Вертел mənasında işlədilən bu söz mənbələrdə ç (çiş) və t (tiş) hərfləri ilə yazılıb. Məncə, şiş kəlməsi diş sözü ilə bağlıdır və hər ikisi deşmək feilindən əmələ gəlib. 2 yaşlı qoyun olan şişək də “t” ilə (tişək) yazılıb. Zənn edirəm ki, bu da diş sözü ilə bağlıdır (2 yaşda qoyunun əsl yeməli, yəni dişə gələn vaxtıdır). Şiş və eşmək sözləri qohumdur, şiş od üstündə həmişə fırladılır (eşilir) ki, kabab yanmasın. Sözün rusca fırlanma (vertel) anlamı ilə bağlı olması da buna əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)