Telman Əsgər oğlu Hüseynov (27 noyabr 1977, Stepanakert) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Telman Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1977 (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə |
2-ci Ordu Korpusu (—2021) 5-ci Ordu Korpusu (2021—) |
Rütbəsi |
Polkovnik |
Döyüşlər |
• Qarabağ müharibəsi (2020)
|
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hüseynov Telman 1977-ci il noyabrın 27-də Xankəndi şəhərində anadan olub, əslən Füzuli rayonunun Dilağarda kəndindəndir. O, 1984–1992-ci illərdə Füzuli rayonu Dilağarda kənd orta məktəbində təhsil almış, daha sonra 1992–1995-ci illərdə təhsilini Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbdə davam etdirmişdir. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub və 1999-cu ildə həmin məktəbi bitirib, 2017–2019-cu illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. O, taqım komandiri, kəşfiyyat bölük komandiri, kəşfiyyat rəisinin köməkçisi, briqadanın kəşfiyyat rəisi, qərargah rəisi-hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi və Ordu Korpusu komandirinin müavini vəzifələrində xidmət göstərmişdir.
2020-ci ildə, İkinci Qarabağ müharibəsində polkovnik Telman Hüseynovun kəşfiyyat şöbəsinin rəisi olduğu 2-ci Ordu Korpusunun kəşfiyyat bölmələri və tabeliyinə verilən digər bölmələr əsas zərbə istiqamətində düşmənin müdafiə səddini yarıb, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa şəhərlərinin azad edilməsində şücayəti ilə fərqlənib. 2-ci Ordu Korpusunun kəşfiyyat bölmələri və digər bölmələr əlverişli hüdudda hücum döyüşü ilə düşmənin cəbhə boyu istiqamətində əks zərbəsini müvəffəqiyyətlə dəf edərək, onun manevr edəcək mobil ehtiyatlarını döyüş imkanlarından məhrum edib, çətin keçilən relyefdə hücumu davam etdirərək düşmənin arxasından dərin dövrələmə manevri edərək irəliləyib. Korpusun bölmələri Cəbrayıl, Hadrut, Füzuli, Qubadlının yaşayış məntəqələrinin və ətrafındakı komanda yüksəkliklərinin düşmən işğalından azad edilməsində iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynov "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.[1]
O, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.