ABAD1
ABBAS
OBASTAN VİKİ
Abay (roman)
Abay — qazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası. == Mövzu == Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir. Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir.
Abay (şəhər)
Abay (qaz. Абай; 1961-ci ilə qədər — qəsəbə Çurubay-Nura və ya Çurbay-Nura (qaz. Шерубай-Нұра)) — Qazaxıstanın Karağandı vilayətindəki şəhər. 1949-cu ildə Karağandı kömür hövzəsinin qərb hissələrinin inkişafı ilə əlaqədar olaraq bir işçi qəsəbəsi olaraq meydana gəldi. 2002-ci ildən — Abay bölgəsinin mərkəzi. Şəhər Karabas dəmir yolu stansiyasından 8 km, Qaragandadan 30 km cənub-qərbdə yerləşir. Karağandı — Jezkazqan — Qızılyolod magistral yolu şəhərdən keçir, şəhərdən yaxşılaşdırılmış yollarla əlaqələndirilir. Şaxtinski, Saranya. Karabas kəndinin yaxınlığında, Abayın yanında, Jartas su kəməri var. Abay şəhəri Abay Kunanbayevin adını daşıyır.
Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. == Həyatı == Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Abay Kunanbayev
Abay (İbrahim) Kunanbayev (qaz. اباي (ىيبراحىيم) قۇنانبايۇلى , Абай (Ибрahим) Құнанбайұлы) (29 iyul (10 avqust) 1845 və ya 10 avqust 1845, Jidebay[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 23 iyun (6 iyul) 1904 və ya 6 iyul 1904, Jidebay[d], Tomsk quberniyası[d]) — qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı. Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır. == Həyatı == Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır. Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi.
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan hoteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var. Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi.
Abay rayonu
Abay rayonu (qaz. Абай ауданы) — Karağandı vilayətində inzibati vahid. Rayonun ərazisi 6,5 min kvadrat kilometrdir. Bölgə mərkəzinə olan məsafə - 30 km. Rayonun mərkəzi Abay şəhəridir. Rayondan böyük çaylar keçir: Şerubay-Nura və Nura. İki böyük su anbarı var: təxminən 19 özəl istirahət zonasının yerləşdiyi Jartas və Şerubaynurin (Topar su anbarı). Su anbarlarının ümumi sahəsi 7237 hektardır. Abay bölgəsi ərazisində aşağıdakı heyvan növləri yaşayır: canavar, cüyür, tülkü, korsak, polecat, dovşan, boz kəklik; nadir və nəsli kəsilməkdə olan növlər: arxar, kiçik bustard, göy qu. == Əhalisi == Əhalisi 58 673 (2019).
Abay çölü
Abay çölü — Rusiya və Qazaxıstanda çöl. Mərkəzi Altay dağlarında, Terekti silsiləsi (çölün şimal-şərqi) ilə Xolzun silsiləsi (cənub-qərb) silsiləsi arasında yerləşir. Rusiyada Altay Respublikasının Kök-Suu rayonunun ərazisinə aiddir. Buradakı qəsəbələrə Amur, Abay, Yustik daxildir. == Etimologiya == Abay çayının adını daşıyır. Altay dilindən "абаай" hidronimi hidronim "əmi; arvadın böyük qardaşı" deməkdir, həmçinin Altay folklorunda qadına hörmətlə müraciət forması və şəxs adıdır. == Əlavə ədəbiyyat == "Рудой А. Н., Русанов Г. Г. Последнее оледенение в бассейне верхнего течения реки Коксы. — Бийск: «АГАО», 2010. — 148 с. ISBN 978-5-85127-594-4" (PDF).
Mirzə Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası qaz. Шығыс Қазақстан облыстық Абай атындағы әмбебап кітапханасы — Semey şəhərində (Semipalatinsk) yerləşən Qazaxıstanın ən qədim kitabxanası. 1992-ci ilə qədər — N. V. Qoqol adına Semipalatinsk Regional Universal Elmi Kitabxanası. == Tarixi == Semipalatinsk kitabxanası 20 sentyabrda (3 oktyabr yeni üslubda) 1883-cü ildə regional statistika komitəsində açıldı. Şəhərin ilk mədəniyyət müəssisələrindən biri idi. Təsisçilər — rus köçkünləri E. P. Mixaelis, A. L. Leontiyev, M. S. Filippov. Kitabxananın yaradılması üçün pul Semipalatinsk tacirləri Pleçev və Xabarov, Pavlodar taciri - Derov, Krasnoyarsk taciri - Yudin tərəfindən bağışlandı. Kitabxananın təşkilində yerli tarixçilər Q. Kolmoqorov və İ. Zemlyanitsin də iştirak etdilər. Kitabxananın qurulduğu ildə 274 nüsxə kitab var idi, əsasən məmurlar və ailə üzvləri olan 130 oxucu kitabxanadan istifadə edirdi. Kitab fondu rus və xarici mütəfəkkirlərin, şairlərin və yazıçıların əsərlərindən ibarət idi.
Abayevlər
Abayları və ya Abayevlər — balkar əsilzadə soyu. == Tarixi == Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur. İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər. Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər. == Genealogiya == Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar.
Abayları
Abayları və ya Abayevlər — balkar əsilzadə soyu. == Tarixi == Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur. İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər. Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər. == Genealogiya == Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar.
Abayqar
Abayqar(isp. Abáigar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 102 nəfərdir.
Abayudaya
Abayudaya (ivr. ‏אבאיודאייה‏‎) - Etnik olaraq Baqanda qrupuna məxsus olan, iudaizm dininə mənsub kiçik toplum. Abayudayalar yəhudilər üçün xas olan kaşrut və şabat kimi adətlərə əmək edirlər. Ötən əsrin 70-ci illərində sayları 3.000 nəfərə yaxın olan toplum dönəmin Uqandalı diktatoru İdi Amin tərəfindən təqib olunmuşdur. İdi Aminin hakimiyyəti dönəmində 300 nəfərdən çox abayudayalı dini mənsubiyyətləri səbəbindən işgəncə ilə öldürülmüşdür. Hazırda Uqandada 2.000 nəfərə yaxın Abayudaya yəhudisinin yaşadığını məlumdur. İcmanın xidmətində 2 məktəb, 5 sinaqoq və 1 qonaq evi var.
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Abayın qara sözləri
Abayın qara sözləri (qaz. Абайдың қара сөздері) — Qazaxıstan akını və pedaqoqu Abay Kunanbayevin 45 qısa məsəl və fəlsəfi traktatdan ibarət fundamental əsəri. Nəsrdə yazılmış bu poemada milli tərbiyə və dünyagörüşü, əxlaq və hüquq problemləri, qazaxların tarixi qaldırılır. Abay "Qara sözləri"ni ömrünün son illərində yazmışdır. O, bu dövrdə gücün vəsvəsələrini və torpaq işlərinin sıxıntılarını bilirdi, xalqı tanıyırdı və əzizlərini itirmişdi. Bu poemalar hər yeni əlyazma kitabına daxil edilərək paylanmışdır. "Qara sözlər"in bəziləri ilk dəfə akinin ölümündən sonra 1918-ci ildə "Abay" jurnalının səhifələrində çap edilmişdir. Kitabdan bir çox qənaət və ibrətamiz nəticələr bu gün aktualdır. Əsər xalqın köhnə, köksüz problemlərini dəqiq təsvir edir. == Tərcümələr == Abayın əsərləri dünyanın bir çox dillərinə, o cümlədən rus, Çin, fransız və başqa dillərə tərcümə edilmişdir.
Dauren Abayev
Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019), Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (2019–2022) və Mədəniyyət və İdman Naziri (2022–2023). == Həyatı == Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində dünyaya gəlmişdir. Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır. 2001-2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir. 2003-2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır. Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir. O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur.
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Mirzə Abayev
Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya – 1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı. Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir.
Vasili Abayev
Vasili İvanoviç Abayev (oset. Абайты Васо; 2 (15) dekabr 1900, Kobi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 18 mart 2001[…] və ya 12 mart 2001, Moskva) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası. Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925). Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib. Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev.
Şamil Abayev
Şamil Abayev(oset. Абайты Бекмурзайы фырт Шамил; 1878, Diqora – 8 noyabr 1940, Orconikidze) — Osetin əsilli Sovet şairi və inqilabçısı. 1889-cu ildə Xristianovskoye kənd məktəbini bitirir. 1900-1905-ci illərdə kəndində qarğıdalı alışı üzrə alıcı işləyir. 1904-cü ildə fəal inqilabi fəaliyyətinə başlayır və 1905-1907-ci illərdə Şimali Osetiyanın inqilabi hadisələrində iştirak edir. 1910-1917-ci illərdə Şimali Osetiya məktəblərində müəllim işləyir. 1917-ci ildə Şamil Abayev doğulduğu Xristianovskoye kəndində "Kermen" gizli bolşevik təşkilatının təşkilatçısı olur və Kommunist Partiyasına üzv olur. 1919-cu ildə gizli bir partiya konfransında Rusiya Kommuinist Partiyası Osetiya təşkilatının rayon komitəsinin sədri seçilir. Şimali Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif siyasi vəzifələrdə çalışır. 1935-ci ildə Respublika Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu qurulur və Şamil Abayev onun ilk rəhbəri təyin edilir.

Digər lüğətlərdə