Çınqıllıtəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Naxçıvançayın mənsəbində, Nehrəm kəndindən 4 km-ədək şimal-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tumbul lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.[1]
Çınqıllıtəpə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 826,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |