XAMELYON
XAMLIQ
OBASTAN VİKİ
Şirxan Xaməmmədov
Şirxan Xaməmməd oğlu Xaməmmədov (9 fevral 1998; Məlikçobanlı, Şamaxı rayonu — 3 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirxan Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Şirxan Xaməmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Şirxan Xaməmmədov noyabrın 3-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb.

Digər lüğətlərdə