amin

nid. din. amen! adv ~ demək 1) dire amen (répondre amen) ; 2) məc. approuver sans réserve

amil
amir
OBASTAN VİKİ
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Amin
Amin bu mənaları ifadə edə bilər:
Amin Babayev
Amin Babayev (azərb. Amin Hacıbaba oğlu Babayev‎, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur. == Həyatı == Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur. A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.
Amin Gülməmmədov
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Maluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Novruzov
Amin Novruzov (kinooperator) — Azərbaycan kinooperatoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Amin Novruzov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Amin Quiri
Amin Quiri (16 fevral 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Quiri 2013-cü ildə Olimpin Lion akademiyasına qəbul olmuşdur. O, 3 iyul 2017-ci ildə Lyon klubu ilə 3 illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Beynəlxalq səviyyədə perspektivi ilə tanınan Quiri 10 sentyabr 2016-cı ildə 16 yaşı olarkən Bordo klubu ilə keçirilən Liqa 1 görüşü üçün əsas heyətə cəlb edilmişdir. O, Lyon B klubu ilə debütünü 17 yaşında etmişdir. == Milli karyerası == Quiri Fransanın gənclər millilərində çıxış etmişdir. O, milli ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və yeddi qolla turnirin bombardiri seçilmişdir. Turnirdə uğur qazandıqdan sonra Quiri bir sıra Avropa klublarının diqqətini cəlb etmiş və The Guardian nəşri tərəfindən dünyanın ən istedadlı gənc futbolçularından biri elan edilmişdir. 2017-ci ildə Quiri Fransanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Amin Qəfərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Amin Ramazanov
Amin Raisoviç Ramazanov (2003, Moskva) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın qapıçısı. == Karyera == Amin Ramazanov "Qarabağ"ın heyətində 28 fevral 2022-ci ildə debüt etmişdir. Azərbaycan Premyer Liqasında "Keşlə" ilə olan qarşılaşma 0:0 hesabı ilə bitmişdir.
Amin Rzayev
Amin Qurban oğlu Rzayev (1 yanvar 2000, Çobankənd, Gədəbəy rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Rzayev 2000-ci il yanvarın 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Amin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Rzayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Amin Seydiyev
Amin Seydiyev (15 noyabr 1998, Azərbaycan) Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın futbolçusu. == Karyerası == === Qəbələ === "Qəbələ"də ilk matçına 29 noyabr 2017-ci il tarixində keçirilən "Qəbələ"-"Mil Muğan" matçının 59-cu dəqiqəsində çıxıb. Matç "Qəbələ"nin 8–0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində ilk qolunu isə 7 mart 2020-ci ildə keçirilən "Qəbələ"-"Sumqayıt" matçının 37-ci dəqiqəsində fərqlənib. Matç "Qəbələ"nin 5–0 hesablı qələbəsi ilə başa çatıb.1 iyul 2020-ci ildə "Qəbələ" ayrıldı. === Sabah === 1 iyul 2020-ci ildə "Sabah" müqavilə imzaladı. "Sabah" heyətində ilk matçına 22 avqust 2020-ci ildə keçirilən "Qarabağ"-"Sabah" matçında keçirib. Matç "Qarabağ"ın 2–0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"da ilk dəfə 23 noyabr 2020-ci ildə Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunu "Sabah"-"Səbail" matçının 33-cü dəqiqəsində fərqlənib. Matç "Sabah"ın 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Amin Yunes
Amin Yunes (6 avqust 1993, Düsseldorf) — İtaliya A Seriyası təmsilçilərindən olan Napoli klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Münhenqladbax === Yunes Düsseldorfda anadan olmuşdur. Yunesin atası Livan, anası isə Almaniya vətəndaşıdır. Yunes futbolçu karyerasına Unterrat klubunda start vermişdir. 2000-ci ildə Yunes Bundesliqa klublarından olan Borussiya Münhenqladbax klubunun akademiyasına qəbul olmuşdur. 2011-ci ildə o, klubun reserv komandası olan Borussiya Münhenqladbax II klubu ilə Regionalliqa Vest liqasında debüt etmişdir. Yunes əsas komanda ilə debütünü 1 aprel 2012-ci ildə Bundesliqanın 2011–12 mövsümünün sonunda Hannover 96 klubuna qarşı oyunda etmişdir. === Kayserlautern === 2014-cü ilin avqust ayında Yunes 2. Bundesliqa təmsilçilərindən olan Kayserlautern klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Ayaks === 16 iyul 2015-ci ildə Yunes Niderland təmsilçilərindən olan Ayaks klubu ilə 30 iyun 2018-ci il tarixinə qədər üç illik müqavilə imzalamışdır.
Amin turşusu
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
Amin İsmayılov
Amin İsmayılov (İsmayılov Amin İsmayıl oğlu; d. 14 mart 1951, Kürdəmir rayonu) — Aqrar elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30 iyun 2014). == Həyatı == Amin İsmayılov 14 mart 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi əsərləri == 1. Torpaqların diaqnostik modelləri .Bakı,2000,-274s. 2.Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası (həmmüəliflərlə). Bakı,2002,-252s. 3. Azərbaycan torpaqlarının informasiya sistemi.
Amin Əmiraslanov
Amin Vaqif oğlu Əmiraslanov (1 iyul 1991, Potubəyli, Saatlı rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Əmiraslanov 1991-ci il iyulun 1-də Saatlı rayonunun Potubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Əmiraslanov noyabrın 4-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Banu Amin
Fərda Amin
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Maaruf Amin
Maaruf Amin — İndoneziya vitse-prezidenti olan indoneziyalı siyasətçi və İslam din xadimi. Vəzifəyə gəldikdən təxminən 77 yaşında İndoneziya tarixində ən yaşlı vitse-prezidentdir.
Nurul Amin
Nurul Amin (15 iyul 1893 – 2 oktyabr 1974, Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 8-ci baş naziri.
Qəfərli Amin
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. == Fəaliyyəti == 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
İdi Amin
İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. == Bioqrafiya == === Erkən illər === İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. === Müstəmləkə Britaniya Ordusu === Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Amin Quliyev
Amin turşuları
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
2-Aminotiazol
2-Aminotiazol — kimyəvi formulu C3H4N2S olan üzvi birləşmədir. Norsulfazolun sintezi üçün tədbiq olunur. Tiomoçevina ilə α, β-dixloretil efirin qarşılıqlı təsiri nəticəsində alınır. == Fiziki xassələri == Ərimə temperaturu 90oC. Suda, spirtdə pis həll olunur, isti spirtdə isə asan həll olunur. M=100.15. == Toksiki təsiri == === Heyvanlar === 0.2 q/m3 konsentrasiyada 43 gün ərzində gündə 7 saat tozu ilə nəfəs alan dovşanlarda heç bir gözəçarpıcı dəyişiklik hiss olunmur, 5 dəniz donuzundan 2-si 0.025 q/m3 konsentrasiyada eyni şəraitdə ölmüşdür. Yarılma nəticəsində bronxların qıcıqlanması, pnevmoniya, şişmə, çiyərlərin emfizeması, qara ciyərin yağ degenerasiyası, ürək və böyrəklərdə dəyişikliklər müşahidə olunmuşdur. Dəriyə nüfuz etmə əlamətləri də müşahidə olunmuşdur (Deichman et.al.) === İnsan === 0.036–0.11 mq/l konsentrasiyada 2 — aminotiazolun tozu ilə nəfəs aldıqda insanda iştahanın itməsi, ürəkbulanma, qusma əmələ gəlir. 2-Aminotiazolun ekstraktlaşması ilə məşgül olan fəhlələrdə əsas mübadılənin aşağı düşməsi, zobun əmələ gəlməsi baş verir. Tireotoksikoz xəstəsi olan fəhlədə 2-aminotiazolla işlədikdə bu xəstəliyin simptomları yox olmuşdur.
Aminabad
Aminabad (Nir)
Aminabad-i Qaslan (Qürvə)
Aminabad-i Qaslan (fars. امين آباد قصلان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminabad (Bicar)
Aminabad (fars. امين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminabad (Nir)
Əminabad (fars. امين اباد‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı, Mehmandust kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 132 nəfər yaşayır (33 ailə).
Aminabad (Piranşəhər)
Aminabad (fars. امين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminabad (Qürvə)
Aminabad (fars. امين آباد حياته بزرگ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 330 nəfər yaşayır (65 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminabad (Soyuqbulaq)
Aminabad (fars. امين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə). Əhalisini kürdlər təşkil edir.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aminata Savadoqo
Aminata Savadoqo (latış. Aminata Savadogo‎; d. 9 yanvar 1993, Riqa, Latviya) və ya sadəcə Aminata — Latviya müğənnisi, bəstəkarı, prodüseri və modeli. O, Latviyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 6-cı yeri qazandırmışdır. == Həyatı == Aminata Savadoqo 9 yanvar 1993-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur. Onun anası yarı latış, yarı rus, atası isə Burkina-Fasoludur. Aminata 13 yaşında oxumağa başlamışdır. O, Latviyada Bolderaja musiqi və incəsənət məktəbini bitirmişdir. Aminata erkən yaşlarında fleytada ifa etməyi də öyrənmişdir. 15 yaşında ikən gənc ifaçı Latviyanın Krodziņā pie Paula televiziya şousunda iştirak etmişdir.
Amindivi adaları
Amindivi adaları (ing. Amindivi Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. == Coğrafiya == Amindivi adaları Lakkadiv adalarından şimalda yerləşir. Arxipelaqa atollar, 3 rif və 4 bankə daxildir. Amindivi adaları həmcinin sutka ərzində rekord miqdarda yağıntının düşməsi ilə tarixə keçmişdir. 6 may 2004-cü ildə adalara 1168 mm yağıntı düşmüşdür. == Tarix == Oda məlumdur ki, 1498-ci ildə Vasko da Qama adalarda olmuşdur. == Əhalisi == Adalarda 18 876 nəfər yaşayır (2001). Əhalinin 7340 nəfəri Amini adasında cəmlənmişdir.
Aminli
Aminli (Nir)
Aminli (Nir)
Aminli - İranın Ərdəbil ostanının Nir şəhristanı, Mehmandust kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 150 nəfər yaşayır (32 ailə).
Aminli (Sulduz)
Aminli (fars. امينلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (25 ailə).
Aminlər
Aminlər – üzvi birləşmələr olub, molekulunda bir, iki və ya üç hidrogen atomunun karbohidrogenlə əvəz olunmuş amonium törəmələridir. CH3NH2 - metilamin (birli) (CH3)2NH - dimetilamin (ikili) (CH3)3N - trimetilamin (üçlü) == Növləri == Azotla əlaqəli olan üzvi qrupun xassələrinə görə aminlər üç yerə bölünür: Alifatik aminlər - CH3-N< Aromatik aminlər - C6H5-N< Yağlı aromatik aminlər (tərkibində aromatik və alifatik radikallar vardır) NH2-qrupun sayına görə aminlər monoaminlər,diaminlər və triaminlərə və s. bölünürlər. == Aminlərin quruluşlarının özünəməxsusluğu == Azot atomunun elektron konfiqurasiyasından 1s22s22p3 göründüyü kimi o, məsələn hidrogen atomu ilə üç kovalent rabitəni (NH3) əmələ gətirə bilir. Bundan başqa azot 2s-elektronları hesabına digər hissəciyin (məsələn H+) vakant orbitləri hesabına donor-akseptor mexanizminə uyğun dördüncü kovalent rabitə əmələ gətirə bilir. Ammonyak molekulunda olduğu kimi aminlərdə (NR1R2R3) də azot atomu tetraedrik piramidanın təpələrində yerləşmişdir. Rabitələrin bucaqları tetraedrik (~108o) olmaqla azot atomunun daha bir çütləşmiş sərbəst elektronları vardır. Tetraedrik rabitə bəzən pozulur, məsələn üçüzvlü etilamində bananabənzər qövsvari rabitə əmələ gəlir. Azot atomunda heç olmazsa bir aromatik əvəzləyici varsa (məsələn, anilində) rabitə bucağı güclü dıyişir. Bu bucaqları 120o -yə yaxın olan piramida daha çox müstəvi xarakterlidir.
Aminofenollar
Aminofenollar (aminohidroksibenzollar, hidroksianilinlər)- A. == Kimyəvi xassələri == A. amfoterdirlər, fenola nisbətən çətin sulfolaşırlar: o-A.-dan 3-amino-4-hidroksibenzolsulfoturşu, m-A.-dan 4-amino-2-hidroksibenzolsulfoturşu, p-A.-dan isə 5-amino-2-hidroksibenzolsulfoturşu əmələ gəlir. A.-rı turşu anhidridləri ilə işlədikdə asanlıqla N-asiltörəmələr əmələ gəlir. o-A. tsiklin qapanmasına meyillidir və sərt şəraitdə asilləşdirildikdə benzoksazol törəməsinə çevrilir. == Alınması == Sənayedə m-A.-lu metanil turşusunun Na-duzundan alırlar. Sonuncunun, həmçinin, rezosini 2000C-də 10%-li NH3 məhlulu (kat.-NH4Cl) ilə işləməklə də alırlar. Həmçinin, nitrobenzolun H2SO4-də məhlulunu elektrolitik reduksiya etməklə də alırlar. o-A.-lu 2-xlornitrobenzolu NaOH məhlulu ilə sabunlaşdırmaq və daha sonra alınmış o-nitrofenolu hidrogenlə reduksiya etməklə (kat-Ni/Cr; 0,6 MPa; 750C; etanolda) sintez edirlər. == Tətbiqi == A. kükürdlü və azoboyaların istehsalında tətbiq olunur. Bundan əlavə p-A. və onun törəmələri, Məs., metol, qlisin, amidol, eləcə də, o-A. fotoqrafiyada istifadə olunur. p və o-A. dərini qəhvəyi rəngdə boyamaq üçün aralıq məhsullardır.
Aminonitrillər
Aminonitrillər (aminokarbon turşularının nitrilləri) ümumi formulu H2NRCN olan üzvi birləşmələrdir. == Xassələri == Maye və bərk halda olan maddələrdir; suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olurlar; yandırıcıdırlar, toksikidirlər. Onlar üçün aminlərə və nitrillərə məxsus xassələr xarakterikdir. Məsələn, aminturşularadək H2NRCOOH hidroliz etmək, diaminlərə H2NRCH2NH2 reduksiya olunmaq, amin qruplarının alkilləşməsi. == Alınması == Aminonitrillərin əsas alınma üsulları: ammonyakın və ya aminlərin hidroksinitrillərə doymamış nitrillərə təsiri, dinitrillərin reduksiyası onların Torp-Siqlerə görə tsiklləşməsi R C H ( O H ) C N + B → N H 3 R C H ( N H 2 ) C N {\displaystyle {\mathsf {RCH(OH)CN+B{\xrightarrow[{}]{NH_{3}}}RCH(NH_{2})CN}}} C H 2 = C H C N + B → R N H 2 R N H C H 2 C H 2 C N {\displaystyle {\mathsf {CH_{2}{\text{=}}CHCN+B{\xrightarrow[{}]{RNH_{2}}}RNHCH_{2}CH_{2}CN}}} N C - R - C N → H 2 , N 2 N C - R - C H 2 C N {\displaystyle {\mathsf {NC{\text{-}}R{\text{-}}CN{\xrightarrow[{}]{H_{2},N_{2}}}NC{\text{-}}R{\text{-}}CH_{2}CN}}} == Tətbiqi == Aminonitrillər — aminturşuların, vitaminlərin, dərman maddələrinin, yuyucu vasitələrin, monomerlərin laboratoriyada və sənayedə sintezi üçün ilkin maddələr və aralıq məhsullarıdır. Məsələn, ε-kaprolaktamın sintezində ε-aminokapronitrilin hidrolizindən istifadə olunur. == Ədəbiyyat == Зильберман Е. Н., Реакции Нитрилов, М., 1972. Taylor E. C., Mekillop A., The chemistry of cyclic enaminonitriles, N. Y., 1970.
Aminopiridinlər
Aminopiridinlər – 2-Aminopiridin, 3-Aminopiridin və 4-Aminopiridin olur. == Alınması == 2-Aminopiridini Çiçibabin reaksiyası ilə natrium amid piridindən, 3-Aminopiridini Qofman reaksiyası ilə nikotinamidin 3-brompiridinlə CuSO4 iştirakı ilə, 4-Aminopiridini 4-xlorpiridinin ammonolizi ilə ZnCl2 iştirakı ilə ya Qofman reaksiyası ilə izonikotinamidin qipobromitlə qarşılıqlı təsiri ilə alınır. == Fiziki və kimyəvi xassələri == === Mono-aminopiridinlər === Mono-aminopiridinlər – rəngsiz kristallardır (cədvəl); suda və əksər üzvi həlledicilərdə asan, liqroində çətin həll olurlar. Aminopiridinlərin protonlaşması birinci növbədə tsiklin azot atomunda gedir. Alınan piridinin kationunda amino qrupun əsaslığı (pKa) o qədər azalır ki, onun protonlaşması lap çox turş mühitdə baş verir. 2 — və 4-aminopiridinlər tautomer çevrilmə qabiliyyətinə malikdir, lakin adi şəraitlərdə praktiki amin formasında olurlar. Monoaminopiridinlər birli aminlərin əksər xassələrinə malikdirlər. Alkilləşdirmə agentlərlə 2-aminopiridinin qarşılıqlı reaksiyasında (alkilhalogenidlərlə, alkilsulfanatlarla ya diazometanla), birinci növbədə tsiklik azot atomu ilə alkilləşir. NaNH2 iştirakı ilə 2-alkilaminopiridin əmələ gəlir. Sonrakı alkilləşmədən dialkilaminopiridinlər alınır.
Aminosalisil turşuları
Aminosalisil turşuları (A.t.) amino-o-hidroksibenzoy turşuları == Xassələri == Suda pis həll olurlar, 4 — A.t. etanolda həll olur. Sonuncu duru turşuların iştirakında asan dekarboksilləşir, qələvi məhlulu iştirakında qızdırılmaya davamlıdır. == Alınması == Sənayedə salisil turşusunun Hg(NO3)2 iştirakında 700C-də nitrolaşması və alınmış nitrosalisil turşusunun NaHS-lə 1300C-də 0,3MPa təzyiqdə reduksiyasından 5 — A.t. ilə 3 — A.t.-nin 4:1 nisbətində qarışığı alınar. Qarışığı ayırmaq çətin olduğuna görə, təmiz 5 — A.t.-ni almaq üçün azobenzolsalisil turşunun katalitik reduksiyası (çıxım 80%) və ya qələvi mühitdə NaHSO3-lə reduksiyası (çıxım 92%) təklif olunmuşdur. 4 — Alınmış Na-duzu təkrar çökdürmə ilə təmizlənir və dihidrat şəklində kristallaşdırmaqla ayrılır (ər. tem-ru 1220C, suda asan, etanolda isə çətin həll olur). Tətbiqi: 5 — A.t.-trifenilmetan, kükürdlü və azoboyaların istehsalında aralıq məhsuludur. 4 — A.t.
Aminosirkə turşusu
Aminosirkə turşusu - (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) amino turşuların ilk nümayəndəsidir. == Alınması == O 1820-ci ildə Brakonno tərəfindən zülal kleyinin hidrolizindən alınıb, hansı ki, 25% qlisin tərkiblidir və özünün şirin, dadlı olmasına görə qlikakol adlandırılıb (yunanca qlikos-şirin, kolla-kleydir). Qlisin heyvanların ən ibtidai tiplərinin əzələlərində rast gəlir. Çoxlu sayda (36% ilkin xammalının kütləsindən) ipəyin zülal maddəsinin hidrolizi zamanı əmələ gəlir, kleyin hidrolizindən, su və sulfat turşusu ilə qaynaması zamanı, həmçinin gippur turşusunun hidrolizindən, hazırda isə qlisin sintetik yolla karbon turşularının xlorlaşdırılmasından, sonradan xlorsirkə turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır. 15 yanvar 2016-cı ildə yeddi illik səyahətdən sonra kosmik gəmi geriyə qayıdarkən ulduz tozundan olan nümunə kapsulasını yerə atır. Bu nümunələrdə qlisinin izləri tapılmışdır. Maddə yer şəraitində əmələ gəlmədiyindən onda yerdəki qlisinə nisbətən daha çox C13 izotopu aşkar olunmuşdur. 2016-cı ilin mayında alimlər qlisinin 67P/ Чурюмова-Герасименко kametin ətrafındakı bulud qazında olmasını elan edilib. Belə ki, aminosirkə turşusunda amino qrupu karboksilinin qonşuluğundakı karbon atomunda yerləşdiyinə görə, bu turşu amino turşulara aiddir. == Fiziki xassələri == Aminosirkə turşusu bütün başqa aminoturşulardan fərqli olaraq optiki aktivliyə malik deyildir.Aminosirkə (aminoetan) turşusu xalq arasında qlisin kimi məlum olan ağ və ya açıq-boz rəngli toz halında kristallik, iyi az, sadə alifatik amino turşulara aiddir.
Aminturşular
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
Aminturşuların sorulması
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas- ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir. Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4 — dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir.
Aminə binti Vəhb
Əminə binti Vəhb (ərəb. آمِنَة ٱبْنَت وَهْب‎, ʾĀminahʾ ibnat Wahb, 549, Məkkə – 575, Əl-Əbva[d], Məkkə bölgəsi[d]) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası. == Həyatı == Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Ebva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.

Digər lüğətlərdə