ÇARPAYI Cövdətin qəzəblə vurduğu şillə Qulamı çarpayıdan yerə yıxdı (H. Abbaszadə); KROVAT (dan.) Doktor əyləşib Rzaquluxanın krovatının qarşısında boş bir səndəldə Münəvvərin başına əl çəkir (M.S.Ordubadi); QARAYOLA (arx.) [Sitarə:] Qarayolada uzanıb gözlərim bir nöqtəyə dikilmiş olduğu halda onu düşünür, onunla qovuşur, onunla sevişirdim (A.Şaiq); TAXT (taxta çarpayı, köhn.) Əli çörək yeyəndən sonra taxtın üstündə uzandı... (M.Hüseyn).