"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının prezidenti tərəfindən 2011-ci il 15 noyabr tarixli 241-IVQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi.[1]

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı

Ölkə
Tip yubiley medalı[d]
Statistika
Təsis tarixi 24 noyabr 2011
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı
Aşağı mükafat "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı

Yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Təltif edilən şəxslər

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Təltif edən orqan

[redaktə | mənbəni redaktə et]

Yubiley medalı ilə birbaşa Azərbaycan Respublikasının prezidenti və ya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi təltif edir.

Taxılma qaydası

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Medalın təsviri

[redaktə | mənbəni redaktə et]

Medalın ümumi təsviri

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, ortası dairəvi olmaqla səkkizbucaqlı formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi

[redaktə | mənbəni redaktə et]
  • Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir.
  • Bu kompozisiyadan yuxarıda qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI, aşağı hissəsində isə DÖVLƏT GÖMRÜK KOMİTƏSİ sözləri yazılmışdır. DÖVLƏT GÖMRÜK KOMİTƏSİ sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində 20 İL sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində üst-üstə 19922012 rəqəmləri yazılmışdır.
  • Sünbüllər, qalxan, qılınc, açar, dəfnə budağı, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent və ağ mina ilə örtülmüş 20 İL sözü istisna olmaqla, digər elementlər qızılı rəngdədir.

Medalın arxa tərəfi

[redaktə | mənbəni redaktə et]
  • Medalın arxa tərəfinin yuxarı hissəsində ortada səkkizbucaqlı ulduz və aypara, aşağı hissəsində isə milli ornament təsvir edilmişdir. Mərkəzdə AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 20 İLLİYİ sözləri və 1992–2012 rəqəmləri yazılmışdır. Ulduz, aypara, sözlər, rəqəmlər, ornament relyefli və qızılı rəngdədir.

Medalın elementləri

[redaktə | mənbəni redaktə et]
  • Medal paltarların yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd göy, 10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
  • Medala paltarların yaxasına bərkidilmək üçün elementi olan, xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.