Abbasqulu Kazımzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbasqulu Kazımzadə
7 dekabr 1918 – 28 aprel 1920
28 may 1918 – 7 dekabr 1918
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 28 iyul 1947(1947-07-28)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası28 iyul 1947, Ankara) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Həyatı

Abbasqulu Kazımzadə 1930-cu illərdə

1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı NağıyevMəhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.

Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.

Abbasqulu Kazımzadə 1917-ci ildə

Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:

" 1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi".[1] "

28 iyul 1947-ci ildə Ankarada vəfat etmiş, Cebeci məzarlığında 63-cü ada, 12-ci parseldə dəfn olunmuşdur. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur.

Mənbə

  • Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası.II cild. Bakı, 2005. səh.79

İstinadlar

  1. "Азербайджан" qəzeti. 1919, N111.