xaki
xaqanişünas
OBASTAN VİKİ
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. == Öncəki xaqanlar dövründə == 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Mete xaqan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Muğan xaqan
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur. Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Nili xaqan
Nili xaqan — Tardu xaqanın yerinə bir il xaqanlıq etmiş bir neçə il də Buxarada yabqu olmuşdu. 604-cü ildə Basıl Tegin tərəfindən əvəz olundu. Nili xaqanın heykəli 2003-cü ildə Yapon tədqiqatçı alim Osava Takaşi tərəfindən tapılmışdır. Üzərində soğd əlifbası ilə "Muğan xaqanın nəvəsi Niri xaqan dovşan ilində böyük xaqan oldu" yazılıb. Heykəl Sintzyan Uyğur Muxtar regionunda yerləşir.
Obadiyah xaqan
Obadiyah xaqan (Yəhudi dilində עבדיה)(786-809) — Xəzər xaqanlığının xaqanı, Bulanın nəvəsi. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadiyah 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadiyah bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi. Obadiyah xaqan və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. Siciliyada yaşamış coğrafiyaşünas İdrisi (XII əsr) xaqanlıqda bütün dinlərin fəaliyyət göstərdiyini, dini azadlığın qorunduğunu qeyd edir. Bizans imperatoru I Roman Lekapenin (919-944) yəhudilərə etdiyi zülmdən sonra onlar demokratik ənənələrin qorunduğu Xəzər xaqanlığına köç edirlər və bu köç ərazidəki musəvilərin nüfuzunun artmasına səbəb olur. İbn Rüşdə görə, xəzər xaqanı musəvi olsa da, xalq əski inancını qoruyub saxlayırdı.
Oğuz xaqan
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır. Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb. Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır.
Qapağan xaqan
Qapağan xaqan (VII əsr – 716, Mancuriya)— Aşina sülaləsindən Göytürk xaqanı. Əsl adı Moçur (阿史那默啜) olmuşdur. 664-cü ildə doğulmuş, 682-ci ildə şad təyin olunmuşdu. 692-ci ildə İlteriş xaqan öldü. Onun qardaşı Qapağan xaqan hakimiyyətə gəldi, çünki Bilgə hələ çox gənc idi. Hakimiyyəti əsasən işğalçı siyasət güdmüşdür. Hakimiyyətə gələn kimi Çinə hücum edən xaqan daha sonra 697-ci ildə kidan tayfalarının Çinə olan üsyanına kömək etdi. Çinin zəifləyəcəyini düşünən Moçur, Kidanların hökmdarı Li Cinçonqun özünü Muşanq xaqan (Özündən başqasına tabe olmayan xaqan - 無上可汗) elan etməsindən sonra fikrini dəyişdi. Muşanq xanın ölümündən sonra yerinə qaynı Su Vanronq keçdi və 697-ci ildə kidanlar bir daha türklərlə ittifaqa girmək yolunu seçdilər lakin xaqan imtina etdi. Həmin ilin yayında xaqan kidanların paytaxtını ələ keçirərək, üsyanı birdəfəlik məğlub etdi.
Qara xaqan
Qara Xan — türk və altay mifologiyasında əfsanəvi xaqan. Qara xalqın yəni adi (soylu olmayan) insanların öndəridir. On oğlu və doqquz qızı vardır. Soylu olmayıb, xalqdan adi bir adam ikən sonradan xanlık əldə edənləri və ya dövlət quranları təmsil edir. Qara dənizdə yaşayır (Ağ dənizin yanında ikinci dərəcə əhəmiyyətə malikdir). Buryatcada Hara sözü Ay deməkdir (monqol Sara), bəzi qeydlərdə Oğuz xanın atasının adının Qara Xan ikən bəzi qaynaqlarda nəslinin (və ya atasının) Ay olaraq göstərilməsi bu söz bənzənəmləri səbəbiylə ola bilər. Çünki monqolca Xar, mançurca Xara sözləri qara rəng bildirir. Qara Türklərdə şimal istiqamətinin simvoludur. Gücü və nüfuzu vurğulayır. Tarixdə iştirak edən Qaraxan dövlətinin adı təsadüfi deyildir.
Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Apa xaqan
Apa xaqan — Göytürk vətəndaş müharibəsinin iştirakçısı, Taspar xaqanın vəliəhdi və Buxara (Paykənd) yabqusu. == Həyatı == Taspar xaqan ölümündən əvvəl qaydalara zidd olaraq Apa xaqanı vəliəhd təyin etdiyi üçün müharibənin ortasında qalan Apa xaqan Tardu xaqandan müdafiə aldı. İşbara xaqana məğlub olaraq Buxaraya çəkildi və orda xaqanlıq etməyə başladı. 587-ci ildə vəfat edərək öldü. Buxara yabquluğuna Tardu xaqanın oğlu Yanq Soux Tegin gəldi.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Tulan xaqan
Tulan xaqan — birləşmiş Göytürklərin sonuncu xaqanı hesab olunur. 588-ci ildə taxta çıxmışdır. Atasının həyat yoldaşı şahzadə Kvancin ilə evlənmişdi. 593-cü ildə Suy sülaləsinin Göytürklərdəki səfiri Pey Çju idi. Pey Çju xaqanın qardaşına şahzadəni öldürməyi, əvəzində Suy sülaləsindən bir şahzadə ilə evlənməyi təklif etmişdi. Xaqan şahzadəni öldürsə də yeni Suy şahzadəsi 597-ci ildə qardaşı ilə evləndi. Beləliklə Suy sülaləsinə qarşı düşmən münasibəti bəsləməyə başladıqda Tardu xaqanla birlikdə ittifaq quraraq Çinə yürüş etdi. Çin onları məğlub edərək Tulan xaqanı 599-cu ildə səhrada öldürdü. Yerinə Tulan xaqanın qardaşı Yami xaqan keçdi. Yami xaqan Çin vassalı oldu.
Tuçi xaqan
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Usxal xaqan
Usxal xan, Usxal xaqan və ya Toqus-Teymur xan (monq. Усхал хаан; Төгстөмөр хаан; 1342-1388) - Şimali Yuan sülaləsinin 2-ci, ümumilikdə Yuan sülaləsinin 14-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı. 1378-ci ildə böyük qardaşı Ayuşridaranın ölümündən sonra Toqus-Temur Usxal Xan adı altında Yuan-Monqol xan taxtını aldı. Yuan sülaləsini bərpa etmək üçün Çin İmperiyasına qarşı hərbi əməliyyatlar keçirməyə davam etdi. Usxal xan, Monqolların yaxınlıqdakı Çin əyalətlərinə yeni hücumlar etməyə başladığı yerdən İnchan və Qaraqoruma böyük hərbi qüvvələr topladı. 1380-ci ildə Ming imperatoru Çju Yuançjan Monqolustanda daha bir böyük hərbi yürüş təşkil etdi. 1380-ci ilin yazında Muinin başçılıq etdiyi Çin ordusu çölləri keçərək Qaraqorumu aldı. Paytaxt divarları altındakı döyüşdə Monqollar sarsıdıcı bir məğlubiyyəti qızdırdılar. Üç monqol komandiri əsir götürüldü. Qaraqorum tamamilə məhv edildi və Monqollar tərəfindən əbədi olaraq tərk edildi.
Xaqan bəy
Xaqan bəy — son Xəzər xaqanları tərəfindən istifadə olunan titullardan biri. Titul iki sözün birləşməsindən yaranıb; «Xaqan» – türk iyerarxiyasındakı ən ali titul və «Bəy» – zadəgan titulu, bəzi mənbələrə görə hərb meydanında xaqandan sonra ən ali vəzifəli şəxs. Xəzərlərdə xaqan-bəydən daha yüksək titul «Xaqan» və ya «Böyük xaqan» idi. Xaqan bəyin bir müavini olurdu – «Hündür xaqan». Xəzərlərdə hakimiyyət iki şəxs – xaqan və bəy arasında bölünmüşdü. Müasir ərəb tarixşünasları xaqanın tamamilə ruhani rəhbər və ya nominal başçı, bəylərin isə idarəetmə və hərbi səlahiyyətlərə malik bir şəxs olduğunu düşünürlər. Bu titula ilk dəfə ərəb coğrafiyaşünası Əhməd ibn Fədlanın (922) ilkin məktublarında rast gəlinir. Böyük və kiçik xaqan titullarından türk xaqanlıqlarında geniş şəkildə istifadə edilirdi. Xəzərlərdə bu, ikihakimiyyətliliyin axırıncı mərhələsi idi. Bu dövrdə bəylər hakimiyyəti Bulani sülaləsinin əlindən almışdır.
Yibo xaqan
Yibo xaqan — Türgiş xaqanlığının Çin tərəfindən təyin olunmuş hökmdarı. Əsasən nominal xaqan olmuş, Suyab ətrafını idarə etmişdir.
Yollıq xaqan
Yollıq xaqan — İkinci Göytürk xaqanlığının V xaqanı. İlk adı İcan olmuşdur. Taxta keçdikdən sonra Yollıq xaqan adını almışdır. Orxon abidələrini qoyduran şəxsdir. Çinlə sülh münasibətləri yürütmüş. 739-cu ildə gözlənilmədən ölmüşdür.
Çingiz xaqan
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.
İncu xaqan
İncu xaqan (真珠可汗) və ya İncu Bilgə xaqan (真珠毗伽可汗) — Müstəqil Seyanto xanlığının ilk hökmdarı. Əsl adı Yinan (夷男) idi. İdi xaqanın nəvəsi idi. Nə vaxt doğulduğu bilinmir. İllig xaqanın hakimiyyəti altında 70.000 çadırlıq Seyanto xalqına rəhbərlik edirdi. 627-ci Teleləri toplayaraq Seyanto, Uyğur və Bayırqu xalqlarının üsyanını başladan Yinan əvvəlcə sərt münasibətlə üzləşdi. İllig xaqanın öz oğlu Yükük şadın rəhbərliyi altında göndərdiyi 400.000 nəfərlik orduya cəmi 5000 nəfər süvari ilə qalib gələn Uyğur iltəbəri Yağlakar Pusa (菩萨) və 4 ayrı Göytürk sərkərdəsini məğlub edən İnan İllig xaqanın Çinə qarşı müharibəsində ikinci cəbhəni açmış oldu. Tolis xan da Seyantolara məğlub olub Tan sülaləsinə sığınandan sonra, İnan 628-ci ildə Tan imperatoru Taiçonq tərəfindən xaqan olaraq tanındı. Bu xəbəri ona Çin sərkərdəsi Kyao Şivanq (喬師望) çatdırdı. Ona Uyğur və Bayırqulardan başqa Ediz (阿跌), Tonqra (同羅), Bügüt (僕骨) və Hsi (霫) tayfaları tabe olmuşdular.
İnel xaqan
İnel xaqan — Aşina sülaləsindən göytürk xaqanı. Əsl adı Bögü (拓西可汗) olmuşdur. 699-cu ildə Qapağan xaqan tərəfindən kiçik xaqan təyin olunmuşdu. 714-cü ildə Beşbalıq mühasirəsində iştirak etmişdir. Xaqanın vaxtsız öldürülməsi ölkədə çaxnaşma yaratdı, 716-cı ilin iyununda İnel özünü xaqan elan etdi. Lakin elə həmin ay da Kül Tegin tərəfindən ələ keçirilib öldürüldü.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. == Hakimiyyəti == Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
Fateh binu Xaqan
Fateh binu Xaqan(tam adı: Əbu Məhəmməd Fateh b. Xaqan bin Əhməd bin Ortac Ət-Türki; d. ? – ö. 861) — xəzər nəslindən gəlmiş şair. == Mənşəyi == Türk (xəzər) xaqanlarının nəslindəndir, və xəlifə Mötəsimin yaxın adamlarından biri olan Xaqan bin Ortacın (Əhməd) oğludur. İbn Taqriberdi Fatehin atası barədə aşağıdakı məlumatı verir: "Fatehin atası xəlifə Mötəsimin ayrılmaz dostu idi. Türk zadəgan ailəsindəndir və xəlifə onu çox yüksək dəyərləndirirdi. Fateh isə xəlifənin sarayında onun uşaqları ilə birgə böyüyüb və tərbiyə alıb" == Həyatı == Guman ki Fateh Səmərrada doğulub. Hesab olunur ki, onun bütün uşaqlığı, onda hərtərəfli bacarıqlar görən xəlifənin himayəsi altında keçib.
Göytürk Xaqanlığı
Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰, translit. Türük) və ya Türk xaqanlığı (q.türk 𐰜𐰇𐰛:𐱅𐰇𐰼𐰰, translit. Kök Türük; çin. ənən. 突厥汗国, pinyin: Tūjué hánguó) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (çin. 突厥) şəklində bəhs olunur. == Tarix == Türk xaqanlığının banisləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi.
Göytürk xaqanlarının siyahısı
== Birinci xaqanlıq ==
Jujan xaqanlığı
Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi. V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi. Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar. Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.
Kimək xaqanlığı
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti, 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi. == Tarixi == İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular. Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.
Moyon Çur xaqan
Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı. 716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu. O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi. Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı.
Münke xaqanın sikkələri
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir . Üst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə) Azərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d.
Nişa Tulu xaqan
Nişa Tulu xaqan (əsl adı - Aşina Nişu 阿史那泥孰, taxt adı - Tulu xaqan, tam titulu və adı - 吞阿娄拔奚利邲咄陆可汗) — Qərbi Göytürk dövlətinin VIII xaqanı. 631-ci ildə Qaraşəhrə qaçmışdı. Si Yabqunun taxtdan endirilməsindən sonra, Nuşibilər tərəfindən xaqan elan edilmişdi. Atası Yanq Soux Teginin beşinci oğlu Bağa Şad idi. Tan sülaləsi tərəfindən xaqan kimi tanınmışdı, sonrakı il xəstələnərək öldü. İrbis İşbara Yabqu xaqanın atasıdır.
Oğuz xaqan dastanı
Oğuz xaqan dastanı — Türk dastanlarının Hun-Oğuz dastanları qrupundandır. Dastanın 4 ayrı əlyazma forması məlumdur. Çağatayca, Farsca və Uyğurca olan bu dastanın əlyazmaları, Oğuz boyları, Türk dili, ədəbiyyatı, folkloru, tarixi və mədəniyyəti haqqında bilgi verir. Əsas sujet xətti isə Oğuz Türklərinin atası sayılan Oğuz xanın həyatınından bəhs edir. Oğuz Xan dastanının Uyğur əlyazması Paris Milli Kitabxanasındadır. Uyğurca forması e.ə 201-126-cı illər arasında mövcud olmuş köçəri Hunlarla əlaqəlidir və Oğuz xanın bu dövləti quran Mete olduğu bildirilir. Zəki Validi Toğana görə isə dastanın kökü e.ə VII əsrdə Mərkəzi Asiyada olan Saklar və İskitlərlə bağlıdır. Paris əlyazması 1891-ci ildə Radlov tərəfindən Kutadqu Bilik nəşrinin içində nəşr olunmuşdur. Rza Nur Osmanlı-türk siyasətçi, yazar və türkoloqudur. O, Oğuz xan dastanını başqa dastanlardan hissələrlə zənginləşdirərək Oğuznamə adlı təxminən 6100 misralıq əsər yaradmışdır.
Qara xan (xaqan)
Qara Xan — türk və altay mifologiyasında əfsanəvi xaqan. Qara xalqın yəni adi (soylu olmayan) insanların öndəridir. On oğlu və doqquz qızı vardır. Soylu olmayıb, xalqdan adi bir adam ikən sonradan xanlık əldə edənləri və ya dövlət quranları təmsil edir. Qara dənizdə yaşayır (Ağ dənizin yanında ikinci dərəcə əhəmiyyətə malikdir). Buryatcada Hara sözü Ay deməkdir (monqol Sara), bəzi qeydlərdə Oğuz xanın atasının adının Qara Xan ikən bəzi qaynaqlarda nəslinin (və ya atasının) Ay olaraq göstərilməsi bu söz bənzənəmləri səbəbiylə ola bilər. Çünki monqolca Xar, mançurca Xara sözləri qara rəng bildirir. Qara Türklərdə şimal istiqamətinin simvoludur. Gücü və nüfuzu vurğulayır. Tarixdə iştirak edən Qaraxan dövlətinin adı təsadüfi deyildir.
Qara İssıq xaqan
Qara İssıq xaqan (553-554) —Aşina sülaləsindən Göytürk II xaqanı. Jujanlarla müharibədə Yuyçzülyü Denqçunu məğlub edərək qalib gəlmişdi. 554-cü ildə öldü.
Qarluq xaqanlığı
Qarluq xaqanlığı (qaz. Қарлұқ қағанаты) 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı. Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər. 734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular. VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər.
Qiyasəddin Xaqanbəy xan
Xaqanbəy xan — Şeyban xanın nəslindən gəlirdi. Əslən Sibir xanı idi, 2 dəfə Qızıl Orda xanı olsa da 1380-ci ildə Sarayda öldürüldü. Sibir ölkəsində onu Dövlət Şeyx xan, Qızıl Ordada isə Toxtamış xan əvəz etdi.
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Qutluq Bilgə Kül xaqan
Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir. Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi. Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.

Digər lüğətlərdə