ŞAN
ŞANAPİPİK
OBASTAN VİKİ
Şana Abe
Şana Abe (ing. Şana Abe; XX əsr, Texas) — amerikalı romantik roman yazıçısı. O, keçmiş Romantic Times Karyera Nailiyyət Mükafatının laureatı olub və bir neçə dəfə Romantic Times Rəyçilərinin Seçimi Mükafatını qazanıb. Şana Abe Texasda anadan olub. Uşaqlığının çox hissəsini Koloradoda keçirdi, qısa müddət ərzində mübadilə tələbəsi olaraq Meksikaya səfər etdi və on yeddi yaşında Yaponiyada model kimi yaşadı. Uşaqlığı boyu Abe, modellik çəkilişləri zamanı boş vaxtlarında "Bütün zamanların ən axmaq romantikası" adlandırdığı əsəri tamamlayaraq yazdı. Ən çox oxuduğu kitablar olduğu üçün onun yazıları romantikaya yönəlmişdi. Daha sonra Los-Ancelesdəki kollecə getdi və dramaturq kimi məzun oldu. Onun ikinci romanı, həm də müasir romanı, yazı müsabiqəsində üçüncü yeri qazandı. O, kitabı bir neçə potensial agentə göndərdi, onların çoxu “Yaxşı səs, amma hansı sətir üçün yazırsan?”[1] kimi suallarla cavab verdi.
Roş-Ha-Şana
Roş-Ha-Şana — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin.
Fındıqcalı şanagüllə
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Xəzər şanagülləsi
Xəzər şanagülləsi - (lat. Nelumbo caspica (DC.) Fisch. syn. (Nelumbo nucifera auct.)) Şanagüləkimilər — Nelumbonaceae Dumort. fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur.
Şanagüllə
Şanagüllə (lat. Nelumbo) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinə aid bitki cinsi. Cyamus Sm. Nelumbium Juss. Tamara (bitki) Roxb. ex Steud. Nelumbo lutea (Willd.) Pers.
Şanagülləkimilər
Şanagülləkimilər (lat. Nelumbonaceae) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Şanagülə
Elmi adı:Nelumbo caspica (DC.) Fisch. (Nelumbo nucifera auct.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir.
Şanapipik
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şanay-Timpişka
Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir. Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar. Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb.

Digər lüğətlərdə