Kəlbəcər-Laçın iqtisadi rayonu

Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, ZəngilanQubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir.

İqtisadi rayon
Kəlbəcər-Laçın iqtisadi rayonu
Ölkə
Tarixi və coğrafiyası
Ləğv edilib 7 iyul 2021
Sahəsi 6.398 km²
Əhalisi
Əhalisi 231.300 nəfər
Kəlbəcər-Laçın iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu

Kəlbəcər inzibati rayonu

[redaktə | mənbəni redaktə et]

08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. Relyefi dağlıqdır. Burada Murovdağ (böyük Hinaldad d. 3367 m), Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsi yerləşir. Ən yüksək zirvələri Gamış dağı ( 3724 m) və Dəlidağdır (3616m). Yura, Təbaşir, Paleogen,Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkan mənşəli süxuları yayılır. Faydalı qazıntılara civə ( Şorbulaq və Ağyataq), qızıl, polimetal, tikinti materialları, perlit aiddir. Mineral sular ( İstisu) Laçın (Minkənd) böyük müalicə əhəmiyyətinə malikdir. Ərazisinin yüksək dağlıq sahələrdə qışı quraq keçən soyuq və dağ tundra iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −30 °C-dən-100 °C-yə qədər, iyulda isə 50 °C-dən 200 °C-yə qədərdir. İl ərzində 700–900 mm yanğıntı düşür. Tərtər ölkənin ən böyük çaylarınından biridir. Onun yuxarı axınıvə qolları ( Levçay, Tutqun-çay), Bazarçay və Xaçınçay rayon ərazisindən başlanır. Böyük və Kiçik Alagöllər,Zalxagöl Sərsəng su anbarı rayon ərazisindədir. Çimli dağ-çəmən.qəhvəyi və qonur dağ – meşə torpaqları yaranır. Rayonun mərkəzi və şərq hissələrində enliyarpaqlı meşələr (palıq,fıstıq,vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və sublap çəməklikləri yayılmışdır. Dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi,ular, toğlugötürən, qartal əsas heyvan və quş növləridir. Rayonun tarixi və memalıq abidələrinə İstisu ətrafında Tunc dövrünə aid yaşayış yeri, Yayıcı (672), Çormanlı (X əsr), Çıldıran(XII əsr) , Qozlu (Xatırvank məbədi, 1204), Bzarkənd (1251), Həsənriz (1283) kəndlərində olan Alban Məbədləri aiddir. Müqəddəs Yaqub kilsəsi (635); Gəncəsər monastrı (1238); Kilsə (1668);Uluxan qalası da ( XVII əsr) mühüm tarixi abidələrdir.

Laçın inzibati rayonu

[redaktə | mənbəni redaktə et]

08.08.1930-cu ildə təşkil edilmişdir. İnzibati rayon Respublikanın cənub-qərbində, Kiçik Qafqaza aid olan Qarabağ silsiləsinin su ayrıcı ilə Qarabağ yaylası arasında yerləşir, qərbdən Ermənistan Respublikası ilə həmsərhətdir. Sahəsi 1835 km² əhalisinin sayı 71.2 min nəfər, o cümlədən şəhər əhalisi 12,0 min nəfər, kənd əhalisi 59.2 min nəfərdir (01.01.2012). Mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə, 47 kənd ərazi dairəsi, 125 kənd yaşayış məntəqəsi vardır. Rayon 18 may 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdir. Rayonun reylefində də dağlar və dağlıq yaylalar üstünlük təşkil edir. Onun şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxdökən silsiləsinin cənun yamaclarında ( Dəlidağ d., 3616 m), qərbi Qarabağ vulkanik yaylasında yerləşir( Qızılboğaz d., 3594 m, Böyük İşıqlı d.,3550 m). Dağlarda Yura- antropogen yaşlı çüküntülər səthə çıxır. Civə, polimetal filizi, tikinti materiyalları faydalı qazıntılardır. Nazlan tipli mineral bulaqlar vardır( Minkənd). Rayonun çox yerində qışı quraq keçən mülaim-isti soyuq iqlim tipi, qarabağ yaylasında dağ-tundura iqlimi yaranır. Orta temeratur yanvarda –10 °C –dən 0 °C-yədək, iyulda 10–220 °C-dir. İlk yağıntılar 600–900 mm-dir. Həkəri çayı qolları ilə birlikdə rayonun ərazisindən keçir. Çimli və torflu dağ- çəmən, qəhvəyi və qonur dağ-meşə torpaqları yayılmışdr. Bitki örtüyü kolluq və seyrək meşəlləri olan çəmənliklərdən, enliyarpaqlı ağaclardan ibarət dağ meşələrindən, subalp və alp çəmənliklərdən ibarətdir. Heyvanlar aləminə dağ keçisi, cüyür, çöl donuzu, sincab, süleysin, şöl siçanı aiddir. Rayon ərazisində, Qaragöl ətrafında Qaragöl Dövlət qoruğu və Laçın yasaqlığı( dağ keçisi, cüyür, çöl donuzu qorunurdu) təşkil edilmişdir. Laçın rayonunda Hoçaz kəndində mağara- məbəd( V əsr) və məbəd( XVII əsr); Mirik(XV əsr) və Pirçənis kəndlərində( XVII əsr), Güləbird kəndində Sarı Aşıq kümbəzi, Cicimlidə Malik-Əjdər türbələ məbədlər; Həmzə Soltan sarayı( 1761); Quşçu kəndində bulaq; XIX əsrə aid körpülər; Soltan Əhməd və Soltan Baba tübələri mühüm memarlıq abidələridir.

Erməni silahlı qüvvələrinin işğalı altında

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisinə daxil olan bütün inzibati rayonlar 1 dekabr 2020-ci ilə qədər erməni işğalı altında idi.

İşğal olunmuşdur 1992-ci il 18 may
Azad olunmuşdur 2020-ci il 1 dekabr

  • Ərazisi — 1835 km²
  • Əhalisi — 60 000 nəfər
  • Şəhid olmuşdur — 259 nəfər
  • Əlil olmuşdur — 225 nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:

  • Mədəni–məişət obyektlərinin sayı — 575
  • Qəsəbə və kəndlər — 126
  • Şəhər, qəsəbə və kəndlər — 10
  • Tarixi abidələr — 12

İşğal olunmuşdur 1993-cü il 2 aprel
Azad olunmuşdur 2020-ci il 25 noyabr

  • Ərazisi — 3054 km²
  • Əhalisi — 55 000 nəfər
  • Şəhid olmuşdur — 217 nəfər
  • Əlil olmuşdur — 49 nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:

  • Sənaye və tikinti obyektlərinin sayı — 29
  • Mədəni–məişət obyektlərinin sayı — 134
  • Qəsəbə və kəndlər — 132
  • Tarixi abidələr — 87

İşğal olunmuşdur 1993-cü il 31 avqust
Azad olunmuşdur 2020-ci il 25 oktyabr

  • Ərazisi — 802 km²
  • Əhalisi — 33800
  • Şəhid olmuşdur — 232 nəfər
  • Əlil olmuşdur — 146 nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:

  • Mədəni-məişət obyektlərinin sayı — 205
  • Qəsəbə və kəndlər — 94
  • Tarixi abidələr — 12

İşğal olunmuşdur 1993-cü il 29 oktyabr
Azad olunmuşdur 2020-ci il 20 oktyabr

  • Ərazisi — 707 km²
  • Əhalisi — 35 500 nəfər
  • Şəhid olmuşdur — 191 nəfər
  • Əlil olmuşdur — 110 nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:

  • Mədəni-məişət obyektlərinin sayı — 138
  • Qəsəbə və kəndlər — 81
  • Tarixi abidələr — 13

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil etmişdir. Qoyunçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olmuşdur. Zənqilan, Qubadlı inzibatı rayonlarında və çayların subasarlarında əkinçilik üçün əlverişli şərait vardır. Sənaye müəssisələri bu xammal növlərinin emalına əsaslanmışdır. İqtisadi rayonda ət-süd məhsulları emal edilirdi, xalça toxunurdu.

İqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

Nəqliyyat şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

Murovdağ silsiləsi və ona paralel istiqamətdə uzanan digər dağ silsilələri Kəlbəcər-Laçının Gəncə-Qazax iqtisadi-coğrafi rayonu ilə nəqliyyat-iqtisadi əlaqələr qurmasına çox mane olur. Şərq istiqamətdə isə çay dərələri boyu çətin relyef şəraitində çəkilən şose və torpaq yolları QarabağKür-Araz ovalığındakı rayonlarla əlaqə saxlamağa imkan verir. Cənubda dəmiravtomobil yolları vasitəsilə Aran iqtisadi-coğrafi rayonu ilə əlaqə yaradılmışdır.

Kəlbəcər-Laçını digər iqtisadi-coğrafi rayonlarla birləşdirən nəqliyyat yolları KəlbəcərBərdəYevlax, KəlbəcərMurov keçidi – Gəncə, LaçınŞuşaYevlax avtomobil yolları, MincivanBakı dəmir yolu xəttidir [Azərbaycanın nəqliyyatı, 2013].[1]

Turizm ehtiyatları

[redaktə | mənbəni redaktə et]

ümumi ehtiyatının 33%-i Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşür. Mineral su mənbələrinin iri yataqları olan Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər), Minkənd soyuq su tipli mineral bulağı (Laçın) və s. müalicəvi əhəmiyyətə malikdir. Bu bulaqların potensial ehtiyatı, yerləşdiyi ərazinin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması üçün əlverişli təbii amillərdir.

İqtisadi rayonun landşaftında alp və subalp çəmənlikləri, meşələr üstünlük təşkil edir. Nadir ağacları olan meşələrin sahəsi 92 min hektardır (respublika meşələrinin 9%-i). Bunun 72%-i Kəlbəcər və Laçın inzibati rayonlarında yerlşən turizm-rekreasiya əhəmiyyətli dağ meşələridir.

Kəlbəcər-Laçın bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Dünya əhəmiyyətli memarlıq abidələrinə Kəlbəcər rayonunda Gəncəbasar monastrı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastrı (XIII-XV1I əsrlər) aid edilir. Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri, Qubadlı rayonunun Əliquluuşağı kəndində Göy qala (V əsr), mağara məbədi, Balalıəsənli kəndində sığınacaqlar (IV əsr); Laçın rayonunda Cicimli kəndində türbələr (XIV və XVIII əsrlər), kurqanlar (dəmir dövrü), Qoçaz kəndində mağara məbədi (V əsr) Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalası (XII əsr), Məmmədbəyli kəndində səkkizguşəli türbə (XIV əsr) aid edilir. Kəlbəcər-Laçın bölgəsində həmçinin yerli əhəmiyyətli tarixi-mədəni abidələr də çoxdur (məscid, məqbərə, qədim yaşayış yeri və s.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • B.Ə.Bilalov, Ç.G.Gülalıyev. Turizmin əsasları. Bakı: "QHT Nəşriyyatı", 2015, 496 s.
  1. Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Kərimov R.K)