Keçili (Sərdarabad)

Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3]

kənd
Keçili
40°07′47″ şm. e. 44°04′14″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Sərdarabad mahalı]]
Rayon [[Sərdarabad rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 851 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.993 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Keçili xəritədə
Keçili
Keçili

1728-ci ilə aid mənbədən mə’lumdur[4][5] Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.

Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi[7] əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır[8]. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar[7]. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[10][11][170, 3]. Mənşəcə oğuzların Kayı tayfasına mənsub keçililər[12]Səfəvilər vaxtında Naxçıvanda yaşayan Kəngərlərə qarışmışdır. XIX əsrin əvvəllərində Naxçıvan əyalətində yaşayan kəngərlərin bir qolu keçili adlanırdı. Onların bir hissəsini Pənahəli xan köçürüb Qarabağda yerləşdirmişdi. XIX əsrin ortalarında Qarabağ düzündə qışlayan bir maldar el Keçili adlanırdı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV. 1946-il fərmanı ilə adı dəyişdirilib "Mrqaşat" qoyulmuşdur.

1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[13]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
  4. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. .
  5. Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, 1974, № 8. .
  6. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.61
  7. 1 2 ASE, V c., B., 1981, s.331
  8. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.69
  9. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.227
  10. Azərbaycan Sovеt Еnsiklopеdiyası (müxtəlif cildlər). .
  11. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  12. V.A.Qordlеvskiy, c. III.  S. 109. .
  13. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кечили // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.