XƏZƏL
XƏZƏRLƏR
OBASTAN VİKİ
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. == Həyatı == Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. == Yaradıcılığı == Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Ad == Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Xəzər
Xəzər dənizi (az.-əski. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای کاسپین‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Xəzər Waterfront
Xəzər Waterfront — Bakı bulvarında inşa ediləcək ticarət-əyləncə mərkəzi. == Məlumat == Mərkəz Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə, Əl Oyunları sarayının yaxınlığında inşa edilir. ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir. 120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub, цst hissə isə 7 mərtəbədən ibarət olacaq. Ьərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq. Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir.
Xəzər Xaqanlığı
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər adaları
Xəzər Adaları — 2015-ci ildən tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri. == Layihə haqqında == Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır Layihənin 2020–2025-ci illərdə başa çatması gözlənilirdi.
Xəzər alçası
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Xəzər anası
Xəzər anası (yaxud Xəzər madonnası) Alimlər tərəfindən "Xəzər madonnası" adlandırılan - əlində körpə uşaq olan qadın təsvirli, orijinal mis medalyondan ibarətdir.(bütpərəstliklə xristianlığın simbiozu kimi) Arxeoloqlar tərəfindən Sulak arxası Qumuqda(Şimali Dağıstan), xəzər şəhərləri Bələncər(Çiri Yurd), erkən orta əsr (7-9-cu əsrin əvvəli) katakombaların birində tapılıb. Ona bənzəri Kislovodsk ərazisində də tapılıb. M.M.Mamayev bunu xristian müqəddəs anası(madonna) kimi izah edir. Lakin deməyə əsas var ki, həmin medalyonun təsvirinin anlam süjeti bir qədər fərqlidir. == Mənbə == -Xəzər anası "Обряды и культы Древнего и Средневекового Дагестана". Сб. статей. Махачкала.1986. С.90-109.
Xəzər andızı
Xəzər andızı (lat. Inula caspica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30–50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15–22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir.
Xəzər aterini
Xəzər aterini (lat. Atherina caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinin aterin cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin hər yerində yayılmışdır. Sara yarmadası, Böyük Qızılağac körfəsi, Kür dili rayonlarında üstünlük təşkil edir. Kürün mənsəbində, az miqdarda Kiçik körfəzdə, Qumbaşı çayında, Lənkəran çaylarında, Uzbay vadisi göllərində, duzluluğu 60 %-ə çatan Kaydak körfəzində qeydə alınır. == Morfoloji əlamətləri == D VIII,1 10–15, A 11–16, qəlsəmə dişiciklərinin sayı 19–26, orta hesabla 22–23, fəqərələrinin sayı 44–48 olur. Yan xətti yoxdur. Bədəninin yanları boyu gümüşü rəngdə zolaq uzanır. Qarnı girdələşmiş şəkildədir. Ağzı böyükdü və ucda yerləşir.
Xəzər atı
Xəzər atı — Xəzər dənizinin şimal- şərq, şimal və qərb sahilləri boyu ərazilərdə yayılmış at cinsi. Qərb ippoloji ədəbiyyatında Kaspi ponisi kimi tanınır. Xəzər atı əsasən, monqol,türk və fars mənşəli atlarla yerli atların qarışması nəticəsində meydana gəlmişdir. Sonralar Quba yorğası və Şirvan atlarının təsiri geniş vüsət almışdır. Bu atlar kiçik və bəzən də orta boylu olmaqla, çox möhkəm bədən quruluşuna malikdir. Boynu qısa və aşağı çıxışlı, beli qısa,sağrısı qısa, gövdəsi enli,başı nisbətən iri, gözləri kiçik, ayaqları qısa olur. Tükləri uzun və sıxdır. Yal-quyruğu bol tüklüdür. Bu atlar yemə az tələbkar olmaqla çox dözümlüdürlər. Rəngləri əsasən kəhər, tünd kəhər,boz olur.
Xəzər bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəzər dağı
Xəzər dağı — Füzuli rayonunun ərazisində qərar tutan dağ. Xəzər oronimi özündə xəzər etnonimini əks etdirir. Görünür, Azərbaycan ərazisində məskunlaşmış xəzər ailələri əvvəlcə maldarlıqla məşğul olmuşlar və həmin dağlarda onların yaylaqları yerləşmişdir. Bir sözlə Xəzər oronimi etnotoponimdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.348.
Xəzər dermatolitonu
Xəzər dermatolitonu (Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie)) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. == Qısa morfoloji təsviri == Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir.
Xəzər dili
Xəzər dili — Orta əsrlərdə, Mərkəzi Asiyalı yarı köçəri Türk boyu olan Xəzərlərin danışdığı dildir. Xəzər dili Türk dillərində biri olmasına baxmayaraq, hansı Türk dilləri qrupuna aid olması hələ də mübahisəlidir. == Tarixi == Xəzərlərin idarə etdiyi bölgələrdə Fars, Ural, Slavyan və Şimali Qafqaz xalqlarının yaşaması, dövlətin çox millətli və çox dilli olduğunu göstərir. Antropoloji işlərə görə idarəçi sinfin daxili asiyalı olduğu və Monqoloid olaraq təbir edilən xüsusiyyətlərə sahib olduqları ortaya çıxmışdır. Bu dövlətin rəhbərlərinin ən azından bir Türk və ya Asiya mənşəli dildə danışmış olduqlarına çox böyük bir dəlildir. === Ərəb mənbələri === 10-cu əsrdə yaşamış ərəb yazıçısı İstəxri xəzərlərin türklərin və farsların danışdıqları dillərdən fərqli bir dildə danışdıqlarını, ancaq Bulqar dilləri ilə yaxın olduğunu qeyd etmişdi. Eyni zamanda müəllif Dərbənd, Dağıstanda Xəzərlərlə yanaşı dağlarda yaşayan xalqların dillərinin oxşar olduğunu qeyd etmişdi. Məsudi xəzərlərin türk olduğunu və türk dillərində Sabir, farscada isə Xəzər adlandığını yazmışdır. Əl-Biruni Bolqarlar və Sabirlər haqqında yazdığı məqalələrin birində bu cəmiyyətlərin dillərinin türk dilləri və Xəzər dillərinin qarışığı olduğunu qeyd etdi. === Xəzər-dili mənbələri === Xəzərlərdən günümüzə qədər gələn iki sənəd var və bunlar İvrit dilində yazılmışdır.
Xəzər dövləti
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər dənizi
Xəzər dənizi (az.-əski. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای کاسپین‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Xəzər ektokarpusu
Xəzər ektokarpusu (Elmi adı - Ectocarpus caspicus). — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. == Qısa morfoloji təsviri == Kolcuq və dolaşıq çim şəklində bitir, hündürlüyü 0,5-2 sm-dir. Tallom əsasda və digər hissələrində inkişaf edən rizoidlərlə substrata yapışır. Rizoidlər bəzən stolonlar kimi substratın üzərində sərilir və belə olduqda rizoidlərdən yeni şaquli cücərtilər əmələ gəlir; nizamsız, çəngəlvari, növbəli və birtərəfli budaqlanır ; tallomun yuxarı hissəsində yan budaqlanmalar üstünlük təşkil edir. Budaqların qalınlığı kifayət qədər fərqli olur: əsas budaqlar 20-30 sm, yan budaqlar əsas budağa nisbətən nazik; uc budaqlar 9-13 sm qalınlıqdadır, çox vaxt uzun tükcüklə bitir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Cladophora yosununnun üzərində rast gəlinir. == Yayılması == Bakı buxtasına yaxın aşkar edilmişdir. == Sayı və tendensiyası == Yeganə lokalitetində mənfi antropogen təsirlər azalma tendensiyasını yaradır.
Xəzər gavalısı
Xəzər gekkonu
Tenuidactylus caspius (lat. Tenuidactylus caspius) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin tenuidactylus cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədəninin uzunluğu 75 mm-ə, quyruğunun uzunluğu isə 100 mm-ə çatır. Bədənin 89–115 pulcuq vardır. Quyruğun qabırğalı pulcuqları seqment şəklində yerləşir. Bədəni sarı çalara malik qonurumtul – boz rəngdə olub, boynunda və bədəninin üst tərəfində 5–6 tünd rəngli, qeyri-düzgün formalı eninə zolaqlar var. Bədənin alt hissəsi ağ rəngdə olur. == Yayılması == Qafqazda, Qazaxıstanda və Mərkəzi Asiyada, şimal və şimal-şərqi İran, şimal-qərbi Əfqanıstanda yayılmışdır. Bu növ yayıldığı əraziyə asanlıqla uyğunlaşır. Türkmənistan ərazisində dağ zirvələri istisna olmaqla demək olar ki, bütün ərazilərdə rast gəlinir.
Xəzər gölü
Xəzər dənizi (az.-əski. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای کاسپین‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Xəzər gəvəni
== Ümumi yayılması: == Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-lərində təbii arealı vardır. == Azərbaycanda yayılması: == Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır. == Statusu: == Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab(ı,ıı,ııı,ıv,v). == Bitdiyi yer: == Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir. == Təbii ehtiyyatı: == Azdır. == Bioloji xüsusiyyətləri: == Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavarı lansetşəkilli qısa tüklü kənarları kirpikvarı-dır.
Xəzər ilanbalığı
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. == Morfoloji əlamətləri == Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
Konfutsi İnstitutu (Xəzər Universiteti)
Konfutsi İnstitutu — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. Direktoru xanım Fen-xuadır. == Tarixi == İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.
Mir Xəzər Xan Xoso
Mir Xəzər Xan Xoso (30 sentyabr 1929 – 26 iyun 2021, Kvetta) — Pakistan İslam Respublikasının 20-ci baş naziri (faktiki).
Mən Xəzər dənizçisiyəm (film, 1961)
Mən Xəzəri Görürəm (1980)
Mən Xəzəri görürəm (film, 1980)
Mənim Xəzərim (1970)
== Məzmun == Filmin qəhrəmanı qoca balıqçıdır. Ömrü boyu sərt dalğalarla üz-üzə gəlmiş, sərt təbiətdə böyümüş, bərkimiş zəhmət adamıdır. Filmdə onun maraqlı həyat yolu öz əksini tapmışdır.
Mənim Xəzərim (film, 1970)
== Məzmun == Filmin qəhrəmanı qoca balıqçıdır. Ömrü boyu sərt dalğalarla üz-üzə gəlmiş, sərt təbiətdə böyümüş, bərkimiş zəhmət adamıdır. Filmdə onun maraqlı həyat yolu öz əksini tapmışdır.
Neftçi - Xəzər Lənkəran rəqabəti
"Böyük Oyun" — Neftçi PFK və Xəzər Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisi. Tarix boyu Neftçi və Xəzər Lənkəran bir biri ilə 43 dəfə üz-üzə gəlib. Derbilərdə 17 heç-heçə, Neftçi 16 dəfə, Xəzər Lənkəran isə dəfə 10 qələbə qazanıb. Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib. == Tarixi == Neftçi və Xəzər Lənkəran arasında qarşılaşma "Böyük Oyun" adlansa da, terminin mənşəyi bəlli deyil. İki klub arasındakı rəqabət sadə idman rəqabətindən daha çox köklərə sahib idi. Derbinin formalaşmasına hər iki klubun çempionluğa iddialı olması, milli kimlik (azərbaycanlılar və talışlar), şimal və cənub (Bakı və Lənkəran), şəhər və rayon, ictimai sinif (varlı və kasıb) kimi amillər təsir edib. Neftçi və Xəzər Lənkəran arasında ilk derbi 2004-cü il dekabrın 8-də baş verib. Xəzər Lənkəran Mərkəzi Stadionunda keçən oyun 1–1 hesabı ilə başa çatıb. 2011-ci il martın 3-də Azərbaycan Kubokunun 1/4 finalının Neftçi — Xəzər Lənkəran oyununda dava düşüb.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri — Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya müvafiq gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənubi Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. == Coğrafiya və ekologiya == Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Qocaman Xəzərin Gəncliyi (1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Qocaman Xəzərin gəncliyi (film, 1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Rusiya imperiyasının Səfəvi imperiyasına məxsus olan Cənubi Qafqaza və Dağıstana öz quru qoşunları və donanması ilə etdiyi yürüş nəzərdə tutulur. Yürüşün rəsmi şəkildə elan edilən məqsədi rus tacirləri üçün Asiyanın qapılarını açmaq və onları quldurların hücumlarından qorumaq idi. Həmçinin iddia edilir ki, yürüşün məqsədlərindən biri də Cənubi Qafqazdakı ləzgiləri cəzalandırmaq idi. Yürüş ruslar üçün uğurla nəticələndi. Səfəvi imperiyası ilə 1723-cü ildə imzalanan Peterburq müqaviləsi ilə Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. II Təhmasib bu müqaviləni ratifikasiya etmədi. Ruslar əldə etdikləri torpaqların ilhaqını Osmanlı ilə imzalanmış İstanbul müqaviləsi ilə təstiqlətməyi bacardılar. Lakin Nadir xan Əfşarın uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər. == İlkin şərtlər == 1701-ci ildə erməni İsrail Ori, Erməni Kilsəsindən siyasi olaraq güclü və nüfuzlu şəxs olan Minas Tiqranyan ilə birlikdə Moskvaya gedərək Çar Pyotr ilə görüşdü. Görüşün məqsədi rusların Qafqazda Ermənistan qurmaq üçün ermənilərə dəstəyini təmin etmək idi.
Rusların Xəzər ekspedisiyaları
Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti
Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti — Rusiya imperiyasında 1898-ci ildən fəaliyyət göstərən səhmdar cəmiyyət. Cəmiyyətin əsasnaməsi 4 iyul 1897-ci ildə qəbul edilir və 23 sentyabr 1897-ci ildə isə dərc edilir. Cəmiyyət Dembotov qardaşlarının Qara şəhərdə və bakı ətrafında olan neft sənayesi müəssisələnin inkişaf və təmin edilməsi məqsədi ilə təşkil edilmişdir. Cəmiyyətin ümumi kapitalı 1 500 000 rubl təşkil edirdi. 6 000 səhmə bölünmüşdü, hər səhm 250 rubl dəyərində idi. Cəmiyyəti təşkil edənlər arasında neft sənayeçisi, Çarısında ticarət-sənaye müəssisələri və daşınmaz əmlakları olan Qriqori Dembot və tacir İosif Dembot vardı. Cəmiyyət 10 mart 1898-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin qərargah mənzili Sankt-Peterburqda yerləşirdi: ilk əvvəllər Qalernaya küçəsi, ev № 20, sonradan Böyük Konyuşnaya küçəsi, ev № 7. Cəmiyyətin rəhbərliyində Dembotov qardaşlarından başqa ticari işlərdə anlayışı olmayan şəxslərdə olmuşdur. Belə ki, 1898–1905-ci illərdə cəmiyyətin rəhbəri ictimai xadim, baron David Qinsburq, 1903–1905-ci illərdə isə direktorlardan biri həbsxana həkimi və ədəbiyyatçı David Qersrenşteytn olmuşdur.
Volqa-Xəzər kanalı
Volqa-Xəzər gəmiçilik kanalı (VXGK) — Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirən kanal. Dəniz gəmilərinə Baxtemir çayındakı Olya və Volqa çayındakı Astraxan limanlarına daxil olmaq imkanı verir. Şlüzü (Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğuları) yoxdur. == Tikilmə tarixi == XIX əsrin ortalarında bütün dünyada və Rusiyada ticarət donanmasının tonnajında və dəniz yükdaşımalarının həcmində əhəmiyyətli artım başladı. Bununla əlaqədar olaraq daxili rus limanlarını Xəzər dənizi limanları ilə bağlayan kanal tikintisinə ehtiyac artdı. Bağlanğıcda dənizə gələcək yolların iki istiqaməti nəzərdə tutulurdu: Baxtemir və Kamızyak yolu. 1874-cü ildə Baxtemir dəniz gəmiçiliyi üçün daha məqbul yol kimi təsdiq edildi. Bu ili Volqa-Xəzər gəmiçilik kanalının yaranış tarixi kimi qəbul edirlər. Məhz bu ildə kanalın tikintisi başlandı və birinci mərhələ 17 il davam etdi. Bununla da hər il Baxtemir qolundan 60 min kub metrə qədər alt torpaq götürüldü.
Xəzər Universiteti Şərq dilləri və Din Araşdırmaları Departamenti
== Yaranma tarixi == Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin nəzdində olan Şərq Dilləri və Din Araşdırmaları Departamenti, Xəzər Universitetində uzun müddət fəaliyyət göstərən Şərqşünaslıq və İslam Araşdırmaları departamentinin əsası üzərində 2008-ci ildə qurulmuşdur. == Məqsəd == Departamentin hədəfi Yaxın və Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya xalqlarını dil, din, tarix, sənət, ədəbiyyat və mədəniyyətin digər aspektlərindən tədqiq və tədris etməkdir. Müvafiq dillər sahəsində Departament Ərəb, Fars, Türk, İbri, Yapon, Çin, Koreya və Urdu dilləri kimi qeyri-Avropa dillərini əhatə edir. Qeyd olunan dillərdən Ərəb və Fars dilləri, hal-hazırda Sosial və Bəşəri Elmlər fakültəsinin tələbələrinə ikinci ixtisas fənni kimi, digər dillər isə seçmə fənn kimi tədris olunur. Departament həmçinin yuxarıda qeyd olunan dillərin vətənində doğulmuş və daha sonra dünya mədəniyyətinin mühüm bir parçasına çevrilmiş Orta Şərq mənşəli Yəhudilik, Xristianlıq və İslamla yanaşı Buddizm, Konfüçianizm, Hinduizm, Jainizm, Şintoizm, Taoizm kimi Şimali və Şərqi Asiya dinlərini də tədqiq edir. Dini Araşdırmalar sahəsinin hədəflərindən biri də bu ənənəvi dinlərin tarixini tədqiq etməklə yanaşı onlardan da bəhrələnərək meydana çıxmış yeni dini hərəkatları, dini plüralizm, dinlərarası münasibətlər və dialoq, din və qloballaşma münasibətinin tədqiqi və tədrisidir. Departamentin təklif etdiyi fənnlərdən bəziləri bunlardır: Ərəb dili və Ədəbiyyatı, Fars dili və Ədəbiyyatı, Türk dili və Ədəbiyyatı, İbri dili, Yapon dili, Çin dili, Koreya dili, Urdu dili, Dinlər Tarixi, Din və Qloballaşma, Dinlərarası Münasibətlər, Din Fəlsəfəsi, Müqəddəs Kitabların Tədqiqi, Qur’an Araşdırmaları, İslam Tarixi, İslam mədəniyyəti, İslam fəlsəfəsi, İslam Hüququ, İslam Əxlaqı, Təsəvvüf (Sufizm) Departament, Universitetin müvafiq digər departament və mərkəzləri ilə əməkdaşlıq etməklə Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya Araşdırmalarına dair bakalavr səviyyəsində (graduate-level) sahə araşdırmaları həyata keçirir, eləcə də tələbələr və sahənin mütəxəssisləri üçün açıq mühazirə (public seminare) və seminarlar keçirir. == Fəaliyyəti == Departament eyni zamanda Dini Araşdırmalar və Şərq dilləri sahəsində müxtəlif yayınlar nəşr etməkdədir. Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir. Departament xaricdə (Türkiyə, İran, İraq, Yaponiya, ABŞ, AB ölkələri) Ph.
Xəzər Universitetinin Dünya məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. == Fəaliyyəti == Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu. == Qəbul qaydaları == Məktəbə ən müxtəlif ailə və zümrələrdən olan zehni cəhətdən normal inkişaf etmiş şagirdlər bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə qəbul edilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. == Tarix == Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Xəzər Universitetinin Hüquq fakültəsi

Xəzər Universitetinin Tibb və stomatologiya fakültəsi

Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsi

Digər lüğətlərdə