"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" Azərbaycan Respublikasının yubiley medalı —Azərbaycan Respublikasının medalı. Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[2][3]
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 29 noyabr 2016 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı[1] |
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri, qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir.
2.2. Bu Təsvirin 2.1-ci maddəsində göstərilən kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “25 İL” sözləri yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində “1992” və sağ yuxarı hissəsində “2017” rəqəmləri yazılmışdır.
2.3. Sünbüllər, qalxan, qılınc, açar, dəfnə budağı, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent və ağ mina ilə örtülmüş “25 İL” sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində ortada səkkizbucaqlı ulduz və aypara, aşağı hissəsində isə milli ornament təsvir edilmişdir. Mərkəzdə “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 25 İLLİYİ” sözləri və “1992-2017” rəqəmləri yazılmışdır. Ulduz, aypara, sözlər, rəqəmlər, ornament relyefli və qızılı rəngdədir.
3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarların yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentin eni 5,5 mm olan qızılı rəngli metal hissəsinə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin üst hissəsində eni 3,5 mm olan qızılı rəngli metal hissə vardır.
4.2. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd göy,10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
4.3. Medala paltarların yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.