Son çarə məktubları
Son çarə məktubları (ing. letters of last resort) — Böyük Britaniyanın Baş nazirinin dörd İngilis ballistik raket sualtı qayıqlarının komandirlərinə yazdığı eyni sözlərlə yazılmış dörd əlyazma məktublarıdır. Onlar, düşmənin nüvə zərbəsi Britaniya hökumətini məhv etdiyi və həm baş naziri, həm də onların təyin etdiyi "ikinci şəxsi", adətən yüksək vəzifəli şəxsləri öldürdüyü və ya başqa bir şəkildə fəaliyyət qabiliyyətini itirdiyi halda hansı tədbirlərin görüləcəyi ilə bağlı əmrləri ehtiva edir. Əmrlərin yerinə yetirildiyi təqdirdə, görülən tədbir Böyük Britaniyanın son rəsmi aktı ola bilər.
Məktublar onları yazan baş nazirin dövründə istifadə olunmazsa, həmin şəxs vəzifədən getdikdən sonra açılmadan məhv edilir ki, onların məzmunu müəllifdən başqa heç kimə məlum olmasın.
== Proses ==
Yeni baş nazir vəzifəyə gəldikdən və Müdafiə Qərargahının rəisi tərəfindən " Trident raketinin dəqiq olaraq hansı zərərə səbəb ola biləcəyi" bildirildikdən dərhal sonra bir sıra məktublar yazır. Daha sonra sənədlər möhürlənmiş zərflərdə sualtı qayıqlara çatdırılır və əvvəlki baş nazirin məktubları açılmadan məhv edilir.
Nüvə zərbəsi nəticəsində həm baş nazir, həm də təyin edilmiş alternativ qərar qəbul edən şəxs həlak olarsa, o zaman patrulda olan hər hansı nüvə sualtı qayıq(lar)ının komandir(lər)i bir sıra yoxlamalardan istifadə edəcəkdilər. Bu, son çarə məktublarının açılmalı olub-olmadığını müəyyənləşdirməkdən ötrü istifadə edilir.
Peter Hennessy -nin "Gizli Dövlət: Vaythol və Soyuq Müharibə, 1945–1970" (ing.