ÜMİDSİZLİK

is. Heç bir ümid olmadığı hal; naümidlik.
[Kamran:] O çöhrələrdə, o gözlərdə ümidsizlikdən bir əsər varmı? H.Nəzərli.
[Zeynəb] ümidsizliyin ağır yollarını keçib dolanmış olduğundan o yollardakı vahiməli qaranlığa bələd idi. M.İbrahimov.

// Çarəsizlik.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜMİDSİZLİK ÜMİDSİZLİK, NAÜMİDLİK, MƏYUSLUQ
  • ÜMİDSİZLİK etibarsızlıq — çarəsizlik — fərəhsizlik
ÜMİDSİZCƏSİNƏ
ÜMİDVAR

Digər lüğətlərdə