XOŞSİFƏTLİ

XOŞSİFƏT(Lİ) (gözəl üzü olan adam) Beləliklə rəssam, Yavərin evində hörmətlə qarşılanan xoşsifət və xoşrəftar bir müsahibə çevrildi (M.İbrahimov); XOŞSİMA Maral gecə-gündüz pərvanə kimi bu xoşsima qocanın başına dolanırdı (A.Şaiq); XOŞSURƏT [Divanbəyi:] Oğlan, mənim sənə yazığım gəlir. Görünür ki, sən bir cavan xoşsurət oğlansan (M.F.Axundzadə); XOŞÜZLÜ Gecə boylu qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri... (S.Vurğun); XOŞRU

XOŞSİFƏT
XOŞSİMA

Digər lüğətlərdə