ŞAGİRD

1. ŞAGİRD Məktəbin .. mədəniyyət bürosu tərəfindən hər şagirdə ayrı-ayrı bəxşişlər verildi (A.Şaiq); MƏKTƏBLİ [Pərviz:] Olmadı ki! – deyib atam başını buladı, – bəs siz necə məktəblisiniz, birdən işığınız xarab oldu, deməli, oturacaqsınız qaranlıqda, hə?! (M.İbrahimov); MÜRİD (köhn.) Ölümündən bir qədər qabaq Nəsiminin müəllimi Fəzlullah Nəimi müridinə Bakını tərk etməyi məsləhət görmüşdü (Anar); MÜTƏƏLLİM (köhn.) Molla bacı mütəəllimlərin təbrikindən çox xoşhal olub gülümsünürdü.. (Çəmənzəminli).

2. ŞAGİRD (usta köməkçisi) [Qəndab:] Maşında yazan qadına şagird olmaq haqqında Çingiz qadağan elədiyi xahişdən də bir şey çıxmadı (B.Bayramov); KARGƏR (köhn.).

ŞADYANALIQ
ŞAH

Digər lüğətlərdə