İBRAHİM

atam yüksəkdir; xalqların atası (Yəhudi peyğəmbəri olan "Avraam" adının ərəbləşmiş forması).
İBNİAMİN
İBRAHİMXƏLİL
OBASTAN VİKİ
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. == Həyatı == Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sultan İbrahim
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
Vaqif İbrahim
Vaqif İbrahim (tam adı: İbrahimov Vaqif Əliyar oğlu) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978). == Həyatı == Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir. Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.
Xəlil İbrahim
Xəlil İbrahim oğlu İbrahimov (1892, Şuşa – 18 mart 1938, Nargin adası, Abşeron rayonu) — "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi. == Həyatı == Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirmişdir. X.İbrahimov 1909–1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Daha sonra Xəlil İbrahim Bakıya qayıdaraq təhsilini davam etdirmiş və məktəbi bitirmişdir. 1920–1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"-ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" elan edildi. Əmlakı müsadirə olundu və martın 18-də Nargin adasında güllələndi.
Xəzər İbrahim
Xəzər Zafir oğlu İbrahim (30 may 1978) — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı sabiq Fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 30 may 1978-ci ildə anadan olmuşdur. Əslən Lənkəran rayonu Kənarmeşə kəndindəndir. Evlidir, bir oğlu və üç qızı var. Xəzər İbrahim Bakı Dövlət Universitetində təhsil almışdır. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universtitində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirmişdir. == Karyerası == 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışmışdır. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləmişdir. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır. 26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
İbrahim (ad)
İbrahim — ad.
İbrahim (sultan)
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
İbrahim Abdullayev
İbrahim Abdullayev (tam adı: İbrahim Habil oğlu Abdullayev, 20 iyul 1994; Bakı şəhəri – 5 oktyabr 2020; Cəbrayıl) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Abdullayev 20 iyul 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Hərbi xidməti == İbrahim Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Murovdağ yüksəkliyi, Füzulinin azad edilməsi və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını almış və həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahim Afellay
İbrahim Afellay (2 aprel 1986[…]) — hücumameyilli yarımmüdafiəçi və ya cinah oyunçusu kimi oynamış keçmiş Niderland peşəkar futbolçusu.
İbrahim Aydın
İbrahim bəy Cahangirzadə, İbrahim bəy Cahangiroğlu və ya İbrahim Aydın (1874, Gümrü – 19 may 1948, Qars, Qars ili) — dövlət xadimi, hərbçi, Qars Bələdiyyə başqanı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri, Qars valisi, Qars Milli İslam Şurası Hökuməti başçısı, Araz Türk Cümhuriyyəti hərbi naziri. == Həyatı == İbrahim bəy Cahangirzadə 1874-cü ildə Aleksandropolda anadan olmuşdur. İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənmişdir. Daha sonra doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili almış, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. 1903-cü ildə Aleksandropol kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur. Əfv fərmanına əsasən, 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir. 1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflis həbsxanasına göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy həyat yoldaşı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfibəylinin himayəsində tapmış və onun köməyi ilə Qarsa qayıtmışdır. 1934-cü il soyadı qanununun qəbuli ilə "Aydın" soyadını qəbul etmişdir.
İbrahim Azəri
A­ta­ki­şi­yev İb­ra­him Ağa Kə­rim oğ­lu (İbrahim Azəri) (21 mart 1898 – 25 yanvar 1969) — Azərbaycan aktyoru. == Həyatı == Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yi­nin ar­xi­vin­də D.Bün­yad­za­də adı­na Türk Döv­lət Dram Teat­rı­nın akt­yor­la­rın­dan və ümu­mi əmək­daş­la­rın­dan Azər­bay­can Mər­kə­zi İc­raiy­yə Ko­mi­tə­si Səd­ri S.A­ğa­ma­lıoğ­lu­nun ün­va­nı­na da­xil ol­muş bir əri­zə sax­la­nı­lır. Bu əri­zə 3 no­yabr 1926-cı il­də ya­zıl­mış, 10 no­yabr 1926-cı il ta­rix­də Az.­MİK ka­tib­li­yi­nin rəi­si İ.­Sə­məd­za­də­nin və tex­ni­ki ka­tib B.Rza­bə­yo­vun mü­şai­yət mək­tu­bu ilə Azər­bay­can Döv­lət Si­ya­si ida­rə­si­nə (QPU) gön­də­ril­miş­dir. Əri­zə­nin mət­ni be­lə­dir: "Bu il okt­yab­rın or­ta­la­rın­da əmək­da­şı­mız İb­ra­him Azə­ri­nin (Ata­ki­şi­ye­vin) va­li­deyn­lə­ri onun ba­ğış­lan­ma­sı haq­qın­da bi­zə mü­ra­ciət et­miş­lər. Şüb­hə­siz, bu mü­ra­ciət bi­zi öz iş yol­da­şı­mı­zın ax­ta­rı­şı­na sövq et­mə­yə bil­məz­di. O öz hə­ya­tın­da elə pis hə­rə­kət et­mə­miş­dir. Be­lə ki, biz onu yax­şı ta­nı­yı­rıq. Azə­ri­nin va­li­deyn­lə­ri­nin əri­zə­lə­rin­dən dər­hal son­ra biz onun Döv­lət Si­ya­si İda­rə­si (DSİ) tə­rə­fin­dən həbs edil­di­yi­ni eşit­dik. DSİ ki­mi ida­rə­nin iş­lə­ri­nə əx­la­qi və hü­qu­qi ba­xım­dan mü­da­xi­lə­miz düz­gün ol­ma­sa da, yol­da­şı­mı­zın həb­si­nin sə­bəb­lə­ri­ni bil­mək is­tə­mə­sək də sə­nə­tin mə­na­fe­yi xa­ti­ri­nə nə­zə­ri­ni­zə çat­dı­rı­rıq ki, bi­zim ikiil­lik iş­lə­ri­mi­zin ha­zır­lıq mər­hə­lə­si yol­daş Azə­ri­nin fəa­liy­yə­ti ilə sıx bağ­lı ol­muş­dur. Əgər müm­kün ol­sa biz yol­da­şı­mız Azə­ri­yə zə­ma­nət ver­mə­yə, ona za­min dur­ma­ğa ha­zı­rıq.
İbrahim Babayev
İbrahim Balakişiyev
Balakişiyev İbrahim Əbdülsalam oğlu — "Səhiyyə əlaçısı” (1961), "Azərbaycan SSR Əməkdar həkimi” (1968). == Həyatı == İbrahim Balakişiyev 1916-cı il mayın 5-də Novxanıda anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Sentyabr ayına kimi poliklinikada həkim vəzifəsində çalışmış, oradan da Sovet Ordusu sıralarına getmişdir. 1941-1942-ci illərdə Pribaltika Səyyar Səhra hospitalı filialının rəisi vəzifəsində xidmət edib. Ərazi işğal olunduqdan sonra 1942-1943-cü illərdə Leninqrad vilayətində partizan briqadasının hospitalına rəhbərlik edib. Vilayət düşməndən azad olunandan sonra ona Leninqrad şəhəri Novoselsk rayon şəhiyə şöbəsinin müdiri vəzifəsi təklif edilib. Lakin o, faşist işğalçıları ilə mübarizə aparmağa üstünlük verib, döyüçən ordunun tərkibində müharibənin sonuna qədər Qatçinsk diviziyası 201-ci Tibbi Sanitar Batalyonunda hospital rotasının rəisi vəzifəsində xidmət edib. "Qırmzı Ulduz” və "Vətən müharibəsi” ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra N.Nərimanov adına ATİ-nun dəri-zöhrəvi xəstəliklər kafedrasında klinik ordinaturanı bitirib.
İbrahim Bayandurlu
İbrahim Bayandurlu — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı. Zerkalo qəzetində və Azadlıq Radiosunda fəaliyyət göstərmişdir. == Həyatı == İbrahim Bayandurlu 1971-ci ildə Bakıda anadan olub. Onun həyat yolu çox çətin və əzablı olmuşdur. Müxtəlif vaxtlarda İnternews-Azərbaycan şirkəti ilə əməkdaşlıq edib. Son günlərə qədər Zerkalo qəzeti və Azadlıq Radiosunun əməkdaşı olub. === Vəfatı === Jurnalist 2010-cu ilin 16 mart tarixində uzun sürən xəstəlikdən sonra 38 yaşında 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Evli idi, bir qızı var. === Qarabağ müharibəsində iştirakı === Qarabağ müharibəsinin başladığı vaxtlarda İbrahim Bayandurlu Türkiyənin paytaxtı Ankara şəhərində politologiya sahəsində təhsil alırdı. Təhsilini yarımçıq qoyaraq, Azərbaycana gəlir.
İbrahim Bayramov
İbrahim Məhəmməd oğlu Bayramov (25 yanvar 1954, Toxluca, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == İbrahim Məhəmməd oğlu Bayramov 25 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1970-1971-ci tədris ilində Toxluca kənd orta məktəbində təhsil almışdır. 1971-ci ildə X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsinə qəbul olunmuş, 1975-ci ildə EDPİ-nin Filologiya fakültəsinin Azərbaycan bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-1988–ci illərdə Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1977-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin 10.02.01 (5706.01) Azərbaycan dili ixtisası üzrə qiyabi aspiranturasında təhsil almışdır. 12 dekabr 1986-cı ildə “Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları (leksika və frazeologiya)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi, 2007–ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.141.Dissertasiya Şurasında 10.02.01 (5601.01) “Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili” movzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-1988-ci illərdə Göyçə mahalının Toxluca kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 1987– ci ildə Göyçə mahalının Toxluca kənd sovetinin deputatı seçilmişdir. 1988-ci ilin dekabr ayının 1-də Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə Qərbi Azərbaycanda yaşamış digər azərbaycanlılar kimi ata-baba yurdundan qovulmuşdur.
İbrahim Buşaki
İbrahim Büyükak
İbrahim Büyükak (20 avqust 1983, İstanbul) — Türkiyə aktyor ve yazıçısı. Uludağ Üniversitetinin İqtisad fakültəsinin məzunu oldu. BKM Mutfak komandasına qatılan son üzvlərdən biridir. 2008-ci ildə Kanal D-də yayınlanmağa başlayan BKM Mutfaktaki Çox Gözəl Hərəkətlər Bunlar proqramında eskizləri yazıb oynadı. 2013-cü ildə Star TV-də 3+1 adlı TV proqramıyla Əsər Yenənlər və Oğuzhan Koç ilə bir gecə şousu yaratdılar. Acun Ilıcalının proqramı satın almasından sonra proqram 5 oktyabr 2013-cü ildə TV8's 3 Adam adıyla davam etdi. TV8-də yayımlanan Mənə ata dedi serialında Cüneyt obrazını canlandırmışdır. 2017-ci ildə 3 Adamın bitməsi ilə öz başına layihələr istehsal etməyə başlamışdır. Kiçik Əsnaf, Yol Yoldaşım, Yol Yoldaşım 2 və Satıcı İclası kimi filmlərin ssenaristi olsa da, 2021-ci ildə öz həyat hekayəsi ilə əlaqədar Bəzi Maraqlı Hadisələr adlı internet serialını çəkmişdir. Serialın hekayəsi, çəkilişi və baş rolu sənətkarın özünə məxsusdur.
İbrahim Cahin
Əbül Fəth Sultan İbrahim Mirzə Səfəvi və ya Sultan İbrahim Mirzə (aprel 1540 – 23 fevral 1577, Qəzvin) — Səfəvi sülaləsinin bir üzvü və Səfəvi sülaləsindən ikinci şah olan Şah I Təhmasibin sevimlisi. Eyni zamanda I Təhmasib onun qayınatası olmuşdur. İbrahim Mirzə hal-hazırda incəsənətin, xüsusilə Səfəvi miniatürünün hamisi hesab edilir. Onun kitabxanasının və incəsənət kolleksiyasının öldürülməsindən sonra arvadı tərəfindən dağıdılmasına baxmayaraq, onun qoruduğu əsərlərindən biri olan Caminin Həft övrəng əsəri xilas olmuşdur. Bu əsər hal-hazırda Vaşinqtonda Freer İncəsənət Qalereyasında saxlanamqdadır. == Həyatı == O, birinci Səfəvi şahı I İsmayılın nəvəsi, Bəhram Mirzə Səfəvinin oğludur. 1540-cı ilin aprel ayında Bəhram Mirzə Səfəvi ilə Şirvanşahlar nəslindən Zeynəbsultan xanımın ailəsində dünyaya gəlmişdi. Atası Xorasanın (1529-1532), Gilanın (1536-1537), Həmədanın (1546-1549) və əlyazmalar rəhbəri kimi çalışmışdır. Əmilərindən ikisinin və qardaşlarından ikisinin I Təhmasibə qarşı üsyan qaldırmasına baxmayaraq, sarayda böyümüş İbrahim uzun müddət şahın sevimlisi olmuş və 16 yaşında ikən Məşhədə vali təyin edilmişdir. 1556-cı ilin martında Məşhədə vali təyin edilnə İbrahimin bu qədər erkən yaşda vali təyin edilməsi qədim türk ənənsindən gəlməklə birlikdə, nominal xarakter daşımaqda idi.
İbrahim Cəbrayıllı
İbrahim Raqub oğlu Cəbrayıllı (3 fevral 1999; Zərdab rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrahim Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahim Cəfərov
İbrahim Cəfərov (rektor) — Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (25 iyul 2013-cü ildən). Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. İbrahim Cəfərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
İbrahim Dakuklu
İbrahim Dakuklu (d.30 iyun 1934; İraq, Kərkük, Dakuk - ö.17 yanvar 2008 — Jurnalist == Həyatı == İbrahim Dakuklu 1934-cü il iyunun 30-da Kərkükün Dakuk rayonunda anadan olub. Soyadını da məhz doğulduğu bölgədən götürən İ.Dakuklu ilk və orta təhsilini Kərkükdə almış, 1954-cü ildə ibtidai sinif müəllimliyi kursunun məzunu olmuşdur. İbrahim Dakuklunun formalaşmasında ərəb dili müəllimi Qasım bəy Salehlinin, misirli Emil Haddadın böyük rolu olub. Doğulduğu Dakukda müəllimliyə başlayıb. Altı il ərəb dili üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 1960-cı ildə təhsil sistemini Milli Təhsil Nazirliyindən İrşad Nazirliyinə keçirib. Mütərcim olaraq, Mədəniyyət və İnformasiya Nazirliyi ilə universitetdə çalışmağa başlayıb. 1969-cu ildə hüquq fakültəsinin axşam bölməsindən məzun olub. 1975-ci ildə Ankara hüquq fakültəsində "İraq Konstitusiyalarında kütləvi informasiya azadlığı" adlı doktorluq dissertasiyasını müdafiə edib. Ədəbiyyat fakültəsindəki "Füzuli Əl Bağdadi və itən ərəb dili divanı" mövzusu üzrə doktorluq təhsilini isə təxirə salmalı olub.
İbrahim Qafarov
İbrahim Musa oğlu Qafarov (23 noyabr 1936, Hacı Elyaz, Zəngibasar rayonu – 26 sentyabr 2018) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == İbrahim Qafarov 23 noyabr 1936-cı ildə Ermənistanda İrəvan mahalının Zəngibasar rayonunun Hacı Elyaz kəndində anadan olmuşdur. 1953-cü ildə Sabirabad şəhərində orta məktəbi bitirmişdir. 1954–1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1959-cu ildə Sabirabad rayonunun H.Aslanov adına kolxozunda başlamışdır. 1963–1964-cü illərdə Gəncə şəhərində kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan kursda təhsil almışdır. 1964-cü ildən Sabirabad rayon Partiya Komitəsində təlimatçı, 1965-ci ildən Sabirabad rayon taxıl məhsulları satış bazasında direktor, 1973-cü ildən Partiyanın XX qurultayı adına kolxoz idarə heyətinin sədri, 1981-ci ildən Sabirabad rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985-ci ildən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1990-cı ildən "Əkinçi" kooperativinin sədri vəzifələrində işləmişdir. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 83 nömrəli Sabirabad-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İbrahim Qafarov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan İbrahim Qafarov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olmuşdur. İbrahim Qafarov ailəli idi, yeddi övladı var.
İbrahim Qaradağlı
İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası – 19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib. İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. == Həyatı == Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
Nadir İbrahimov
Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932, Quba, Azərbaycan SSR, SSRİ – 1 yanvar 1977, Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır. == Həyatı == === Erkən illəri === Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü. === Elmi tədqiqatları === Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N. P. Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.
Nadir İbrahimov (astrofizik)
Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932, Quba, Azərbaycan SSR, SSRİ – 1 yanvar 1977, Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır. == Həyatı == === Erkən illəri === Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü. === Elmi tədqiqatları === Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N. P. Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.
Nahid İbrahimzadə
Nahid Şahid oğlu İbrahimzadə (1 noyabr 1994; Ağdaş rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid İbrahimzadə 1994-cü il noyabrın 1-də Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nahid İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid İbrahimzadə noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Murovdağın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın dəhlizi və Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Həyatı == Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). == Həyatı == Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. == Şəxsi həyatı == Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
Natiq İbrahimov
Natiq İbrahimov (tam adı: İbrahimov Natiq Səhrab oğlu; 28 mart 1953, Mıxlıqovaq, Qutqaşen rayonu) — Lənkəran Dövlət Universitetinin rektoru == Həyatı == İbrahimov Natiq Səhrab oğlu,1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N. İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ailəlidir, 3 övladı var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Əmək fəaliyyəti == 1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb. 1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib. 1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub. 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Nazim İbrahimov
Nazim İbrahimov (icra başçısı) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004-2010). Nazim İbrahimov (naşir) — Azərbaycan Yazıçılar Birliyinin məsul katibi (2006). Nazim İbrahimov (mühəndis) — Respublikanın əməkdar mühəndisi. Nazim İbrahimov (siyasətçi) — siyasətçi.
Nazim İbrahimov (I)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İbrahimov (dövlət xadimi, 1951)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İbrahimov (dövlət xadimi, 1963)
Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri. == Həyatı == 1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir. 1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir. 2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir. 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Nazim İbrahimov (icra başçısı)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İbrahimov (mühəndis)
İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi. == Həyatı == 1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir. Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.
Nazim İbrahimov (naşir)
Nazim Sadıq oğlu İbrahimov (1 fevral 1935, Bakı – 1 sentyabr 2019, Bakı) — publisist, naşir, jurnalist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986). == Həyatı == İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olmuşdur. İki övladı və dörd nəvəsi olmuşdur. == Fəaliyyəti == 1957–1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971–1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980–1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993–2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub. 1975-ci və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub. "Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisi olub.
Nazim İbrahimov (siyasətçi)
Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri. == Həyatı == 1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir. 1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir. 2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir. 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Nevşəhərli Kürəkən İbrahim Paşa
Nevşəhərli Kürəkən İbrahim Paşa (1666, Nevşəhər – 16 oktyabr 1730, Konstantinopol) — III Əhməd dönəmində 12 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən Nevşəhərli olan İbrahim Paşa 1662-ci ildə burada dünyaya gəlmişdir. Atası sipahi Əli ağa, anasının adı isə Fatma xanımdır (ö. 1702). Qohumlarını ziyarət etmək və iş tapmaq üçün 1689-cu ildə İstanbula gəldi. Həmin il Köhnə Sarayda qohumu olan Mustafa Əfəndinin yardımıyla əvvəlcə sarayın halvaçılar, daha sonra isə Baltaçılar ocağına daxil olur. Zamanla Köhnə Sarayın katibliyinə qədər gətirildi. Ardından Darüssəadə ağasının vəkili olaraq II Mustafanın da məskunlaşdığı Ədirnə sarayına çağırıldı. Bu əsnada Şahzadə Əhmədi yaxından tanıdı. Onun yaxın adamlarından biri oldu və gizli işləri ilə vəzifələndirildi.
Ozal İbrahimli
İbrahimli Ozal Ramiz oğlu (13 yanvar 1992, Bakı) — jurnalist. "Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri. == Həyatı == 1992-ci il yanvarın 13-ü Bakı şəhərində anadan olub. 2009-cu il Binəqədi rayonu 283 saylı tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib. 2011-ci ildə jurnalist kimi fəaliyyətə başlayıb. 2011-2015-ci illərdə Azxeber.com informasiya portalında müxbir və redaktor vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Xəzər TV-də yayımlanan “Avtostop” proqramında aparıcı-müxbir kimi fəaliyyətini davam etdirib. 2016-2021-ci illərdə “ARB Media Qrup”da redaktor, baş redaktor, mətbuat katibi və media şöbəsinin rəhbəri olub. 2021-ci ildən “Azad Azərbaycan” MTRK-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır Ailəlidir, 2 övladı var.
Parqalı İbrahim Paşa
Parqalı Məqbul və Məktul İbrahim Paşa (1495 – 15 mart 1536, Konstantinopol) — I Süleyman dönəmində 27 iyun 1523–15 mart 1536 tarixlərində ümumilikdə 12 il 8 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == === Saraya gəlişi === Bu gün Yunanıstan torpaqlarında qalan Parqa qəsəbəsində dünyaya gəldiyi və 6 yaşında İstanbula gətirildiyi qəbul edilsə də, bu məlumat dəqiq deyil. Bəzi mənbələrdə II Bəyazid dönəmindəki səfərlər əsnasında ələ keçirilib Kəfədə sancaqbəyi olan Şahzadə Süleymana təqdim olunduğu, bəzilərində isə Parqalı bir gəmiçinin oğlu olaraq türk dənizçilərinə əsir düşdüyü və Manisadakı dul bir qadın tərəfindən satın alınaraq burada sancabəyi olan Şahzadə Süleymana hədiyyə edildiyi qeyd olunur. Bütün bunlar şübhəli olsa da, Şahzadə Süleymanın Manisa sancabəyiliyi dönəmində onun xidmətində olduğu dəqiqdir. === Sürətli yüksəlişi === Ehtimal olunur ki, Manisada ikən Şahzadə Süleymanın ən yaxın adamı olmuş, onun taxta keçməsi ilə gənc sultanla birlikdə İstanbula getmişdir. Padşaha olan yaxınlığı səbəbilə sarayda önəmli vəzifələrdə xidmət göstərdi. 1521 tarixli Belqrad səfərində qapı ağası olaraq iştirak etdi. Səfərə çıxmazdan öncə bütün xərcləri Sultan Süleyman tərəfindən ödənilən Atmeydanındakı sarayının inşası başladı. Padşaha olan bu yaxınlığı nüfuz və gücünün artmasına səbəb oldu. 1522 tarixli Rodos səfərinə qatıldı və səfərin sonunda Piri Mehmed Paşanın vəzifədən alınması ilə saray ənənələrinə zidd olaraq Rumeli bəylərbəyiliyi ilə birlikdə sədrəzəmliyə yüksəldi (27 iyun 1523).
Pərvanə İbrahimova
Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti. 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. == Təhsili, elmi dərəcə və elmi adları == 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. == Əmək fəaliyyəti == 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Qabaqulaq İbrahim Paşa
Qabaqulaq İbrahim Paşa (İsparta – 1743, Retimno[d]) — I Mahmud dönəmində 7 ay 19 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == == Mənbə == Destârî Sâlih Tarihi (nşr. Bekir Sıtkı Baykal), Ankara 1962, s. 32-34, 36, 37, 41, 43-45; 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943, s. 53, 60, 62-64; Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271, s. 38-40; Subhî, Târih, vr. 16b, 17a, 18a, 20a, 22b, 26a-27a, 44b; Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 16 vd., 19, 21, 23, 24, 29; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 14; Müstakimzâde, Tuhfe, s. 51-52; Ferâizîzâde, Gülşen-i Maârif, İstanbul 1252, II, 1255, 1258-1264; Hammer, HEO, XIV, 245-250; Sicill-i Osmânî, I, 128; Danişmend, Kronoloji, IV, 21-22, 475-476; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakıvaxtı.az saytının baş redaktoru. == Həyatı == Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. === Təhsili === 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === 1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
Qara İbrahim Paşa
Qara İbrahim Paşa (ö. iyul 1676) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra saray katibi olaraq xidmət etməyə başladı. Ardından tərsanə əmini oldu. Bu vəzifədə ikən 60 gəminin qısa zamanda hazırlanması ilə sədrəzəm Körpülü Mehmed Paşanın diqqətini cəlb etdi. Belə ki, paşanın vəfatından sonra 1661-ci ildə sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda olaraq xidmətə başladı. Ardından 1668-ci ilin sentyabrında vəzir rütbəsiylə Hələb, 1670-ci ilin yanvarında Misir, 1673-cü ilin iyununda Şam, 1674-cü ildə yenidən Hələb bəylərbəyi olub, Babadağı mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1676-cı ilin iyulunda Dunay çayı sahilində vəfat etdi. Herseq sancağında öz adına məscid, mədrəsə və çeşmələr, Çorlu və Gəbzədə bir çox yerdə çeşmələr inşa etdirmişdir.
Qurban İbrahimov
Qurban Namiq oğlu İbrahimov (4 iyun 1998, Kəngərli, Naxçıvan MR, Azərbaycan - 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qərib İbrahimov
Qərib Eldəniz oğlu İbrahimov (11 sentyabr 1988-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Qərib İbrahimov hələ uşaq yaşlarından doğma şəhəri Tovuz şəhərində futbolla məşğul olmağa başlamışdır. == Klub karyerası == Qərib İbrahimov Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasına Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakılı klubunda başlamışdır. Qərib 2008-ci ildən bu klubda çıxış etmişdir. 2013-cü ilin may ayında Qərib İbrahimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubu ilə bir illik müqavilə imzalamışdır. Qərib pilotların tərkibində №8 forma ilə çıxış etmişdir. == Milli karyerası == === U-19 === == Uğurları == 2010/11-ci illər mövsümündə Simurq klubunun tərkibində 29 oyunda iştirak etmişdir. O, həmin mövsümdə klubda ən çox oyuna çıxan futbolçu olmuşdur.
Rafael İbrahimov
Rafael Emin oğlu İbrahimov (28 may 2002, Bakı, Azərbaycan — 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfail İbrahimov 28 may 2002-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda anadan olub. == Hərbi xidmətləri == Rafael İbrahimov 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rafael İbrahimov Füzulinin azad edilməsində savaşıb. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Keşlə Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Rafael İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Rafiq İbrahimov
Rafiq İbrahimov — aktyor. == Həyatı == Müəllimlər məsləhət görüblər ki, indiki Xətai adına mədəniyyət sarayı nəzdində fəaliyyət göstərən xalq teatrına üzv yazılsın. Xalq teatrının bədii rəhbəri və quruluşçu rejissoru Məmmədkamal Kazımov onun kütləvi səhnələrdə iştirakına razılıq verib. Az sonra Rafiqin istedadını nəzərə alaraq ona baş rolları da etibar ediblər. Həvəskar aktyor Rafiq İbrahimov bir neçə aydan sonra S.Vurğunun "Xanlar" və "Fərhad və Şirin" mənzum dramlarında Xanlar və Fərhad obrazlarını yaradaraq xalq teatrlarına baxış- müsabiqədə mükafat alıb. 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram, kino aktyorluğu" fakültəsinə daxil olur. R.İbrahimov ikinci kursda oxuyarkən S.Vurğunun "Fərhad və Şirin" mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk "əla" qiymət alıb. Sonralar Şekspirin "On ikinci gecə" və S.S.Axundovun "Eşq və intiqam" əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə imtahan komissiyası üzvlərini razı salmışdır. 1978-ci ildə institutu bitirən Rafiq İbrahimov bir müddət Tədris teatrında işləyir, müəllimin arzu etdiyi rollarda çıxış edir və oradan da hərbi xidmətə çağırılır. Əsgərlikdən "leytenant" rütbəsi ilə qayıdan Rafiq o vaxtdan 1994-cü ilədək Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir və bu illər ərzində müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradır.

Значение слова в других словарях