Salyan xalçaları

Salyan xalçalarıAzərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.

Xalça
Salyan xalçaları
Salyan xalçası
Salyan xalçası
Xalça haqqında məlumatlar
Məktəbi Şirvan xalçaçılıq məktəbi
Növü Xovlu
Ölkə Azərbaycan
Bölgə Salyan

Xalçanın adı Salyan şəhərinin adından götürülmüşdür. Hal — hazırda bu xalçalar Qaradonlu (İmişli rayonu), Şıx — Salahlı, Xalac, Qarabağlı və başqa kəndlərdə istehsal olunur. Əvvəllər Salyanda, Lənkəranda, Talışda istehsal olunan xovlu və xovsuz xalçalar daha çox "Muğan" adı ilə tanınırdı.

Bədii xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Salyanın xalçaçılıq məntəqələrində istehsal olunan əksər xalçaların koloriti, adətən, mülayim olur. Muğan və Talış dairələrinin bütün xalçaçılıq məntəqələrində "Quşlu" adı ilə tanınan mürəkkəb kompozisiyalı xalçaların ara sahəsinin naxışı əsas və doldurucu elementlərin bir sırasından ibarətdir. Əsas element iri səkkizguşəli medalyonlardır. Bu medalyonların yuxarı və aşağı hissələrində quyruqları sallanmış quşların cüt təsvirləri verilmişdir. Uzunsov formatlı xalçaların ara sahəsi, adətən, quşla və bir göllə toxunur. Eni uzununa uyğun gələn sadə xalçaların ara sahəsi isə quşsuz və cüt göllü olur. Quşlu xalçalar daha geniş yayılmışdır.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Salyan" adını daşıyan xalçaların ölçüsü təqribən 125x180sm-dən 150x250sm-ə qədər dəyişir. "Quşlu" xalçalar əksər hallarda uzunsov olur — 120x280sm. Bəzən kiçik ölçülü xalçalara rast gəlinir. İlmələrin sıxlığı: bir kvadrat desimetrdə 37x42 ilmə yerləşir (bir kvadrat metrdə 160 min ilmə). Xovun hündürlüyü 6–7mm-dir.