Sibir şorgiləsi
Sibir şorgiləsi (lat. Nitraria sibirica) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.
Sibir şorgiləsi Orta və Qərbi Sibirin cənubunda, Qırğızıstan və Qazaxıstanın şərq rayonlarında bitir. Bitmə arealı Orta Asiya, Qərbi Çin, Monqolustandır.
Hündürlüyü 30-80 (100) sm, bəzən şaxələnmiş budaqlı, gövdəsi bozumtul-ağ qabıqlı koldur. Cavan budaqları bir-birindən 1,5-3 (4) sm məsafədə yerləşir. Yarpaqları dəstələrdə 2-4 ədəd olmaqla yerləşir, kürəkvari-neştərvari və ya uzunsov, əks-yumurtavari, uzunluğu 7-13 mm, eni 1,5-2,5 (4) mm-dir. Çiçəkləri xırda, ağ, mövsümi, qısa tükcüklü, budaqların uclarında qalxanvari dixazilərə yığılmışdır. Kasacıqları yarısınadək kəsik, hissələri təxminən 1 mm, yumurtavari, kütdür. Ləçəklərin uzunluğu 3-4 mm, uzunsovdur.