İsmayıl Məhəmməd oğlu Səmədov (9 avqust 1990, Lahıc, Zaqatala rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin 052 nömrəli Hərbi Hissəsinin Bölmə Komandiri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
İsmayıl Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lahıc, Zaqatala, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Gorazıllı, Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Lahıc, Zaqatala, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Hərbi hissə | 052 nömrəli hərbi hissə |
Xidmət illəri | 2011—2020 |
Rütbəsi | Kapitan |
Vəzifəsi | Bölmə Komandiri |
Döyüşlər |
Azərbaycan–Ermənistan arasında toqquşma (aprel, 2016) Qarabağ müharibəsi (2020) • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
|
İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc qəbəsəsində anadan olub.[1] 1996-cı ildə Q. Qocayev adına Lahıc kənd tam orta məktəbin birinci sinfinə gedib. Doqquzuncu sinfi bitirəndən sonra — 2005-ci ildə təhsilini Kimya-Biologiya Təmayüllü Liseydə davam edib və 2007-ci ildə oradan məzun olub. İsmayıl Səmədovda uşaq yaşlarından zabit dayısı Murad Atayevdən ilhamlanaraq hərbi xidmətə, zabit peşəsinə maraq yaranıb. Bu səbəblə 2007-ci ildə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) verib. 2011-ci ildə oradan məzun oldu və "leytenant" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə başladı.
Evli idi. Nurgül adında qızı və Mehdi adında oğlu var idi.
Ali hərbi təhsili başa vurduqdan sonra İsmayıl Səmədov 2011-ci ildə Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən N saylı Hərbi Hissəsində "leytenant" hərbi rütbəsində Taqım Komandiri vəzifəsində xidmətə başladı. Bu hərbi ehtiyat hərbi hissə idi və burada tez-tez təlim məşqlərində olurdu, döyüş atışlı çalışmaları həm gecə, həm də gündüz yerinə yetirirdi. Taqım Komandiri, leytenant İsmayıl Səmədov tabeliyində olan əsgərləri qısa müddətdə yaxından tanımışdı. Onlarla fərdi söhbət aparmış, ailə vəziyyəti, qayğı və ehtiyaclarını öyrənmişdi. Əsgərlərin vəzifə borclarını əvvəlcə izah edir, daha sonra dərindən mənimsədiyinə əmin olmaq üçün yoxlayırdı.
Xidmətə başladığı hərbi hissədə bir ili tamam olmamış — İsmayıl Səmədov Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulmaq üçün "Zabit Hazırlığı Kursu"na səbəd verir və oranı müvəffəqiyyətlə başa vuraraq 2011-ci ilin yayından xidmətini Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonunda yerləşən 052 nömrəli Hərbi Hissəsində davam edir. Komandanlığın qərarı ilə Bölmə Komandiri vəzifəsinə təyin edilir.
2014 və 2017-ci illərdə Gürcüstanda dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarında olub. 2018-ci ilin mayında isə İzmir şəhərində baş tutan "EFES — 2018" beynəlxalq təlimlərinin pentatlon turnirinin qalib olub.
İsmayıl Səmədovun rəhbəri olduğu bölmələr 2016-cı ilin 2–5 aprelində baş verən hərbi əməliyyatlarda Lələtəpə istiqamətində gedən döyüşlərdə fərqlənib.
2018-ci ilin iyununda müdafiə nazirinin əmrlərin əsasən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
27 may 2019-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
Kapitan İsmayıl Səmədov 27 sentyabr 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin 052 nömrəli Hərbi Hissəsinin Bölmə Komandiri olaraq hərbi əməliyyatlara yollandı. Füzuli, Cəbrayıl və Xocavəndin yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqlənib. Oktyabrın 11-də İsmayıl Səmədova Xocavənd rayonu yaxınlığındakı Gorazıllı istiqamətindən Ermənistan silahlı qüvvələrinə yardıma gələn silahlı, canlı qüvvə ilə dolu üç maşının məhv edilməsi tapşırığı verildi. Həmin avtomobillər onların yerləşdiyi ərazidən bir qədər aralıdan gedirdi. İsmayıl Səmədov bir avtomobili dəqiq atəşlə sıradan çıxarır. Daha 2 avtomobil və əsgərləri dağlara qaçan zaman vurulur. Uzun müddət davam edən döyüşlər zamanı İsmayıl Səmədov həyatını itirir. Doğulduğu Zaqatala rayonunun Lahıc qəsəbəsində dəfn olunub.
İsmayıl Səmədov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
2021-ci ildə Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Vətən müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun adı verilmişdir.[2]