Çınqıl, çaqıl, çaxsaq (bu, “daşlı yer” kimi şərh olunub) sözləri kökdaşdır. Bəzi dialektlərdə daşı çox olan daşlağa “çaxraq” deyirlər. (Güman ki, çaxsaq sözünün dəyişmiş formasıdır). Belə görünür ki, çax (çaq) kəlməsi “daş” anlamını əks etdirib. İndi çaqıl və çınqıl “xırda daşlar” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)