Qonaqkənd xalçaları

Qonaqkənd xalçalarıAzərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.

Xalça
Qonaqkənd xalçaları
Qonaqkənd xalçası
Qonaqkənd xalçası
Xalça haqqında məlumatlar
Məktəbi Quba xalçaçılıq məktəbi
Növü Xovlu
Ölkə Azərbaycan
Bölgə Qonaqkənd
Toxunması haqqında məlumatlar
Üslubu Quba xalçaçılıq məktəbi

Şəkildə təsvir edilən xalça Qubadan 40km cənubda yerləşən eyni adlı qəsəbənin adını daşıyır. Xalçalar təkcə Qonaqkənddə deyil, Qubanın, Dəvəçinin, Qusarın xalçaçılıq məntəqələrində də istehsal olunur. Sovet dövrünə aid və xarici mənbələrdə bu xalça "Sumax" və ya "Sumaxça" kimi tanınır.

Bədii xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Qonaqkənd" xalçasının kompozisiyası kontur xətlə yerinə yetirilmiş və şaquli istiqamətdə uzadılmış böyük fiqurlu medalyondan ibarətdir. Onun daxilində səkkizbucaqlı medalyon (göl) yerləşir. Xalçanın mərkəzində dörd künc boyunca uzunsov səkkizbucaqlı göllər yerləşir. Belə medalyonları Qubanın xovsuz "Sumax" xalçalarında və "Köhnə Quba" xalısının naxışlarında görmək olar. Mərkəzi medalyonun çıxıntılı üzlərinə dörd tərəf üzrə piramida təsvirli ornamental formalar verilmişdir. Bu piramidalar öz əsasları ilə sanki köbə zolağına söykənir. Ara sahənin qalan hissələri Quba — Şirvan tipli xalçalara xas olan müxtəlif ölçülü elementlərin sırası ilə örtülmüşdür. Ümumi köbə bir neçə zolaqdan, o cümlədən orta haşiyədən, kiçik haşiyədən, zəncirədən və mədahildən ibarətdir. XVIII əsrdə, xüsusən XIX əsrin ikinci yarısında yarmarkaların genişlənməsi ilə bu xalçanın kompozisiyası böyük ölçülü xovsuz xalçalarda ("Sumax") tətbiq olunmağa başladı.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Qonaqkənd" xalçalarının ölçüsü 120x180sm-dən 150x250sm-ə qədər dəyişir. DərbənddəDağıstanın cənub rayonlarında 12 kvadrat metrlik xalılar istehsal olunurdu. İlmələrin sıxlığı 40x40 ilmədən 50x60 ilməyə qədərdir (bir kvadrat metrdə 160000 ilmədən 250000 ilməyə qədər). Xovun hündürlüyü 4–6 mm-dir.