Quycaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Quycaq
39°24′16″ şm. e. 47°09′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 385 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Quycaq xəritədə
Quycaq
Quycaq

QuycaqAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası

Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.[2]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427