Orxan Aslanov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Orxan Aslanov
Orxan Aslanov 2022-ci ildə
Orxan Aslanov 2022-ci ildə
Şəxsi məlumatlar
Tam adı Orxan Əlövsət oğlu Aslanov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (29 yaş)
İdman növü Yüngül atletika
Məşqçisi Oleq Panyutin

Orxan Əlövsət oğlu Aslanov (24 mart 1995) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.

Həyatı

Orxan Aslanov 1995-ci il martın 24-də anadan olub.

Karyerası

2021-ci ilin avqust ayında isə Orxan Aslanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Orxan Aslanov 7.36 metr nəticə ilə qızıl medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Orxan Əlövsət oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.