Əli Əsədov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əli Əsədov
Vəzifədədir
8 oktyabr 2019-cu ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
ƏvvəlkiNovruz Məmmədov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin müdiri
bayraq2
14 iyun 2017 – 24 oktyabr 2019
30 noyabr 2012 – 14 iyun 2017
bayraq
Azərbaycan Respublikasının Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi
bayraq2
18 aprel 1998 – 24 oktyabr 2019
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1956(1956-11-30) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • G.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu[d] (–1978)
Fəaliyyəti siyasətçi

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı[1]) — Azərbaycan Respublikasının 10-cu Baş naziri,[2] Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019).[3]

Həyatı

Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur.[4] 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[5][6]

1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.[7]

Azərbaycan Prezidenti Heydər Əliyevin 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.[8]

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycanın 10-cu Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.[9]

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.[10]

İstinadlar

  1. 1 2 Azərbaycan Respublikasının Baş Naziri Əli Hidayət oğlu Əsədov.
  2. "Əli Əsədov Baş Nazir oldu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  3. Noyabrın 30-da Prezident Administrasiyasına üç rəhbər müavini təyin edilib [ölü keçid]
  4. "Azərbaycan Respublikasının Baş naziri Əli Hidayət oğlu Əsədov". nk.gov.az (az.). Archived from the original on 2023-06-09. İstifadə tarixi: 09 iyun 2023.
  5. "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  6. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı". 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Prezidentinin yardımçısı təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyev 18 aprel 1998-ci il tarixli 786 nömrəli Sərəncamı". 18.04.1998. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  8. "Azərbaycan Prezidentinin İcra Aparatının inzibati vəzifələr tutan dövlət qulluqçularırına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı". 10.08.2004. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  9. Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  10. "Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.