"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı[2] — Azərbaycan Respublikasının yubiley medalı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2020-ci ildə təsis edilmişdir.[3]
"Böyük Vətən müharibəsində qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | yubiley medalı[d] |
Kimə verilir | Böyük Vətən Müharibəsində iştirak edənlərə |
Statistika | |
Təsis tarixi | 17 aprel 2020 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı[1] |
"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı ilə mükafatlandırılır:
"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı sinənin sol tərəfində taxılır və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalından sonra yerləşdirilir.
"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı qızılı rəngli metaldan hazırlanmışdır.
Medalın üz tərəfində, iri "75 il" yazısı görünür. Yuxarısında isə böyük hərflərlə "QƏLƏBƏ" yazılmışdır. Medalın orta hissəsində iki sünbül şəkli var. Kənar hissəsinin sol tərəfində isə, 1945 sağ tərəfində isə 2020 yazılmışdır.
Medalın arxa tərəfində, ortada bir yazı var: "BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 75 İLLİYİ 1945–2020". "75 İLLİYİ" yazısı digər yazılara nisbətən böyük ölçüdə, "1945–2020" yazısı isə digər yazıların ölçüsündə yazılmışdır. Medalın aşağısında iki ədəd dəfnə kolu şəkli var.
Medallardakı bütün yazılar və nömrələr qabarıqdır.
Medal bir dəlik və bir üzük ilə kənarları boyunca iki uzununa Azərbaycan bayrağı rəngələri ilə lentlə örtülmüş beşbucaqlı bir bloka bağlanır. Kəmər genişliyi — 24 mm.