Rəşad Abdullayev (hərbçi)

Rəşad Arif oğlu Abdullayev (14 sentyabr 1988, Prişib, Cəlilabad rayonu29 sentyabr 2020, Kəlbəcər rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2006—2020
Rütbəsi Kapitan
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2016 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 2017 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Prişib şəhərində anadan olub.[1] Ailəsində özü də daxil olmaqla 4 uşaq olan Abdullayev 3 bacının yeganə qardaşı idi.

Rəşad Abdullayev, 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2003-cü ilə qədər bu məktəbdə təhsil aldıqdan sonra 9-cu sinifdə 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə məktəbi "motoatıcı" ixtisası üzrə bitirib.

Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Rüqəyya adlı qızı və Məmmədağa adlı oğlu yadigar qaldı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Rəşad Abdullayev 2010-cu ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirdikdən sonra Müdafiə Nazirliyinin həmin ilin 23 iyun tarixli Sərəncamına əsasən "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmişdir. 12 dekabr 2011-ci ildə XTQ kursu keçmək üçün "N" saylı hərbi hissəsinə ezam olmuşdur. Kurs bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Xidməti zamanı ona 2 rütbə vaxtından əvvəl verilsə də, Abdullayev imtina etmişdir.

Aprel döyüşlərində iştirakı

[redaktə | mənbəni redaktə et]

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Rəşad Abdullayev "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından savaşmışdır. Belə ki, o, döyüş başlayandan bitənə qədər mühasirədə olsa belə, mühasirədən çıxmağı bacarmış, Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[2]

2014, 2015, 2017 və 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]
  • 1 mart 2021-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Cəlilabad Rayon Gənclər və İdman idarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Rəşad Abdullayevin xatirəsinə onlayn şahmat turniri keçirilmişdir.[7]
  • 2021-ci ildə Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adı verilmişdir.[8]
  • 16 may 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən küçələrdən birinə Rəşad Abdullayevin adı verilib.[9] Görüşdən sonra şəhidin ailəsi ilə müsahibə aparılıb, müsahibədə bildirilib ki, Rəşad Abdullayevin adını daşıyan Cəlilabad rayon 2 nömrəli tam orta məktəbdə onun büstünün açılışı olacaqdır.[10]
  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 24.06.2016. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2016.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. "Şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir". www.dysbaku.az (az.). 02.03.2021. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.06.2022.
  8. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  9. "Şəhid kapitan Rəşad Abdullayevin adı Qaradağda əbədiləşdirildi - FOTOLAR". www.aqreqator.az (az.). 16.05.2022. İstifadə tarixi: 03.06.2022.
  10. Vasif Əlihüseyn. ""Rəşadın adının yaşadılması üçün bütün addımlar atılıb" - Şəhid kapitanın atası..." www.moderator.az (az.). 16.05.2022. İstifadə tarixi: 03.06.2022.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  12. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  13. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.