Analoq siqnal
Analoq siqnal — Analoq siqnal, siqnalın zamanla dəyişən özəlliyinin başqa bir zaman dəyişkən miqdarıdır yəni zamanın dəyişməsinə uyğun olaraq hər hansı bir daimi siqnaldır. Misal üçün bir analoq səs siqnalında, siqnalın ani gərginliyi səs dalğalarının təzyiqi ilə davamlı olaraq dəyişir. Bu daimi miqdarın, sadəcə limitli sayda dəyərdən birini ala bilən bir ayrı dəyərlər sırasının təmsili olduğu rəqəmsal siqnaldan fərqlidir. Analoq siqnal termini ümumiyyətlə elektrik siqnalları ifadə edir; bununla birlikdə mexaniki, pnevmatik, hidravlik, insan səsi və digər sistemlər də analoq siqnallarla göndərilə bilər və ya düşünülə bilər.
== Haqqında ==
Analoq siqnal siqnalın məlumatını ötürmək üçün mühitin bəzi özəlliklərini istifadə edə bilər. Misal üçün bir aneroid barometri, təzyiq məlumatını göndərmək üçün siqnal olaraq dönən mövqeyə istifadə edilir. Bir elektrik siqnalında, siqnalın gərginliyi, cərəyanı və ya tezliyi məlumatı təmsil edəcək şəkildə dəyişdirilə bilər.
== Xarakteristikaları ==
Hər hansı məlumat analoq siqnalları ilə ötürülə bilər; ümumiyyətlə belə bir siqnal, səs, işıq, istilik, mövqe və ya təzyiq kimi fiziki hadisələrdəki dəyişiklər ölçülən bir cavabdır. Fiziki dəyişən bir çevirici tərəfindən bir analoq siqnala çevrilir. Misal üçün, bir mikrafonun diafraqmasına toxunan səs elektromaqnit miqrafondakı bir bobin tərəfindən istehsal edilən axında və kondensator mikrafon tərəfindən istehsal edilən edilən gərginlikdə qarşılıq gələn dalğalanması səbəbləridir.