Babakişi (Abaran)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tarixi Azərbaycan əraziləri
Babakişi
Ümumi məlumatlar
Ölkə Ermənistan
Bölgə Abaran mahalı
İndiki adı Bujakan
Sahəsi
  • 39,66 km²
Əhalisi
  • 1.546 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Babakişi xəritədə
Babakişi
Babakişi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd.[2]

Tarixi

İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.[3] Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.

Antropotoponimi

1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.[5][6] 1922-ci ildə qovulmuş əhalinin az hissəsi geri qayıdaraq ermənilərə qarışıq yaşamışdır. Lakin 1931-ci ilədək azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır [7] [8]. 1948-ci ildə kənd ermənicə Bujakan adlandırılmışdır. Babakişi şəxs (mülkədar) adındandır.

Əhalisi

Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904-cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır[9]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir[10]. Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873-cü illərdə burada azərbaycanlılar yaşadığı halda[11], həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829-cu ildə gəldiyi göstərilir[12]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır[13]. Onlar 30-cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.26
  5. Эфендиев О. Азербайджанское государства Сефевидов. Баку, 1978.
  6. Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
  7. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
  8. Есаян С.А., Погребова М.Н. Скифские памятники Закавказья. М., 1985.
  9. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.45, 96-97
  10. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97
  11. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97
  12. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986,s.747
  13. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97