yoxlama-baxış

yoxlama-baxış
yoxlama
yoxlama-nəzarət
OBASTAN VİKİ
Yoxlama
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Normativ yoxlama
Normativ yoxlama (ing. Authority control) — kitabxana elmində kataloq və biblioqrafik məlumatların yeganə və bənzərsiz bir ad verilərək keçirilməsi prosesi. Bu unikal başlıqlar ardıcıl olaraq kataloqda istifadə olunur və digər təşkilati məlumatlarla, məsələn arayışlar ilə işləyir. Hər bir başlıqda tətbiqetmənin və istifadənin hədləri haqqında qısa bir məlumat var, bu təşkilat kitabxana işçilərinə kataloqu yeniləməyə kömək edir və tədqiqatçıların işini asanlaşdırır. Kataloqatçılar, hər bir obyekti (müəllif, kitab, seriya, naşir) özünəməxsus bir mətn identifikatoru təyin edirlər, bu giriş, təxəllüs və ya kriptonimin bir variantı olsa belə, bu varlığa aid bütün istinadları bənzərsiz təsvir etmək üçün istifadə olunur. Unikal bir başlıq, əlaqəli qurumlar haqqında məlumat daxil olmaqla, bütün müvafiq məlumatları əldə etməyə imkan verir. Normativ yoxlama bir verilənlər bazasında yerləşə bilər və digər qurumlarla və digər məlumat bazaları ilə əlaqələri ehtiva edə bilər. Buna görə normativ nəzarət bir növ biblioqrafik nəzarət və normativ lüğətdir. Nəzəri cəhətdən hər hansı bir məlumat normativ yoxlamaya məruz qalsa da (şərti adlar, şəxsi adlar, firma adları), kitabxanalardakı kataloqlar ümumiyyətlə müəlliflərin və kitabların adları ətrafında cəmlənir. Konqres təsnifatı kitabxanası oxşar bir funksiyanı yerinə yetirir, baxmayaraq ki, ümumiyyətlə ayrıca nəzərdən keçirilir.
Fakt-yoxlama
Fakt yoxlama — şübhəli xəbərlərin və ifadələrin faktiki düzgünlüyünün yoxlanılması prosesi. Fakt yoxlama mətnin və ya məzmunun dərc edilməsindən və ya başqa şəkildə yayılmasından əvvəl və ya sonra aparıla bilər. Daxili fakt yoxlaması qeyri-dəqiq məzmunun dərc olunmasının qarşısını almaq üçün naşir tərəfindən aparılan yoxlamadır. Lakin faktı üçüncü tərəf yoxladıqda, bu proses artıq xarici fakt yoxlama adlanır. Tədqiqatlar göstərir ki, faktların yoxlanması həqiqətən də vətəndaşlar arasında təsəvvürləri düzəldə bilər, həmçinin siyasətçiləri yalan və ya çaşdırıcı iddialar yaymaqdan çəkindirə bilər. Bununla belə, düzəlişlər zaman keçdikcə azala bilər və ya daha az dəqiq iddialar irəli sürən elitaların göstərişləri ilə təzyiq altında qala bilər. Siyasi faktların yoxlanılması bəzən publisistika kimi tənqid olunur. ABŞ siyasətindəki fakt yoxlayıcılarının nəzərdən keçirilməsi fakt yoxlamanın yanlış təsəvvürləri azaltmaq üçün effektiv bir yol olub-olmaması və metodun etibarlı olub-olmaması ilə bağlı qarışıq bir nəticə göstərir. == Tarixi == 1850-ci illər və daha sonrakı tarixlərdə çıxan sensasiyalı qəzetlər daha faktiki mediaya tədricən ehtiyac yaradırdı. Kolin Diki faktların yoxlanmasının sonrakı təkamülünü təsvir etmişdir.
Fakt yoxlama
Fakt yoxlama — şübhəli xəbərlərin və ifadələrin faktiki düzgünlüyünün yoxlanılması prosesi. Fakt yoxlama mətnin və ya məzmunun dərc edilməsindən və ya başqa şəkildə yayılmasından əvvəl və ya sonra aparıla bilər. Daxili fakt yoxlaması qeyri-dəqiq məzmunun dərc olunmasının qarşısını almaq üçün naşir tərəfindən aparılan yoxlamadır. Lakin faktı üçüncü tərəf yoxladıqda, bu proses artıq xarici fakt yoxlama adlanır. Tədqiqatlar göstərir ki, faktların yoxlanması həqiqətən də vətəndaşlar arasında təsəvvürləri düzəldə bilər, həmçinin siyasətçiləri yalan və ya çaşdırıcı iddialar yaymaqdan çəkindirə bilər. Bununla belə, düzəlişlər zaman keçdikcə azala bilər və ya daha az dəqiq iddialar irəli sürən elitaların göstərişləri ilə təzyiq altında qala bilər. Siyasi faktların yoxlanılması bəzən publisistika kimi tənqid olunur. ABŞ siyasətindəki fakt yoxlayıcılarının nəzərdən keçirilməsi fakt yoxlamanın yanlış təsəvvürləri azaltmaq üçün effektiv bir yol olub-olmaması və metodun etibarlı olub-olmaması ilə bağlı qarışıq bir nəticə göstərir. == Tarixi == 1850-ci illər və daha sonrakı tarixlərdə çıxan sensasiyalı qəzetlər daha faktiki mediaya tədricən ehtiyac yaradırdı. Kolin Diki faktların yoxlanmasının sonrakı təkamülünü təsvir etmişdir.
Baxış Bayramov
Baxış Xəlil oğlu Bayramov (1 iyun 1944, Marneuli rayonu) — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru, professor. Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, A. F. İoffe adına Fizika‑Texnika İnstitutunun baş elmi əməkdaşı. == Həyatı == Baxış Bayramov 1944-cü il iyunun 1-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. B. Bayramov 7-ci sinfi bitirdikdən sonra Tbilisi Maşınqayırma Texnikumuna qəbul olunub. Təhsildə fərqləndiyinə görə 1961-ci ildə hələ texnikumu bitirməmiş "metalların kəsilmə ilə emalı" ixtisası üzrə texnik-texnoloq ixtisası alaraq Tbilisi aviasiya zavoduna texnik-konstruktor qismində işləməyə göndərilib. 1969-cu ildə Leninqrad Politexnik İnstitutunun radioelektronika fakültəsini bitirən B. Bayramov A. F. İoffe adına Fizika-Texnika İnstitutunun (FTİ) aspiranturasına qəbul edilib. Onun elmi rəhbəri akademik B. P. Zaxarçenya olub. == Elmi fəaliyyəti == Lazer şüalanmasının qeyri-xətti yayılmasının tədqiqi və seriyalı spektrometrlərin təkmilləşdirilməsi üzrə ilk işləri ilə o, digər görkəmli alim, FTİ-nin direktoru, akademik V. M. Tuçkeviçin diqqətini cəlb edib. 1972-ci ildə yarımkeçiricilərin fizikası üzrə Beynəlxalq konfransa (Ştutqart, AFR) təqdim etdiyi tezislərə görə B. Bayramov proqram komitəsindən məruzə ilə çıxış etmək təklifini alır. Belə təklif sovet aliminə ilk dəfə edilirdi.
Baxış Mehdiyev
Baxış Mehdiyev (5 may 1919, Şamlıq, Borçalı qəzası – 3 mart 1993, Bakı) — Sovet Ordusunun Polkovnik-Leytenantı, Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, QULAQ əsiri, Sovet düşərgələrində müqavimətin əfsanəvi rəhbəri, azad edildikdən sonra Azərbaycan SSR DİN sistemində xidmət etmişdir. Polis polkovnikidir. == Həyatı == Ermənistanın Şamluq ərazisinin Yunan-Azərbaycan kəndində, Mehdi və Zeynəb Mehdiyevlərin ailəsində anadan olub. Atası Şamluq mis mədənində mədənçi olub. İbtidai yunan məktəbini bitirmişdir (kənddə bir çox yunanlar var idi). 13 yaşında Tbilisidə məktəbə daxil olaraq, orada rus dilində oxuyub, oradan da Bakıda pedaqoji texnikuma keçirilmişdi. Texnikumu 1937-ci ildə bitirmiş, bölgü üzrə Şəkiyə müəllim göndərilərək, axşam məktəbinin direktoru və riyaziyyat müəllimi sahəsində işləmişdir. Daha sonra İrəvan Rus Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. === Böyük Vətən Müharibəsində iştirak === İrəvan şəhərinin Spandaryan Hərbi Komissarlığından avqustun 5-i 1941-ci ildə qırmızı orduya çağırıldı. 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür.
Baxış Quliyev
Baxış Rəhimli
Baxış Əsədov
Eldar Baxış
Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). == Həyatı == Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur. == Ailəsi == Rejissor və aktyor Tural Ağayevin atasıdır.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Öldürməyə baxış
Öldürməyə baxış (ing. A View to a Kill) – 1985-ci ildə istehsal olunmuş bədii filmdir.
Baxış Əhmədov
Baxış Əhməd oğlu Əhmədov (30 yanvar 1874, Balaxanı, Bakı qəzası – may 1929, Bakı) — neft sənayeçisi və maarifpərvər xeyriyyəçi. == Həyatı == Balaxanıda özünün təsis etdiyi "Xeyriyyə cəmiyyəti"nin və Kustar Neft Sənayesi Həmkarlar İttifaqının sədri olmuşdur. "Nəşri-maarif" cəmiyyətinin Balaxanıdakı camaat məktəbinin vəkili idi. 1910–1911 illərdə həmin məktəbdə işləyən M. Ə. Sabirlə yaxından dostluq etmiş, yazıları ilə "Günəş" qəzetində onun müdafiəsinə qalxmışdır. 1911-ci ilin fevralında Balaxanıdakı camaat məktəbi nəzdində "Nur" qiraətxanasını açmışdır. 1918-ci il mart hadisələri zamanı evi daşnaklar tərəfindən dağıtmışdı. Neft quyuları, torpaq sahələri və şəxsi mülkü sovet hökuməti tərəfindən müsadirə edilmişdir (1927). Balaxanıda "Müsavat" partiyasının ilk özəyini yaratdığına görə böyük oğlu Əhməd Əhmədov güllələnmişdir (1928).
Yoxlama (film, 2006)
== Məzmun == Habil (Əjdər Həmidov) sadə adamdır. Vergilər Nazirliyində işləyir. Lakin dostu Rokun öldürülməsindən sonra onun həyatı tamamilə dəyişir, dostunun başa çatdıra bilmədiyi tədqiqat işini bitirməyə söz verir. Lakin onun seçdiyi bu yol çox təhlükəli və amansızdır. == Festivallar və mükafatlar == 1)2006-cı il IX Avrasiya Teleforumun əsas mükafatına - Qran-Priyə layiq görülmüşdür. Filmin rejissoru Vaqif Mustafayevə Xüsusi Mükafat verilmişdir. == Film haqqında == Film 8 seriyadan ibarətdir. Filmdəki trüklərin əksəriyyətini aktyor Əjdər Həmidov özü həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Baş məsləhətçi: Fazil Məmmədov (Azərbaycan Respublikası Vergilər Naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri) Quruluşçu rəssam: Ağarəhim Əliyev, Vyaçeslav Vidanov Geyim rəssamı: Tahir Tahirov Qrim rəssamı: Tomaş Matraşek Montaj edən: Etibar Həsənov Səs rejissoru: İqor Muqanov Səs operatoru: Vidadi Samanduyev Bəstəkar: Yevgeni Doqa Quruluşçu operator: Aleksey Koluzov, Valentin Piqanov Ssenari müəllifi: Vaqif Mustafayev, Aleksandr Polozov İcraçı prodüser: Aslan Məmmədhəsənov Quruluşçu rejissor: Vaqif Mustafayev Səs mühəndisi: Roman Məmmədov Rejissor: Zilli Namazov, Adil İsmayılov, Atəş Davudov Operator: Rafiq İsmayılzadə, Zaza Tsomaya Dekor rəsamı: Rövşən Mehdiyev, Kamal Qarayev, Elyaz Səfərov Rənglərin korreksiyaçısı: Viktor Şaprinski Kaskadyor qrupunun rəhbəri: Vyaçeslav Uşanov Kaskadyorlar: Aleksey Uşanov, Əli Məmmədov, Andrey Yeremin Rekvizit: Elmar Orucov Geyim: Faiq Əliyev (III) Pirotexnik: Elşad Ağabəyov İşıq ustası: Elçin Nağıyev İşıqçı: Emin Bədirov(Emil Bəbirov kimi), Şəmsi Qədirov, Asif Babayev, Ramil Xələfov, Şahin Mustafayev Sürücü: Taleh Məmmədov, Fərrux Mustafayev, Vüqar Mustafayev, Bül. Məmmədli, Novruz Həsənov, Mehdi Muradov Fəhlə: Teymur Həsənov (II), Natiq Məmmədov (II), Hafiz Qəmbərli İnzibatçı: Cavanşir Cəlilov İcraçı direktor: Fəxrəddin Qasımov, Abbas Məmmədəliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Musiqi ifaçısı: Ceyhun İsmayılov, Ənvər Sadıqov, İsgəndər Ələkbərov Redaktor: Elnur Məmmədov (II), İlyas Tapdıq Mətni oxuyan: Rafiq Əliyev (II) === Rollarda === Əjdər Həmidov — Habil Dadaşov Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Direktor Nuriyyə Əhmədova — Həlimə Vyaçeslav Şaleviç — Qəzənfər əmi Nodar Mqaloblişvili — Çolaq Valeri Qarkalin — Rok Məmmədov İlya Rutberq — Emmanuil Səidə Quliyeva — lal-kar qonşu Vsevolod Şilovski — Müdir Arif Kərimov — rəis Səmədov Arif Qasımov — Baş Mühasib Rauf Məmmədov (II) — Plombir (Əhməd Əhmədov) Mənsur Məmmədov — Zavod işçisi Arif Bağırzadə Gülşad Baxşıyeva — Zavod işçisi Nataliya Aşumova — Vialetta Mahmud Cəbrayılov Tünzalə Əliyeva — Katibə Bəhram Bağırzadə — Nazirlik işçisi Vado Korovin — Nazirliyin əməkdaşı Muxtar Maniyev — Sürücü Qərinə Kərimova Larisa Vinoqradova — Emmanuilin qonşusu Ağarəfi Rəhimov Elmira Şabanova — Əhmədin qohumu Arzu Hüseynov — Zavod işçisi Şəfiqə Qasımova Mehriban Abdullayeva İlham İbrahimov Hicran Nəsirova Eldar Həsənov Füzuli Nəsirov Rəhman Rəhmanov — Oğru Rafiq İbrahimov — Oğru Rafiq Əliyev Rahib Əliyev Fuad Osmanov Ələsgər Muradxanlı Əfqan Soltanov Aydın Əliyev — Nazirlik işçisi Rüstəm Rüstəmov Əlisurət Məmmədov Murad Muradov Nurəddin Nəzərov Bəxtiyar Kərimov Vahid Əliyev Esmiralda Şahbazova Faiq Əliyev Rövşən Kərimduxt Aleksey Saprıkin (Aleksey Şaprikin kimi) Rasim Babayev (II) Altay Zahidov-Rəis İqrar Salamov Mehdi Muradov Vüsal Məmmədov Fərrux Mustafayev Bül.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910–1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir. 1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur.
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında fəaliyyət göstərmiş şair, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi məclisinin üzvü. Baxış bəy Qarabağın məşhur bəy ailələrindən olan Vəzirovlar nəslinin nümayəndəsi idi. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur. Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: Baxış bəy Əsəd bəyin oğludur.
Hacı Baxış məscidi
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. == Tarixi == Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. == Memarlıq xüsusiyyətləri == Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. == Həyatı == AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Məlik-Baxış Babayev
Məlik-Baxış Babayev (3 yanvar 1936, Bakı – 11 fevral 2013, Bakı) — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika — riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məlik-Baxış Əli İkram oğlu Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954–1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960–1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B. Babayevin əsərlərinə istinad etmişdir.
Öldürməyə baxış (film, 1985)
Öldürməyə baxış (ing. A View to a Kill) – 1985-ci ildə istehsal olunmuş bədii filmdir.
İki min yarda baxış
İki min yarda baxış və ya boşluğa baxış, uzaq baxış — döyüşdə psixiki travma alan əsgərlərdə tez -tez rast gəlinən fokuslanmamış baxışdır. Digər psixoloji travma hallarında da müşahidə edilə bilər. Posttravmatik stress pozğunluğunun əlamətidir. Boşluğa baxış travmatik vəziyyətdən uzaqlaşıldığını göstərir. == Mənşəyi == Amerika Birləşmiş Ştatlarında, döyüş travması almış əsgərinin uzaq baxışı danışıq ifadəsində "iki min yarda baxış" (ing. two-thousand-yard stare) olaraq adlandırılır. İfadə Life jurnalında məşhur amerikan rəssamı, hərbi müxbir və tarixçi Tomas Linin " Dənizçilər bunu ikimin yarada baxış adlandırır" rəsm əsərinin nəşrindən sonra ortaya çıxmışdır, amma rəsm 1945-ci ildə jurnal məqaləsində bu adla qeyd olunmamışdı. 1944-cü ildə Peleliu döyüşündə adı açıqlanmayan bir dənizçinin portreti olan bu şəkil hazırda Fort Lesley J. McNair, Vaşinqton, Kolumbiya bölgəsindəki ABŞ Ordusu Hərbi Tarix Mərkəzində saxlanılır.