Yuxarı Qarabağ iqtisadi rayonu

Yuxarı Qarabağ iqtisadi rayonuAzərbaycan Respublikasının 10 iqtisadi rayonundan biri.

İqtisadi rayon
Yuxarı Qarabağ iqtisadi rayonu
Ölkə
Tarixi və coğrafiyası
Ləğv edilib 7 iyul 2021
Yuxarı Qarabağ iqtisadi rayonu
Yuxarı Qarabağ iqtisadi rayonu

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, FüzuliXankəndi şəhərini əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Xankəndidir.

İqtisadi rayonun Ermənistan tərəfindən işğal olunmuş rayon və şəhərləri

[redaktə | mənbəni redaktə et]

Xankəndi

İşğal olunmuşdur: 1991-ci il, 26 dekabr
Azad olunmuşdur 2023-cü il 28 sentyabr

  • Ərazisi-926 km², Əhalinin sayı-57000
  • Şəhid olmuşdur 790. Əlil və şikəst olmuşdur 1010

*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Sənaye, tikinti obyektləri 61
  • Mədəni — məişət obyekti 694
  • Rayon, qəsəbə və kənd 140
  • Tarixi abidə 103
  • Dövlət incəsənət teatrı və şəhər mədəniyyət evi
  • Bir çox rayon və kəndlərində soyqırımlar olmuşdur.2-ci Qarabağ savaşının ilk soyqırımı Xankəndidə olmuşdur.
  • Şəhərin qərb hissəsi tamamilə yandırılmışdır.

Ağdam

İşğal olunmuşdur: 1993-cü il 23 iyul
Azad olunmuşdur 2020-ci il 20 noyabr

  • Ərazisi 1154 km² Əhalinin sayı 158 000
  • Şəhid olmuşdur 6000dən çox. Əlil olmuşdur 587

*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti 48
  • Mədəni – məişət obyekti 598
  • Qəsəbə və kənd 122
  • Tarixi abidə 27
  • Dövlət dram teatrı

Xocavənd

İşğal olunmuşdur: 1992-ci il 2 oktyabr
Azad olunmuşdur 2023-cü il 19–20 sentyabr

  • Ərazisi 1458 km² Əhalisinin sayı 9011
  • Şəhid olmuşdur: 145; Əlil olmuşdur 48

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandılmış:

  • Mədəni – məişət obyekti 75
  • Qəsəbə və kənd 19
  • Tarixi abidə 15

Xocalı

İşğal olunmuşdur: 1992-ci il 26 fevral
Azad olunmuşdur 2023-cü il 26 sentyabr

  • Ərazisi 970 km² Əhalinin sayı 11567
  • Şəhid olmuşdur 613. Əlil olmuşdur 657

Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti 29
  • Mədəni — məişət obyekti 80
  • Xocalı faciəsi Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizəsində bir çox faciələr olmuşdur (1905, 1918–20 və 1988–1993-cü illərdə). Bunlardan ən qanlılarından biri də Xocalıdır.

Şuşa

İşğal olunmuşdur 1992-ci il 8 may
Azad olunmuşdur 2020-ci il 8 noyabr

  • Ərazisi 289 km² Əhalinin sayı 24900
  • Şəhid olmuşdur 193 Əlil olmuşdur 102

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:

  • Sənaye və tikinti obyekti 27
  • Mədəni – məişət obyekti 103
  • Şəhər, qəsəbə və kənd 31
  • Tarixi abidə və muzeylər 249
  • Tarixi abidə 17

Cəbrayıl

İşğal olunmuşdur 1993-cü il 23 avqust
Azad olunmuşdur 2020-ci il 4 oktyabr

  • Ərazisi 1050 km² Əhalinin sayı 52 049
  • Şəhid olmuşdur 347. Əlil olmuşdur 172

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Mədəni – məişət obyekti 197
  • Qəsəbə və kənd 90

Füzuli

İşğal olunmuşdur 1993-cü il 23 avqust
Azad olunmuşdur 2020-ci il 17 oktyabr

  • Ərazisi 1112 km² Əhalinin sayı 95940
  • Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Mədəni – məişət obyekti 145
  • Qəsəbə və kənd 54
  • Tarixi abidə 15

Qeyd:1988-ci ildə azərbaycanlılar Dağlıq Qarabağın 30, ətrafdakı rayonların isə 99 faizini təşkil edib.

Təbii sərvətləri

[redaktə | mənbəni redaktə et]

Yuxarı Qarabağ iqtisadi rayonun əsas təbii sərvətləri polimetal filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı). Meşələrdə olan xammal ehtiyatları yerli ağac emalı müəssisələrini xammalla təmin etmək üçün kifayət qədərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülükdür. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir. İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Şərabçılıq, konserv məhsullarının istehsalı, digər k.t. məhsullarının emalı yeyinti sənayesinin əsas sahələridir.

Nəqliyyat şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonun ərazisindən Ələt-Culfa, Yevlax-Ağdam-Xankəndi dəmir yolları keçir. Bərdə-Ağdam-Xankəndi-Şuşa-Laçın, Ağdam-Xocavənd-Füzuli-Horadiz, Ələt-Culfa, Tərtər-Ağdərə-Kəlbəcər avtomobil yolları iqtisadi-coğrafi rayonun ərazisini respublikanın digər regionları ilə birləşdirir (cədvəl 5.15).

İqtisadi-coğrafi rayonda ümumi istifadədə olan avtomobil yolları, km (2012)

Şəhər və inzibati

rayonlar

Cəmi Dərəcəsinə görə
I II III IV V
Ağdam rayonu 131 - - 72 37 22
Füzuli rayonu 246 - - 98 133 15
Tərtər rayonu 207 - - 89 99 19
İqtisadi rayon 584 - - 259 269 56
Azərbaycan Res 14851* 330 1128 3764 8724 905
· — Respublika üzrə yolların ümumi uzunluğuna işğal altında olan rayonlardakı yollar daxil deyil

[Azərbaycanın nəqliyyatı – 2012].

Avtomobil yolları

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonda ümumi istifadə olunan avtomobil yollarının uzunluğu 584 km-dir. Onların əsas hissəsi Füzuli (246 km) və Tərtər (207 km) rayonlarında yerləşir. Avtomobil nəqliyyatı ilə yüksərnişin daşınması haqqında göstəricilər Tərtər rayonuna aiddir (cədvəl 5.16). İnzibati rayonda daşınan yüklər və sərnişinlərin miqdarı 2000-ci ildən sonra daim artmışdır [Azərbaycanın nəqliyyatı, 2013]. Cədvəl 5.16

İqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatının əsas göstəriciləri

Ərazilər 2000 2005 2010 2012
Daşınan yüklərin miqdarı, min t
Tərtər rayonu 201 296 414 450
İşğal olunmuş rayonlar 4592 2861 1582 1850
Azərbaycan Res. 40434 69518 99891 118123
Daşınan yüklərin dövriyyəsi, mln. ton-km
Tərtər rayonu 30,8 49,1 84,9 95,9
İşğal olunmuş rayonlar 447,4 514,2 651,2 776,2
Azərbaycan Res. 3513,0 7536,1 11325,1 13307,1
Daşınan sərnişinlərin sayı, min nəfər
Tərtər rayonu 4992 4865 6221 7049
İşğal olunmuş rayonlar 20337 16171 19229 21561
Azərbaycan Res. 743301 845910 1200330 1417413
Sərnişin dövriyyəsi, sərnişin-km
Tərtər rayonu 16,2 18,7 24,5 29,2
İşğal olunmuş rayonlar 142,4 82,3 120,6 142,7
Azərbaycan Res. 9154,0 10892,1 16633,0 20034,0

["Azərbaycanın nəqliyyatı – 2012].[1]

Yuxarı Qarabağ iqtisadi rayonu Bakı-Şuşa turizm marşrutu üzərindədir. Turizm ixtisaslaşması – sağlamlıq-müalicə, dərketmə, rekreasiya istiqamətində olmuşdur. Burada təbii və antropoloji abidələr çox, fauna və flora zəngindir. Murovdağ və Qarabağ silsilələri geniş yer tutur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Bu, qış turizmi üçün əlverişlidir. Silsilələr və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir. Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə mənzərəli dağarası çökəkliklər (Dovşanlı, Xankəndi və s.) vardır.

Yuxarı Qarabağ bölgəsi respublikamızın meşəli ərazilərindəndir. Ərazisinin 30%-i meşələrdir. "Qafqaz konservatoriyası" adlandırılan Qarabağ Azərbaycanın xalq musiqisi və poeziyası diyarıdır. Turşsu və İsa bulağı tarixən Qarabağın poeziya və musiqi məclislərinin təşkil edildiyi ocaq kimi də tanınırdı. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən nadir Xarıbülbül çiçəyi Qarabağın musiqi və gözəllik rəmzinə çevrilmişdir.

Yuxarı Qarabağ bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Bölgədə dünya əhəmiyyətli memarlıq və arxeoloji abidələr vardır. Ağdam rayonunun Xaçın Türbəli kəndində türbə (XIX əsr), Cəbrayıl rayonunda 11 tağlı (Xl-XII) və 15 tağlı (XIII əsr) Xudafərin körpüləri məşhurdur. Dünya əhəmiyyətli arxeoloji abidələrə Füzuli rayonunda Azıx, Tağlar mağaraları (paleolit dövrü), Ağdam rayonunun Əfətli kəndində Çalağantəpə yaşayış yeri (eneolit dövrü), Quzanlı qəsəbəsində Leylantəpə yaşayış yeri (eneolit dövrü), Ağdam şəhərində Üzərliktəpə yaşayış yeri (tunc dövrü), Tərtər rayonunda Borsunlu kurqanları (tunc və ilk dəmir dövrü), Xocalı rayonunda Xocalı kurqanları (tunc-ilk dəmir dövrü), Cəbrayıl rayonunun Xubyarlı kəndində Niftalı kurqanları (tunc dövrü) aid edilir. Xocavənd rayonunda ən qədim tarixə malik alban məbədi IV–VI əsrlərə aid edilir (Süsənlik kəndi). Şuşada XVIII əsrdə yaşamış xanların evləri, sarayları, qəsrləri, məscidlər, türbələr (XVIII–XIX əsr) çoxdur. Cəbrayıl, Füzuli, Ağdam rayonlarının tarixi kəndlərində çox sayda qala, məscid və digər inanc yerləri vardır. Əfsuslar olsun ki, bölgənin bütün sərvətləri, o cümlədən turizm-rekreasiya ehtiyatları erməni işğalçıları tərəfindən istismar edilib və dağıdılmışdır.

  1. Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Eminov Z. N.)