugs-2/ (ing.).