Xaləddin Musayev (professor)
Xaləddin Novruz oğlu Musayev (13 yanvar 1961, Füzuli, Samux rayonu) – Tibb elmləri doktoru, professor.
Xaləddin Musayev 13 yanvar 1961-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Füzuli kəndində anadan olmuşdur.
Azərbaycan Tibb Universiteti 2-ci Cərrahi Xəstəliklər Kafedrasının, ATU Tədris Cərrahiyyə Kafedrasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin müdiridir. Tibb elmləri doktoru, professordur. Çoxsaylı elmi məqalələrin, Koloproktologiya barədə Azərbaycan dilində kibabların müəllifidir. ATU-nun müəllimidir. Mədə-bağırsaq xəstəliklərinin patologiyaları, koloproktoloji xəstəliklər, o cümlədən yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Konkret olaraq professor Xaləddin Musayev Azərbaycanda babasil, kolit, parapraktit, xroniki qəbizlik, bağırsağın divertikulu xəstəliyi, bağırsaq yapışqanlığı, kron xəstəliyi, yoğun bağırsaq polipləri, ülserativ kolit, bağırsaq düyünlənməsi, rektovaginal fistula, bağırsaq uzanması, meqakolon, düz bağırsağın çatı, düz və yoğun bağırsaq şişləri və sair kolorektal bolgədə rast gəlinən xəstəliklər konservativ və cərrahi müalicəsində aparıcı mütəxəssislərdən, aktiv tibbi xidmət göstərən həkimlərimizdən biri hesab olunur. Professor Xaləddin Musayev ATU-da yeni koloproktoloq mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. Məlum olduğu kimi bağırsaq cərrahiyyəsi ilə məşğul olan ümumi cərrahlar koloproktoloq və ya kolorektal cərrah adlanır.