ƏMMAMƏ (ruhanilərin başlarına sarıdıqları sarğı, çalma) Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı (M.S.Ordubadi); ÇALMA “Bir ağ fil; bir de çalması ağ”; qoca hindli surətində (R.Rza); DƏSTAR (köhn.) Qafqazda nə müsəlman dəxi muxtar olacaqdır; Başında nə dəstar, nə əfsar olacaqdır (Ə.Nəzmi); SARIQ Vur sazı döşünə, ey aşıq! Qalmamış nə aba, nə qəba, nə sarıq (M.Müşfiq).