ƏRİNMƏK
ƏRİTMƏ
OBASTAN VİKİ
Zonalı əritmə üsulu
Zonalı əritmə üsulu bərk kristallik maddələrin ərimə üsuludur, o tərkibində olan aşqarların bərk və maye fazada müxtəlif cür həll olmasına əsaslanır. Bu metod istiqamətlənmiş kristallaşma üsulundan fərqli olaraq zonalı əritmə üsulunda nümunənin kiçik bir hissəsi əridilir və bu ərimiş hissə kütlə boyu kiçik sürətlə yerini dəyişir. Bu zaman təmizlənəcək maddədə olan aşqarlar növündən asılı olaraq kütlənin başlanğıc və ya son hissəsinə toplanır. Proses bir neçə dəfə təkrar olunmaqla təmizlənəcək kütlə yüksək təmizlik dərəcəsinə gətirilir. Aşqar tərkibindən asılı olaraq bu üsulun köməyi ilə təmizlik dərəcasi 0,00005–0,000006, bəzən isə daha artıq olan maddələri almaq mümkündür. Aşqar maye fazada yaxşı həll olduğu halda, kristal maye sərhəddində aşqarın yenidən paylanması baş verir, maye fazada aşqarın miqdarı artır və o maye faza ilə birlikdə hərəkət edərək tədricən zonanın yerdəyişmə istiqamətində yığılmağa başlayır. Nəticədə aşqar ilkin nümunənin bir hissəsində toplanır. Aşqar maye fazada pis həll olan halda isə proses nəticəsində aşqar nümunənin əks tərəfində toplanır. Xüsusi hal olaraq bəzən aşqarın maye və bərk fazada eyni cür həll olması halına da rast gəlinir. Belə maddələri zonalı əritmə üsulu ilə təmizləmək mümkün olmur.
Siemens Qardaşları mis əritmə zavodu
Siemens qardaşları Mis əritmə zavodu — Gədəbəy rayonunda XIX əsrin orataları XX əsrin əvvəllərində fəaliyyət göstərmiş zavod XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti çəkildi.1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1885-ci ildə Gədəbəy Misəritmə Zavodu nəzdində Rus-alman məktəbi fəaliyyətə başladı.
Əritməklə emal
Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü modelin hazırlanması mümkündür. Başlıqdan verilən ərimiş materialın artiq bərkimiş səth üzərində qat şəklində birləşməsini təmin etmək üçün, verilən material şırnağının en kəsiyi elə idarə edilir ki, o çevrə şəklində yox ellips şəklində olsun. Bu səbəbdən yeni çəkilmiş təbəqədə yaranmış gərginlik nəticəsində çəkilmiş qat sonradan formasını dəyişməyə can atır. Səthi gərginlik tarazlaşdıqdan sonra yeni qatla bərkimiş qat arasında kifayət qədər möhkəm birləşmə əmələ gəlir.

Digər lüğətlərdə