ÜZÜQARALIQ
ÜZÜLMƏ
OBASTAN VİKİ
Baş dərisinin üzülməsi
Baş dərisinin üzülməsi (ing. Scalp) — ölü və ya sağ insanların baş dərilərinin ön və arxa hissədən kəsici-deşici alətlə üzülməsi. Bu üsuldan daha çox Şimali Amerikanın yerli aborigen xalqı tərəfindən istifadə edilmişdir. Şimali Amerikada toplum tərəfindən qəbul edilmiş düşüncəyə görə Hindilər müharibədə öldürdükləri düşmənlərindən qənimət əldə etmək niyyəti ilə onların baş dərilərini üzərək özləri ilə aparırdılar. Ancaq iddia edilənin əksinə olaraq bu üsulun istifasinə Hindli döyüşçülər arasında nadir hallarda rast gəlinirdi. Bu adət Şimali Amerikada hələ formalaşmamışdan iki əsr əvvəl Avropada mövcud idi. Xüsusilə Fransa və Böyük Britaniyada edam cəzasına məhkum edilmiş şəxslərin edamından əvvəl müxtəlif işgəncələr verilir və yaşanan işgəncə prosesində məhkum edilən şəxsin baş dərisi üzülürdü. Bəzi Meksika və ABŞ (Arizona) ştatlarında keçmişdə düşmən münasibətlərdə olduqları qızıldərili skalpları üçün düşmənləri tərəfindən ödəmələr belə edilmişdir. ABŞ-də Hindulara qarşı sistemli şəkildə həyata keçirilən Hindu qətliamları zamanı hindular tərəfindən ağdərililərin baş dəriləri üzülmüşkən, 1782-ci ildə baş vermiş Gnadenhütten qətliamı zamanı ağdərililər tərəfindən Lenape hinduların baş dəriləri üzülmüşdür. == Tarixi == Baş dərisinin üzülməsinin ilkin nümunələrinə Şimali Amerika və Avropada hələ eramızdan əvvəlki, illərdə rast gəlinmişdir.

Digər lüğətlərdə

вали́те доброде́й дуни́товый каёмочный му́фтовый перема́ривать уведоми́тель угрева́ться чуть что́ блаже́нно глаз грязни́ться дупели́ный наме́титься ото́рванность подпи́тка пресека́ться фаза́нка alinement shuttle выкатить жульнический опалиться плинтус повязываться