ZƏNCİ

Zənzibar adasından qul gətirib ərəblərə və farslara satan adamları ərəblər zənci adlandırıblar. Zənzibar adasının adı ilə bağlıdır, “zənzibarlı” deməkdir, ərəbcə əzzinc kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZƏMİNƏ
ZƏNCİR
OBASTAN VİKİ
On zənci balası (roman)
Zənci
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Həmçinin bax == Zəncilər == İstinadlar == == Xarici keçidlər == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
On zənci balası
On zənci balası — ingilis yazıçısı Aqata Kristi tərəfindən yazılmış sirli romandır və onun yazdığı kitablar arasında ən çətini kimi təsvir edilmişdir. O, ilk dəfə Böyük Britaniyada Collins Crime Club tərəfindən 6 noyabr 1939-cu ildə On Balaca Zenci adı ilə əsas süjet elementi kimi xidmətedən uşaqların sayma qafiyəsindən və ozan mahnısından sonra nəşr edilmişdir. == Haqqında == Səkkiz nəfər Devon sahilindəki kiçik, təcrid olunmuş adaya gəlir , hər biri gözlənilməz şəxsi dəvət alır. Onları eşikağası və aşpaz, Tomas və Ethel Rocers qarşılayır və izah edir ki, ev sahibləri Ulik Norman Ouen və Una Nensi Ouen təlimatları tərk etsələr də, hələ gəlməyiblər. Köhnə qafiyənin çərçivəli surəti hər qonaq otağında asılıb, yeməkxananın stolunda isə on heykəlcik var. Şam yeməyindən sonra fonoqraf çalınır; səsyazma hər bir ziyarətçini və cənab və xanım Rocersi qətl törətməkdə günahlandırır, sonra "bardakı məhbuslardan" hər hansı birinin müdafiə təklif etmək istəyib-istəmədiyini soruşur. Qonaqlar aşkar edirlər ki, onlardan heç biri Ouenləri tanımır və cənab Ədliyyə Uorqreyv deyir ki, "UN Owen" adı "Naməlum" əsərinin pyesidir. Marston içkisini bitirir və sianid zəhərlənməsindən dərhal ölür. Doktor Armstronq digər içkilərdə sianid olmadığını təsdiqləyir və Marstonun özünü dozajlamış olduğunu ehtimal edir. Ertəsi gün səhər xanım Rocers yatağında ölü tapıldı və nahar vaxtı General MacArthur da başına aldığı ağır zərbədən öldü.
Barxan zənciri
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Dərman zəncirotu
Dərman zəncirotu (lat. Taraxacum officinale) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Dərman zəncirotu hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. == Yarpaq == Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. == Çiçək == Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur. == Meyvə == Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3-3,5 mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır; buruncuğu nazikdir, 3-4 dəfə toxumdan uzundur; kəkili ağ rəngdədir, 2-2,5 dəfə buruncuqdan qısadır. == Çiçəkləməsi == Aprel-İyun == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), BQ qərb, KQ mərkəzi.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Payız zəncirotu
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. == Əsas prinsip == Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. == PZR-in tətbiqi == Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti. Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T) Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu. Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Təchizat Zənciri
Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir. == Təchizat Zəncirinin İdarəolunması == Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir. Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır.
Xuzhou zəncirlənmiş qadın hadisəsi
Zəncirliquyu qəbiristanlığı
Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib. Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi, lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı.
Zəncirləmə
Zəncirləmə — Azərbaycan aşıq ədəbiyyatında çox az-az işlənən spesifik formalardan biri. Zəncirləmədə hər bir bəndin son sözü ya olduğu kimi, yaxud da tərkib halında özündən sonrakı bəndin əvvəlinə keçid şəklində zəncirlənir. Zəncirləmələr də cığalar kimi musiqinin ritminin və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşıq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. Zəncirləmələrin konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şeir parçalarıdır. Zəncirləmənin mürəkkəb formasına Məlikballı Qurbanın yaradıcılığında təsadüf olunur. Həmin sintetik şeir şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır: Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır zəncirləmə adlanır. Zəncirləmə ilə cığanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər.
Zəncirlənmiş Adam (1964)
== Məzmun == Kinolent ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın-Alvaronun (Ağadadaş Qurbanov) faciəli taleyindən danışır. == Film haqqında == Film Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında çəkilmişdir.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
Zəncirlənmiş adam (film, 1964)
== Məzmun == Kinolent ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın-Alvaronun (Ağadadaş Qurbanov) faciəli taleyindən danışır. == Film haqqında == Film Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında çəkilmişdir.
Zəncirotu
Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) — mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.
Zəncirvari dyunlar
Zəncirvari kraterlər
Zəncirvari kraterlər (rus. цепочкообразные кратеры, ing. chainlike craters) — bir xətt üzərində bir-birinə yaxın yerləşən kraterlər. Zəncirvari kraterlər bir- birinə yaxın yerləşən bir neçə kanaldan eyni zamanda, təxminən eyni güclü püskürmə nəticəsində əmələ gəlir.
Zəncirvari nüvə reaksiyası
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Zəncirə
Zəncirə — en cəhətdən "mədaxil"dən bir və ya bir yanım dəfə böyük olan haşiyə zolaqlarına deyilir. Zəncirə haşiyələr bir qayda olaraq çoxzolaqlı haşiyə qurşaqlarında istifadə edilir. Zəncirə haşiyə zolaqlarının "qarış" adlı bölmələri digər haşiyələrə nisbətən çox mürəkkəbdir. Zəncirə haşiyə zolaqlarına XV əsrdən etibarən mürəkkəb quruluşlu və böyük ölçülü xalılarda rast gəlmək olur.
Zəncirə (Mərənd)
Zəncirə (fars. زنجيره‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,486 nəfər yaşayır (524 ailə).
Zəncirə (Şot)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Süyçjou zəncirlənmiş qadın hadisəsi
Süyçjou zəncirlənmiş qadın hadisəsi ( (çin.)), həmçinin Süyçjou səkkiz uşaq ana hadisəsi kimi tanınır (徐州八孩母亲事件), 2022-ci il yanvarın sonlarında Çin Xalq Respublikası, Süyçjou, Jiangsu, Feng County -də üzə çıxan insan alveri, ağır rəftar və sonrakı hadisələrlə bağlı hadisədir. Divara zəncirlənmiş və səkkiz uşaq dünyaya gətirən ruhi vəziyyəti pozulmuş və həbsdə olan qadının videosu Çin internetində yayılıb və böyük ictimai etiraza səbəb olmuşdur. Çində ciddi siyasi nəzarət və media senzurasına görə ölkənin bir çox aparıcı araşdırmaçı jurnalistləri 2010-cu illərdə istefa etdilər. Nəticədə cavab tələb edən çinli internet istifadəçiləri hekayəni özləri araşdırmalı oldular. Hadisə 2022 Qış Olimpiya Oyunlarının siyasi cəhətdən həssas dövründə baş verdiyi üçün bəzi internet istifadəçiləri işi araşdırarkən həbs edildi. Yerli məmurlar ilk dəfə yanvarın 28-də qadının yerli kişi ilə qanuni nikahda olduğunu və ruhi xəstə olduğunu bildirərək insan alveri ilə bağlı iddiaları rədd etdilər. Bununla belə, davamlı ictimai təzyiqlə üzləşən Çin hakimiyyəti daha sonra iki yüksək səviyyəli araşdırma aparıb və nəticədə insan alverində şübhəli bilinən iki nəfər, eləcə də qadının əri "qanunsuz həbs" ittihamı ilə həbs edilib. Səlahiyyətlilər, həmçinin bu işin idarə edilməsində "vəzifə öhdəliklərini yerinə yetirmədiyi" üçün mahalda 17 məmuru cəzalandırıb. == Hadisə == 28 yanvar 2022-ci ildə TikTok (Çində Douyin kimi də tanınır) istifadəçisi Dong Zhiminin uşaqlarını geyindirdiyi və otağında yemək yediyi, Yang kimi tanınan arvadının Dong tərəfindən divara zəncirləndiyi bir video yayımladı. Qışın ortasında ailənin böyük evinin yanındakı bərbad daxmada Yang ayaqqabısız dağınıq saçları və palçıqlı yanaqları ilə yeməkləri yerə səpələnmiş görünür.

Значение слова в других словарях