ABİDƏ

is. [ ər. ]
1. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. İndi Nizaminin qəbri üstündə 17 metr hündürlüyündə bir abidə yüksəlməkdədir.
2. Qədim dövrlərə aid mədəniyyət əsəri. Arxeoloji abidələr. Xalq yaradıcılığı abidələri. Yazılı abidələr. Qız qalası Azərbaycan maddi mədəniyyətinin ən qiymətli abidələrindəndir.
– Bu meşəlik, qocaman ağaclar, qədim qalalar abidələrlə dolu idi. S.Rəhimov.

3. məc. Yadigar.
Onu özüm çəkmişəm, haman şəkil mənim son sevgilimin unudulmaz abidəsidir. M.S.Ordubadi.

Синонимы

  • ABİDƏ 1. ABİDƏ, YADİGAR (diqqətəlayiq iş, əsər) Gərək bunun qabağı alma, saraylara yığılmış olub-qalan qiymətli şeylər, dədə-baba yadigarlar, əlyazmaları, d
  • ABİDƏ əsər — qaynaq
  • ABİDƏ yadigar
  • ABİDƏ nişangah — heykəl

Этимология

  • ABİDƏ Ərəbcədir, əbədi sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  
ABİDANƏ
ABİDLƏŞMƏ

Значение слова в других словарях