Anar Mehman oğlu Şükürov (20 yanvar 1977, Sumqayıt – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Həmlə" Taborunun Komandiri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Anar Şükürov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1977 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020 (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2000–2020 |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | |
|
Anar Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub.[1]
Anar Şükürov uzun illər Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Qrup Komandiri və Tabor Komandiri vəzifələrində, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılıb.
Anar Şükürov İkinci Qarabağ müharibəsinin birinci günündən Binəqədi Rayon Hərbi Komissarlığına dəfələrlə müraciət eləsə də, Komissarlığdan ona hələ gözləməli olduğu bildirildilər. Bundan sonra o, 1-ci Ordu Korpusunu rəhbərliyinə müraciət elədi və Ordu Korpusunun Komandanlığın yardımı ilə "Həmlə" Taborunun Komandiri olaraq döyüşlərə cəlb olundu.
Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Şükürov oktyabrın 16-da Ağdərə istiqamətində 530 strateji nöqtəsi istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]