ÇÖRƏKLİ
ÇÖRƏKLİ
OBASTAN VİKİ
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir.
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Mənim Çörəkli Dünyam (1991)
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir. Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır.
Mənim çörəkli dünyam (film, 1991)

Digər lüğətlərdə