ŞEİR

Ərəb mənşəlidir, şair sözü ilə kökdaşdır. Bizdə onun əvəzinə qoşuq işlədilib (indi qoşma janrının adında qalır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞEH
ŞELF
OBASTAN VİKİ
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir. Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Öz aralarında cüt-cüt qafiyələnərək müstəqil məzmun ifadə edən misralara beyt deyilir.
Dramatik şeir
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur.
Mənsur şeir
Mənsur şeir - lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan yeni bədii formalardan biridir. Mənsur şeir janrında rus ədəbiyyatında İ.Turgenev, fransız ədəbiyyatında R.Rollan, hind ədəbiyyatında R.Taqor və başqaları bu formanın ən yaxşı nümunələrini yaratmışlar. Azərbaycanda mənsur şeirin ilk nümunələrini 1908-ci ildə Məhəmməd Hadi yaratmışdır.Ondan sonra Abdulla Sur bu janra müraciət etmişdir. 1920-ci illərdən sonra bu janr ədəbiyyatımızda getdikcə daha geniş yer tutmuş, bir çox yazıçılar dəyərli mənsur şeirlər yazmışlar. Hüseyn Həşimli. Azərbaycan mənsur şeirinin təşəkkülü.Bakı:Nurlan,2006, 144 s. Hüseyin Haşimli.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s. Гусейн Гашимли. Азербайджанское стихотворение в прозе.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Simfonik şeir
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Sərbəst şeir
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir. Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Vəsiyyətnamə (şeir)

Elegiya (şeir növü)
Elegiya (yun. έλεγος – şikayət) — ədəbi-musiqi janrı. Ədəbiyyatda – meditativ və emosional məzmunlu (adətən, kədərli) orta uzunluqlu şeir. Çox vaxt birinci şəxsin dilindən deyilir və qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V. Trednakovski, K. Batyuşkin, V. Jukovski, A. Puşkin, M. Lermontov, N. Nekrasov, A. Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8–20 misradan (iki beş bənddən) ibarət olmuşdur. Musiqidə kədərli, seyrçi, ovqat yaradan əsər (məs., Borodinin "Uzaq vətənin sahilləri üçün" romansı, Massnenin fp.
Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Ərdoğan İran şeir qalmaqalı
Ərdoğanın İran ilə şeir qalmaqalı — 10 dekabr 2020-ci ildə Bakı şəhərində və Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılmış qələbəsini qeyd etmək üçün təşkil edilən Qələbə Paradına qatılan Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər iki sahilinin (Cənubi Azərbaycan və Şimali Azərbaycan) birləşməsi ilə əlaqələndirilən şeir səsləndirdi. Azərbaycanın Qarabağı ermənilərdən geri almasından sonra baş verən bu hadisə İran İslam Respublikası ilə gərginliyə yol açdı. Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeir Bəxtiyar Vahabzadə tərəfindən yazılmış Gülüstan poemasında keçməsi iddia edilmişdir. Azərbaycan ədəbiyyatında isə şeir xalq bayatısı olaraq keçməkdədir. Şeir Araz çayının hər iki sahilində yaşayan və ayrı düşmüş millətin ayrılığına həsr edilmişdir. Şeir İranda yaşayan türklərin və ya Azərbaycan türklərinin birləşmə istəyinin simvolu hesab edilir. Şeir Sovet İttifaqının Azərbaycan SSR-də yaranmış ədəbi janrın bir hissəsidir, konteksti İranın Azərbaycan bölgəsi ilə bağlıdır. Ərdoğanın səsləndirdiyi şeirin mənşəyi barədə müxtəlif iddialar səsləndirilməkdədir. Əsasən ingilisdilli mənbələrdə bu şeirin Bəxtiyar Vahabzadə tərəfindən yazıldığı bildirilməkdədir. Bu tipdə olan yazılarda Cənubi Azərbaycanla birləşmək istəyinin əsasən Sovet dövründə ortaya atıldığı və anti-iran ritorikasına əsaslandığı qeyd edilməkdədir.
Ərdoğanın İranla şeir qalmaqalı

Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı — Nazim Hikmət Kültür və Sənət Vəqfinin təqdim etdiyi mükafat. Nazim Hikmətin ölümündən illər ötsə də onun yaradıcılığını sevənlərin sayı artır, yaradıcılığı və həyatı əsasında dəfələrlə əsərlər yazılaraq dərc olunur. Belə ki, Nazimin yaxın dostları bacısı Samia Yaltırımın və Prof. Dr. Aydın Aybayın başçılığı ilə onun adına vəqf yaratmağı qərara alırlar. 1990-cı ildən vəqfin qurulması üçün hazırlıq işləri başlayır. Beləliklə, 1991-ci il may ayının 22-də şairin dostlarının səyi nəticəsində Samia Yaltırım tərəfindən Nazim Hikmət Kültür və Sənət Vəqfi qurulur. Təşəbbüs qrupu yaradılır, bu qrupa Nazim Hikmətin yaşayan dostları, qohumları, şairlər, sənətkarlar, ziyalılar qoşulur. Bir çox sənətkarlar, müğənnilər, çair və yazıçılar kimi, Nazimin vaxtikən şeirlər həsr etdiyi rəssamlardan Abidin Dino, Avni Arbaş, İbrahim Balaban da vəqfin qurulması üçün vəqfə çəkdikləri tablolardan verərərək öz dəstəklərini əsirgəmədilər. Nazim Hikmət Kültür Və Sənət Vəqfinin məqsədi bütün dünyada Nazim Hikmətlə bağlı hər hansı bir yazı, kitab, məqalə, şəkil, rəsm, film, musiqi, heykəl, xatirə və s.
Ərdoğanın İran ilə şeir qalmaqalı
Ərdoğanın İran ilə şeir qalmaqalı — 10 dekabr 2020-ci ildə Bakı şəhərində və Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılmış qələbəsini qeyd etmək üçün təşkil edilən Qələbə Paradına qatılan Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər iki sahilinin (Cənubi Azərbaycan və Şimali Azərbaycan) birləşməsi ilə əlaqələndirilən şeir səsləndirdi. Azərbaycanın Qarabağı ermənilərdən geri almasından sonra baş verən bu hadisə İran İslam Respublikası ilə gərginliyə yol açdı. Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeir Bəxtiyar Vahabzadə tərəfindən yazılmış Gülüstan poemasında keçməsi iddia edilmişdir. Azərbaycan ədəbiyyatında isə şeir xalq bayatısı olaraq keçməkdədir. Şeir Araz çayının hər iki sahilində yaşayan və ayrı düşmüş millətin ayrılığına həsr edilmişdir. Şeir İranda yaşayan türklərin və ya Azərbaycan türklərinin birləşmə istəyinin simvolu hesab edilir. Şeir Sovet İttifaqının Azərbaycan SSR-də yaranmış ədəbi janrın bir hissəsidir, konteksti İranın Azərbaycan bölgəsi ilə bağlıdır. Ərdoğanın səsləndirdiyi şeirin mənşəyi barədə müxtəlif iddialar səsləndirilməkdədir. Əsasən ingilisdilli mənbələrdə bu şeirin Bəxtiyar Vahabzadə tərəfindən yazıldığı bildirilməkdədir. Bu tipdə olan yazılarda Cənubi Azərbaycanla birləşmək istəyinin əsasən Sovet dövründə ortaya atıldığı və anti-iran ritorikasına əsaslandığı qeyd edilməkdədir.
Səsindən tanıdılar payızı (Yapon şeir antologiyası)
Səsindən tanıdılar payızı — Yapon şeir antologiyası. Kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644–1694), Buson (1716–1783) və İssanın (1763–1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118–1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı… Siz də tanıyın… 2016-cı il fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda antologiyanın təqdimatı keçirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq yapon poeziyasına 1979-cu ildə ilk dəfə Xalq yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri Azərbaycan dilinə tərcümə edib. Xalq yazıçısı yeni nəşri Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi dəyərləndirib.
Şeir mənim üçün bir kainatdır (film, 1984)
Kinolent SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, respublikanın xalq şairi Nəbi Xəzrinin çoxcəhətli fəaliyyətinə həsr olunmuşdur. Filmdə tanınmış şairin şeirləri səslənir, ölkənin şairləri, incəsənət xadimləri və alimləri həmyerlimizin yaradıcılığı barədə fikir söyləyirlər.
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Sevgiyə səyahət (şeirlər toplusu)
Sevgiyə səyahət – Amerikalı modernist şair Uilyam Karlos Vilyamsın 1955-ci ildə çap olunmuş şeir kitabı. Şairin həyat yoldaşına həsr etdiyi kitabda olan şeirlərin böyük əksəriyyəti üç misralıq bəndlərdən ibarət olsa da, bəzilərinə “ölçünü tamamlamaq üçün qısa bir 4-cü misra” da əlavə olunub.
Sidi Bushaki şeiri
Sidi Buşaki şeiri
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.

Значение слова в других словарях