Orağın dişli formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini qab) ilk dəfə Çində istehsal olunduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Həqiqət mənasında işlədilən bu söz Çin dilindən keçmişdir (mənası “həqiqət”dir), rütbə mənasındakı çin də Çin dilinə məxsusdur (çinovnik, çin-çin yığmaq sözləri də buradandır). Qab mənasındakı çən (neft çənləri) sözü də, bəzi alimlərin fikrincə, Çin dilindən kəçmədir, çəllək sözü ilə qohumdur. Həqiqət anlamını verən çin sözü ilə eyni deyil, omonimdir (“mərtəbə” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)