ÜÇFAZALI

sif. elektr. Üçfazalı dəyişən cərəyanla bağlı olan. Üçfazalı transformator. Üçfazalı elektrik xətti.
◊ Üçfazalı cərəyan elektr. – eyni tezlikli və amplitudalı, lakin fazaya görə 1/ 3 dövrlə fərqlənən üç birfazalı dəyişən cərəyan sistemi.
Üçfazalı cərəyan dövrlərində ayrı-ayrı fazaların cərəyanları hər an üçün müxtəlif olur. P.Rüstəmzadə.

ÜÇFAİZLİ
ÜÇGEDİŞLİ

Digər lüğətlərdə