xörəkpaylayan
xristianlaşdırmaq
OBASTAN VİKİ
III Xristian
III Xristian (dan. Christian 3.; 12 avqust 1503, Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 1 yanvar 1559) — Danimarka və Norveç kralı. Səltənəti illərində kilsə ilə hökumət arasında sıx əlaqələr quruldu. Protestant dini reformasiyasının bir hissəsi olaraq lüteranlığı dövlət dini halına gətirirdi. == Mənbə == Grell, Ole Peter (1995) The Scandinavian Reformation. From evangelical movement to institutionalisation of reform (2 ed. Cambridge University Press) ISBN 0-521-44162-5 Lausten, Martin Schwarz (1987) Christian d. 3. og kirken, 1537–1559 (Copenhagen: Akademisk forlag) ISBN 978-8750026877 Lockhart, Paul Douglas (2007) Denmark, 1513–1660.
II Xristian
II Kristian (dan. Christian 2.; 1 iyul 1481 – 25 yanvar 1559[…], Kalunnborq[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. 1513–1523-cü illərdə əmisi Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu ünvanını daşıdı. Kalmar birliyini ayaqda tutma cəhdi onu 1518–1523-cü illərdə İsveçlə müharibəyə sürüklədi. 1520-ci ildə ölkəni ələ keçirsə də, öndə gələn İsveç zadəganlarının, din xadimlərinin və bəzi mühüm şəxslərin qətlə yetirilməsi onun bölgədəki nüfuzunu sınıdrdı və yerli əhali onu burda istəmədi. İsveç əsilzadələrindən Qustav Vasanın rəhbərliyindəki üsyan nəticəsində İsveç taxtından endirildi. 1521–1522-ci illərdə Danimarkada əsilzadə və din adamlarının etirazlarına baxmayaraq kəndlilərin xeyrinə bəzi reformasiyalar apardı. Nəticədə əsilzadələr tərəfindən Danimarkadan da qovuldu və taxtı əmisi Fridrixə təhvil verərək Hollandiyaya sürgün edildi. 1531-ci ildə səltənətini geri almaq üçün cəhd etsə də, həbs edildi və qalan ömrünü Kalundborq qalasında məhkum olaraq keçirdi. 1559-cu ildə burada vəfat etdi.
I Xristian
I Kristian (dan. Christian 1.; fevral 1426, Oldenburq – 21 may 1481, Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır. Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Karl İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Karlın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Kristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Kristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi. 1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Kristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.
Xristian dünyası
Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi, mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin. Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə etibarilə xristianlığın daxilində Roma və Konstantinopol şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.
Xristian kimliyi
Xristian kimliyi (ing. Christian Identity) — xristianlığın yalnız kelt və german xalqların, o cümlədən anqlosaks, Skandinaviya etnik qrupları və ya "ari" xalqları və qohum olan xalqların İbrahim, İshaq və Yaqubun nəslindən, yəni qədim israillilərin törəmələri hesab edildiyi interpretasiyası. Antidiffamasiya Liqası və Cənubi Yoxsulluq Hüquq Mərkəzi "xristian kimliyi"ni "ağdərili üstünlüyü" ideologiyasını daşıyan irqçi və antisemit hərəkat hesab etmişdir. Barkun, Michael. Religion and the Racist Right: The Origins of the Christian Identity Movement. University of North Carolina Press. 2014. ISBN 978-1-46961111-2. Buck, Christopher. Religious Myths and Visions of America: How Minority Faiths Redefined America's World Role.
Hans Xristian Andersen
Hans Xristian Andersen (Dan. Hans Christian Andersen, 2 aprel 1805[…], Odense, Danimarka-Norveç[…] – 4 avqust 1875[…]) — danimarkalı ədib. Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir. == Əsərləri == Bir gün Kopnehagen küçələrində gəzişərkən Andersen balaca oğlanla rastlaşdı. Uşaq onun gözünün içinə baxıb onun nə qədər tənha olduğunu başa düşdü. Nağılbazın könlünü almaq üçün əlindəki qalay əsgəri ona tərəf uzatdı. Əvəzində Andersen də ona yeni "Köhnə ev" adlı nağıl əhvalatı danışdı. Onun nağıllarında öyüd-nəsihət, ibrət dərsi vermək cəhdi yoxdu. Burda yalnız arzu var.
Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur. Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir. Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.
Xristian
Xristian, Xaçpərəst, Nəsrani və ya Məsihi-Əhdi-Cədid məktublarında və incildə qeyd edilmiş Nazaretli İsanın həyatı və təlimlərinə əsaslanan təkallahlı və İbrahimi din olan xristianlığa bağlı şəxsdir.
Xristian Fren
Xristian Daniloviç Fren (almanca:Christian Martin Joachim Frähn), 4 iyun 1782, Rostok – 16 avqust 1851[…], Sankt-Peterburq) — Rusiya şərqşünası. Xristian Fren 1782-ci ildə Almaniyada Rostok şəhərində anadan olmuşdu. 1807-1815-ci illərdə Kazan universitetində çalışmışdı. X.M.Frenin elmi yaradıcılığında numizmatika əsas yer tuturdu. Yaşadığı illərdə onu «Şərq numizmatikasının knyazı» kimi qəbul edirdilər. Belə ki, o, həqiqətən Rusiyada Şərq numizmatikası elminin əsasını qoymuşdu. X.M.Fren isə müsəlman numizmatikasının «fundament»ini yaradan görkəmli şəxsiyyətlər hesab edilirlər. X.M.Frenin Şərq numizmatikasında əsas rolu Cucilər dövrünün sikkəşünaslığının banisi olmasıdır. İlk dəfə X.M.Fren numizmatik materiallara əsaslanaraq Qızıl Orda xanlarının adlarını, hakimiyyət illərini öyrənmiş və Şərq numizmatikasının bir hissəsi kimi təsnifat işlərini dəqiqləşdirmişdir. Onun oxuyub, təyin etdiyi bəzi hökmdarlar haqqında, ümumiyyətlə, yazılı məlumatlar belə yox səviyyəsindədir.
Xristian Holdbax
Xristian Holdbax (ing. Christian Goldbach; d. 18 mart, 1690, Königsberg, Almaniya – ö. 20 noyabr, 1764, Moskva, Rusiya) — Alman riyaziyyatçı. Rusiyada yaşamış riyaziyyatçı. Ədədlər nəzəriyyəsi və riyazi analiz üzrə əsərlərin müəllifidir.
Xristian Hüygens
Xrisitian Hüygens (nid. Christiaan Huygens, d. 14 aprel 1629 – ö. 8 iyul 1695) — Niderland riyaziyyatçısı, fizik, mexanik və astronomu. Rəqqaslı saatı kəşf edərək onun nəzəriyyəsini yaratmış, fiziki rəqqasın rəqs qanunlarını, işığın dalğa nəzəriyyəsini kəşf etmişdir Hüygens 1629-cu ildə Haaqada anadan olmuşdur. Atası Konstantin Hüygens Oran şahzadələrinin katibi və ədib olmuşdur. Xristian Hüygens elmi fəaliyyətə 1651-ci ildə hiperbola, ellips və dairənin kvadraturasına dair elmi məqalə ilə başlamışdır. 1654-cü ildə isə evolyut və evolvent nəzəriyyəsini irəli sürür. 1655-ci ildə Saturnun peykini müəyyən edir. 1669-cü ildı isə Saturn planetinin sisteminin quruluşunu izah edir.
Xristian Kauter
Xristian Kauter (d. 6 may,1947, Bern)— İsveçrəli qılıncoynadan. O, 1972-ci il Yay Olimpiya Oyunlarında komanda epee yarışlarında gümüş medal və 1976-cı il Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb. Onun oğulları Fabian Kaurter və Mişel Kaurterdə hər ikisi epee növü üzrə Olimpiadada iştirak ediblər.
Xristian Volf
Xristian Volf (24 yanvar (3 fevral) 1679[…], Vrotslav, Bohemiya tacı torpaqları[d] – 9 aprel 1754[…], Halle) — 18-ci əsrdə yaşamış alman filosof və psixoloq idi. XVIII əsrdə psixologiya elmində o, xüsusilə seçilirdi. İlahiyyat, riyaziyyat və fəlsəfə öyrənən Volf 1703-cü ildə Leypsiq Universitetində müəllimlik edir, 1706-cı ildə riyaziyyat kafedrasının professoru vəzifəsini tutur. Volfun ən böyük xidmətlərindən biri latın terminlərini alman psixoloji terminləri elə əvəz etməsindədir. Avropada psixologiya termininin yayılması da onun adı ilə bağlıdır. Volf həm də "qabiliyyətlərin psixologiyası" nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyəinin əhəmiyyəti ondadır ki, insanın müxtəlif psixi keyfiyyətlərinin elmi əsasları verilir. Qabiliyyətlətin psixologiyasının mühüm müddəalarından biri də idrak prossesinə rasionalist yanaşma ilə başlıdır. Volfa görə, ruhun inkişafı ğrylərin əksolunma surəti ilə bağlıdır. Dumanli olan hissi idrak, ayıdn və dəqiq olanlar əqli idrak səviyyəsində qavranılır.
Xristian dini
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır. Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir. Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır. Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristian esxatologiyası
Xristian esxatologiyası (yunan. ἔσχατος, esxatos, "son", "axırıncı", + yunan. λογος, logos, "elm") – xristian teologiyasının Bibliya əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir. Xristian esxatologiyasının tədqiq etdiyi başlıca mövzular bunlardır: ölüm və axirət, cənnət və cəhənnəm, İsa Məsihin ikinci gəlişi, ölülərin dirilməsi, böyük əziyyət, minillik padşahlıq, dünyanın sonu, əbədi məhkəmə, yeni göy və yeni yer. Esxatologiya ilə bağlı olan kəlamlara Bibliyanın müxtəlif yerlərində, habelə Bibliyaya daxil olmamış yazılarda və kilsə atalarının əsərlərində rast gəlinir. Y. Vays (J. Weiss) və A. Şveytser (A. Schweitzer) XX əsrin əvvəllərində iddia etmişlər ki, İsa hökm gününün tezliklə olacağını gözləyən və xalqı tövbəyə çağıran bir vaiz idi. İsanın bu cür “aldanmış” bir müəllim olduğunu inkar edən Ç. Dodd (С. Н. Dodd) «gerçəkləşmiş esxatologiya» nəzəriyyəsini yaratmışdır. Dodda görə, “hökm” müəyyən mənada artıq gerçəkləşmişdir. Dodd İncildəki tarix təsvirində Allahın hökmünü görür və İsanın Yəhya Müjdəsində yazılmış “İndi isə bu dünyaya hökm veriləcək” sözlərində özünün bu fikri üçün əsas tapırdı. Müasir alimlərin əksəriyyəti hesab edir ki, bir yandan Vays və Şveytser, digər yandan isə Dodd iki ifrat baxışı təmsil edirlər.
Xristian fəlsəfəsi
Xristian fəlsəfəsi — Xristian dinini əsaslandırmaq üçün yalnız xristianlığa xas olmaqla, ümumi bir məna daşıyan din fəlsəfəsi . Xristian mütəfəkkirləri tərəfindən irəli sürülmüş bütün fəlsəfi fikirlər tamamilə bir xristian fəlsəfəsidir.
Xristian kilsəsi
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır. Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir. Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır. Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristian milliyətçiliyi
Xristian milliyətçiliyi — xristianlıqla əlaqəsi olan dini milliyətçilik. Xristian milliyətçilər əsasən xristianlığın dəyərlərinə uyğun qanunların qəbul edilməsi kimi daxili siyasət mövzularına diqqət ayırırlar. Onlar fəal surətdə siyasət və tarixdən mədəniyyət və elmə qədər sosial həyatın müxtəlif sahələrində xristian və milliyətçi fikirlər yayırlar. ABŞ və Avropada xristian milliyətçilik mühafizəkarlıq və ya ultrasağçılıqla əlaqələndirilir. Xristian milliyətçi hərəkatlar yerli kilsə müəssisələri ilə olan münasibətlərindən asılı olaraq adətən mürəkkəb bir rəhbərlik strukturuna malik olurlar. Bəzi hərəkatlar simvolik klerikal iştiraka sahibdirlər və kilsələri dolayı yolla dəstəkləyirlər, bəzi hərəkatlara isə yerli ruhanilər ya rəhbərlik edir, ya da ki onların yüksək təsiri altındadırlar. Ruhanilərin müxtəlif xristian milliyətçi hərəkatlarda iştirakı XIX əsrdən bəri iştirak etməsi xristian milliyətçiliyinin müəyyən bir formasının yaranmasına səbəb olmuşdur. Bu, klerik milliyətçilik və ya kleromilliyətçilik adlanır. Klerik milliyətçiliyin bəzi səciyyəvi radikallaşmış formaları müxtəlif Avropa ölkələrində klerik faşizmin yüksəlməsinə səbəb olmuşdur. Bu, xüsusən də XX əsrin birinci yarısındakı müharibələrarası dövrdə gerçəkləşmişdir.
Xristian mistisizmi
Xristian mistisizmi — xristianlığın içində mistik cərəyandır. Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir. Şərq kilsə ataları da Müqəddəs Kitabların yozulmasında düşüncənin rolunu inkar etmirdilər. Lakin, buna əlavə olaraq, onlar hesab edirdilər ki, Tanrı səmimi ibadət edən bəndəsinə özü-özünü açır və Onun haqqında bilik təkcə ağılla əldə edilmir. Tanrı haqqında mistik biliyi əldə etmək üçün, rahib həyatını yaşamaq, daim özünü mənəvi cəhətdən təmizləmək lazımdır. Müqəddəslərin mistik təcrübələrinə inanmaq ənənəsi də bundan irəli gəlmişdir. Təbiidir ki, bəzi hallarda, Şərq Xristianlığında bəzən mistiklərlə ilahiyyatçılarnın arasında qütbləşmə baş verirdi, lakin bu qütbləşmə ciddi ixtilafa çevrilmirdi.
Xristian məhəlləsi
Xristian məhəlləsi (ərəb. حارة النصارى‎‎‎; ivr. ‏הַרֹבַע הַנוֹצְרִי‎‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Xristian məzhəbləri
Xristianlıqda məzhəblərin təşəkkülünü, İsanın dünyadan ayrılmasından dərhal sonra Onun dininə girən Paulla İsanın camaatı arasındakı ixtilaflara bağlayan görüş daha geniş yayılmışdır. Həqiqətəndə Paulun xristianlığı qəbul etməsindən sonra Onunla İsanın camaatı arasında çıxan ixtilaflar onların qısa zamanda ikiyə bölünmelerine səbəb olmuşdur. Bir başqa baxımdan məzhəblərin doğulmasını, inanc, ayin və s. mövzulardakı ixtilaflarla, XI əsrdə Şərq-Qərb kilsələrinin bir-birindən qopmasına, hətta islahat hərəkətlərinə bağlayan fikiri mənimsəyənlər də vardır. Burada kilsələr arasındakı ixtilaflardan çox, hələ də hal-hazırda varlığını davam etdirən müəyyən üç Xristian məzhəbindən (Katolik, Ortodoks, Protestant) ana xəttləriylə söz verilir. Bir digər adı Roma Katolik Kilsəsi olan Katolik məzhəbi, Xristian dünyasının ən böyük və ən köklü məzhəbidir. İnanclarına görə bu məzhəbi, həvarilərin ilki olan Peter qurmuşdur. O eyni zamanda İsanın vəkili sayılırdı. Peterdən sonra gələn papalar da Peterin vəkili sayılırlar. Beləcə Papa ruhani rəis kimi İsanın yer üzündəki nümayəndəsidir.
Xristian məzhəblərində
Xristianlıqda məzhəblərin təşəkkülünü, İsanın dünyadan ayrılmasından dərhal sonra Onun dininə girən Paulla İsanın camaatı arasındakı ixtilaflara bağlayan görüş daha geniş yayılmışdır. Həqiqətəndə Paulun xristianlığı qəbul etməsindən sonra Onunla İsanın camaatı arasında çıxan ixtilaflar onların qısa zamanda ikiyə bölünmelerine səbəb olmuşdur. Bir başqa baxımdan məzhəblərin doğulmasını, inanc, ayin və s. mövzulardakı ixtilaflarla, XI əsrdə Şərq-Qərb kilsələrinin bir-birindən qopmasına, hətta islahat hərəkətlərinə bağlayan fikiri mənimsəyənlər də vardır. Burada kilsələr arasındakı ixtilaflardan çox, hələ də hal-hazırda varlığını davam etdirən müəyyən üç Xristian məzhəbindən (Katolik, Ortodoks, Protestant) ana xəttləriylə söz verilir. Bir digər adı Roma Katolik Kilsəsi olan Katolik məzhəbi, Xristian dünyasının ən böyük və ən köklü məzhəbidir. İnanclarına görə bu məzhəbi, həvarilərin ilki olan Peter qurmuşdur. O eyni zamanda İsanın vəkili sayılırdı. Peterdən sonra gələn papalar da Peterin vəkili sayılırlar. Beləcə Papa ruhani rəis kimi İsanın yer üzündəki nümayəndəsidir.
Xristian rahibliyi
Xristian rahibliyi — Xristianlıqda tərkidünyalıq, həyatı Tanrıya ibadət etməyə həsr edərək abidlik həyatı sürməkdir. Xristian rahibliyinin vətəni Misir hesab olunur. Rahibliyin yaradıcısı Böyük Antonius (251-356) olmuşdur. Onun həyatı haqqında İsgəndəriyyəli Afanasios məlumat vermişdir. Antonius Misirdə, xristian ailəsində anadan olmuşdu. İyirmi yaşında olarkən, onun valideynləri vəfat etmişdirlər. Bu itkidən kədərlənən Antonius kilsədə olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək” çağırışını eşitmişdi. Bu çağırışa səs verən Antonius öz əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur. Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb, səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə qapılaraq, 26 il ərzində, yalnız dostları tərəfindən gətirilən quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
Xristian simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Xristian simvolizmi
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.
Erkən xristianlıq tarixi
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Hans Xristian Andersen mükafatı
Hans Xristian Andersen mükafatı uşaq ədəbiyyatı sahəsində 1956-dan bəri İnternational Board on Books for Young People (IBBY) tərəfindən iki ildə bir verilən mükafatdır.1966-cı ildən etibarən mükafat yazıçı ilə birlikdə kitabın illustratoruna da verilir.
Kanada Xristian Əmək Assosiasiyası
Kanada Xristian Əmək Assosiasiyası (ing. Christian Labour Association of Canada – CLAC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Assosiasiyanın baş qərargahı Ontario əyalətinin Mississauqa şəhərində yerləşir. == Tarixi == İkinci dünya müharibəsindən sonra Kanadaya üz tutan alman miqrantlar kommunizm və sosializm prinsiplərindən uzaq olan ədalətli siyasət yürüdən vahid bir təşkilata ehtiyac duyurlar. Ona görə də müəyyən qrup işçilər birləşərək xırda təşkilatlar yaradırlar. 20 fevral 1952-ci ildə isə həmin birliklər birləşərək Kanada Xristian Əmək Assosiasiyasını təsis edirlər. == Fəaliyyəti == Assosiasiya bu günə kimi fəaliyyətini davam etdirir və əmək münasibətlərinin düzgün tənzimlənməsində böyük rol oynayır. Yarandığı ilk gündən assosiasiya Avropa həmkarlar ittifaqlarının təcrübəsindən istifadə edib. Bu isə təşkilatın ədalətli prinsiplər üzərində formalaşmasına böyük köməklik göstərib. == Pensiya əmanəti proqramı == Assosiasiya 1974-cü ildən başlayaraq iki pensiya əmanəti proqramına başçılıq edir.
Kiçik Plini xristianlar haqqında
Kiçik Plini xristianlar haqqında — Vifiniya və Pont vilayətinin (indiki Türkiyədə yerləşir) hakimi Kiçik Plininin b.ə. 112-ci ildə imperator Trayana yazdığı məktub. Burada o, erkən xristian icması ilə necə məşğul olması haqqında imperatordan məsləhət istəmişdir. Məktubda (Epistulae X.96) Plininin anonim ittihamlar nəticəsində onun qarşısına çıxan şübhəli xristianlar üzərində necə məhkəmələr aparması barədə təfərrüat verilir və onlarla necə rəftar edilməli olduğuna dair imperatordan göstəriş tələb olunur. Nə Plini, nə də Trayan, xristian olmaları istisna olmaqla, xristianların törətdikləri cinayətlərdən bəhs etmirlər. Digər tarixi mənbələr bu cinayətin nə ola biləcəyinə sadə olaraq cavab vermir, lakin alimlər tərəfindən güman edilir ki, bu, xristianların Roma tanrılarına sitayiş etməkdən inadla imtina etmələri ilə əlaqədardır. Bu hərəkət onları Roma hakimiyyətinə etirazçı kimi göstərmişdi.
Misirdə xristianlıq
Ərəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianların nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri İskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə insani deyil, yalnız ilahi xüsusiyyətlər məxsusdur. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar. Xristian dinini seçənlərin sayında artım özünü göstərir bu da kilsələrə gedən əhalinin sayını təbii olaraq artırır. Onların dini ayinləri pravoslav ənənələrinə bənzəyir.
Musəvilik və Xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Ortodoks xristianlıq
“Ortodoks xristianlıq” sözü ilə aşağıdakılardan biri nəzərdə tutula bilər:
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti — Çar Rusiyası Qafqazı tamamilə işğal etdikdən sonra bölgədə xristianlığı yaymaq məqsədilə yaradılmış cəmiyyət. Azərbaycanı işğal edənə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan dövlətlərdə yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan istifadə edərək yerli əhalini xristianlaşdırıb dini parçalanmalardan istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənirdi. Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: İlk öncə Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu. Azərbaycan ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı. 1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi.
Qərb xristianlığı
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Roma imperiyasında xristianların təqibi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən, daimi xarakter daşımayan və adətən lokal xarakterli təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı. Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir.
Desi dövründə xristianların təqibi
Desi dövründə xristianların təqibi — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Qay Messi Kvint Trayan Desinin 250-ci ildə xristianlara qarşı başlatdığı təqib. Bu, Roma imperiyasında xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib olmuşdur. == Təqib == Xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib III əsrdə Desi Trayanın hakimiyyəti dövründə baş vermişdir. B.e. 250-ci ildə imperator Desinin bununla bağlı verdiyi fərman on səkkiz ay qüvvədə qalmışdır. Vilayət hakimləri öz yurisdiksiyalarında böyük şəxsi səlahiyyətə malik idilər və xristianlara qarşı lokal xarakter daşıyan təqib halları və kütləvi zorakılıq hadisələri ilə necə məşğul olacaqlarını özləri seçə bilərdilər. Bu müddət ərzində bəzi xristianlar öldürüldü, digərləri isə edamdan qaçmaq üçün mürtədlik etmişdir. Vilyam Hyu Klifford Frend təxmin edir ki, təqiblər zamanı 3,000–3,500 xristian öldürülmüşdür. Fərmanın mətni qorunub-saxlanılmamışdır, amma məlumdur ki, burada azad edilmiş yəhudilər istisna olmaqla bütün imperiya sakinlərindən Roma maqistratının iştirakı ilə tanrılara qurban kəsmələrini tələb etmiş, buna görə yazılı şəhadətnamələr verilmişdir. Fərmanın xüsusilə xristianları hədəf almasına dair heç bir sübut yoxdur.
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Bosniya və Herseqovinada xristian tatuları
Bosniya və Herseqovinada xristian tatuları (və ya serb-xorvat dilində sicanje ("siçanye" oxunur) ― Bosniya və Herseqovinada Osmanlı hakimiyyəti dövründə (1463–1878) Roma katolikləri arasında geniş yayılmış və XX əsrə qədər davam edən adət. Katoliklər tatunu uşaqlarını devşirmədən qurtarmaq üçün edirdilərsə, qadınlar əsarətdən qaçmaq ümidi ilə döymə etdirirdilər. Bu adətin nəyin ki slavyanların Balkanlara köç etməsindən, hətta xristanlığın burada yayılmasından öncə mövcud olduğu hesab edilir. Eramızdan əvvəl I əsrdə, yunan tarixçisi Strabon bu ərazidə yaşayan sakinlərin digər İlliriya adət-ənənələri içərisində döymə ənəsinin da adını çəkir. Yunanıstan, Şimali Makedoniya və Herseqovinadan olan vlax qadınları da öz xeyirləri üçün döymələrdən istifadə edirdilər. XIX əsrin sonlarında arxeoloq Çiro Truhelka bu tip tatuları araşdırmağa başladı və onlar haqqında yazan və təsvir edən ilk tədqiqatçılardan biri oldu. Ölkənin bəzi bölgələrindəki Bosniyalı qadınlar qollarını və digər görünən bədən hissələrini (alın, yanaqlar, biləklər və ya boynun alt hissəsi kimi) xristian simvolları və steçak bəzəkləri ilə tatu edirlər. Müasir dövrdə bu ənənə təkçə Bosniya və Herseqovinada deyil, xaricdə yaşayan bosniyalı qadınlar arasında da yayılıb.
Qala xristianları
Qala xristianları (türkcə: Kâle Hristiyanları; doğma ləhcəsində: قلعه مسیحیلری; rom. Qəl'ə Məsihiləri) öz türk ləhcəsində danışan, dini cəhətdən Keldani Katolik Kilsəsinə tabe olan və Kərkükdə yaşayan etnik Aysorların icmasıdır. Onlar ənənəvi olaraq Kərkük qalasının baxıcıları olublar. Onlar türk dilini İraq türkmənlərindən, xüsusən də Osmanlı İmperiyası dövründə mənimsədikləri qalada və ya onun yaxınlığında yaşayan Kərkükdən olan etnik assuriyalılardır. Onların ləhcəsi İraq türkmən ləhcəsi ilə qarşılıqlı başa düşülür. Onların rəsmi ilahiləri, mədhləri, duaları türkcədir. Onların İncilləri 1800-cü illərdə yazılmış Osmanlı türkcəsindədir və xalq liderləri tərəfindən oxunur. Qala xristianlarını 2015-ci ildə təxminən 30.000-ə yaxın Roma Katolik Kilsəsinə tabe olan və Kərkük də daxil olmaqla bütün Türkmənelidə yaşayan İraq türkmənləri icması ilə qarışdırmaq olmaz, Qala xristianları isə köçlərdən əvvəl yalnız Kərkükdə idilər. Qala xristianları isə İraq türkmənləri ilə yaxşı münasibətlərə malikdirlər və həm BƏƏS rejimi, həm də İslam Dövləti tərəfindən təqib olunurdular. Citadel Xristianları 2017-ci ildə "bir neçə minlik" icma kimi təsvir edilmişdir.
Xristianafobiya
Xristofobiya, Xristianofobiya və ya Xristian düşmənçiliyi kimi də adlandırılan anti-xristian əhval-ruhiyyəsi xristianlara, xristian dininə və/yaxud onun əməllərinə qarşı qorxu, nifrət, ayrı-seçkilik və/və ya qərəzli münasibəti ifadə edir. Antixristian əhval-ruhiyyəsi tarix boyu tez-tez xristianların təqibinə səbəb olmuşdur. Avropa Yepiskop Konfransları Şurasının qəbul etdiyi qərara görə, bu terminlər əslində "xristianlara qarşı ayrı-seçkiliyin və dözümsüzlüyün hər bir formasını" əhatə etsə də, anti-xristian əhval-ruhiyyəsi bəzən Xristofobiya və ya Xristianofobiya olaraq da adlandırılır.
Xristianlıqda Ana
Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir. Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir. "Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn.
Sreteniye (xristian bayramı)
Sreteniye (rus. сретение; kil. slav. срѣтеніе, hərf. rastlaşma; yun. Ἡ Ὑπαπαντὴ τοῦ Κυρίου; lat. Praesentatio Domini, hərf. Rəbbin təqdim edilməsi) — tarixi kilsələrdə və bəzi protestant məzhəblərində qeyd olunan xristian bayramı. Körpə İsanın valideynləri tərəfindən Yerusəlim məbədinə gətirilməsi miladdan sonra 40-cı gündə baş tutmuşdur. Yerusəlim məbədində Müqəddəs ailəni Simeon qarşılamışdı. Pravoslavlıqda bu on iki bayramdan biridir. Yerusəlim, Rus, Gürcü, Serb, Polşa pravoslav kilsələri, Köhnə möminlər və bəzi başqaları Sreteniyeni 2 (15) fevral tarixində qeyd edirlər.

Digər lüğətlərdə