ƏBƏDİYYƏN
ƏBƏS
OBASTAN VİKİ
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. == Maraqlı fakt == Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Əbədiyyət dastanı (poema)
"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb. Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur.
Əbədiyyət yolu (film, 1987)
== Məzmun == Film Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Cahangir Zeynallı Operator: Tofiq Sultanov, Azər Salayev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Azərbaycan... Əbədiyyət yolu (film, 2006)
Azərbaycan... Əbədiyyət yolu qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2006-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. Filmdə həmçinin, Azərbaycanın dini tollerantlığı, xalqımızın tarixi keçmişində islam dininin yeri barədə həqiqətlər öz əksini tapıb. Filmdə, xüsusi olaraq, ən maraqlı və təqdirəlayiq məqamlardan biri də, Azərbaycanın tarixi qədimliyinə və zənginliyinə görə seçilən Azərbaycan məscidlərinin erməni vandalları tərəfindən vəhşiliklə dağıdılmasının bir fakt kimi öz əksini tapmasıdır.

Digər lüğətlərdə